Şenbe, 21.12.2024, 19:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 19
    Qonaq: 19
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 14 » Bakı ve Moskva arasında Rusiyadan “Buşehr” AES üçün gönderilen yükün Azerbaycan erazisinden daşınmasına dair razılıq elde olunub
    19:56
    Bakı ve Moskva arasında Rusiyadan “Buşehr” AES üçün gönderilen yükün Azerbaycan erazisinden daşınmasına dair razılıq elde olunub
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyan xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşündə İranda inşa olunan “Buşəhr” Atom Elektrik Stansiyasının inşası üçün Rusiyadan göndərilən yükün Azərbaycan ərazisindən daşınması məsələsi müzakirə olunub.

    APA-nın məlumatına görə, Qriqori Karasin görüşdən sonra verdiyi açıqlamada bildirib ki, bütün məsələlər üzrə demək olar, razılıq əldə edilib: “Razılıq əldə olunmayan məsələlərdə isə irəliləyişlər var”
    Q. Karasin görüşdə yükün daşınmasında bir müddət əvvəl yaranmış problemin bir daha təkrarlanmamasına da qərar verildiyini vurğulayıb.
    Qeyd edək ki, Rusiyadan İrana göndərilən yük bu il martın 29-da Azərbaycan-İran sərhədində saxlanılıb. Azərbaycan tərəfi lazımi sənədlərin olmadığını əsas gətirərək, istilik izolyasiya materiallarının sərhəddən buraxılmasına icazə verməyib. Yalnız Rusiya tərəfi müvafiq sənədləri təqdim edəndən sonra yük mayın 1-də sərhəddən buraxılıb. /APA/


    Категория: Dünyada | Просмотров: 1256 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər