Şenbe, 21.12.2024, 20:03
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 47
    Qonaq: 47
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Bə'zi səhabələrin Usamənin ordusuna olan müxalifəti və onun əmirliyinə edilən tə'nələr

    Bütün müsəlmanlara mə'lumdur ki, Peyğəmbər (s) Rum döyüşü üçün Üsamə-ibn-Zeydi ordu başçısı tə'yin etdi. Peyğəmbər (s) Əbu-Bəkr, Ömər, Əbu-Ubeydə, Sə'd və bu kimi başqa ənsar və mühacirləri orduya qoşdu. Bu həqiqəti bütün tarix və hədis kitabları təsdiqləmişdir. Peyğəmbər (s) Usaməyə yola çıxmağı əmr etdi. Lakin bu onlara ağır gəldi. Hətta onların bə'zisi Usamənin əmirliyinə tə'nə etdi. Hətta Peyğəmbər (s) onların tə'nə etməklərinə görə şiddətlə qəzəbləndi. O Həzrət (s) başı bağlı halda evindən xaric oldu. Bu hadisə onun ölümündən iki gün əvvəl xəstə halında olarkən baş vermişdir. Buxari öz sənədilə İbn-Ömərdən rəvayət edərək deyir: "Peyğəmbər (s) mənbərə qalxaraq Usaməni o qövmə əmir tə'yin etdi. Amma onlar Usamənin əmirliyinə tə'nə etdilər. Bu zaman Peyğəmbər (s) dedi: - Siz onun əmirliyinə tə'nə edirsiniz, halbu ki, bundan əvvəl onun atasının əmirliyinə də tə'nə etmişdiniz. Allaha and olsun ki, o əmirlik üçün yararlıdır. Onun atası mənə ən sevimli insan idisə, ondan sonra mənə ən sevimli şəxs budur (yə'ni Usamədir). { Ricalun həblər-rəsul lixalid Məhəmməd Xalid, səh.548. çap N8. Tarixi-təbəri, ibni əsir, təbəqat ibn Səd babları.} Sonra onlara tez bir zamanda yola çıxmağa tə'yin etdi. Lakin onlar bir daha yola çıxmağa ləngidilər. Peyğəmbər (s) onlar yola çıxmazdan əvvəl vəfat etdi.

    Bu hadisədən belə nəticəyə gəlmək olar:

    1. Usamənin yaşının az olduğu üçün onun əmirliyinə e'tiraz etməklə, bə'zi səhabələrin Peyğəmbərin (s) nəssi mövzusunda olan ictihadı. Halbu ki, Peyğəmbər (s) bayrağı Usamənin əlinə bağlanmışdı. Əgər bunu dərk etsək, Əlinin (ə) xilafət və isməti kimi böyük məsələlərdə səhabələrin ictihadını səbəb və keyfiyyətini dərk etmək bizim üçün çətin olmaz. Necə ki, gələn bəhslərdə bu bəyan olunacaq.

    2. Peyğəmbərin (s) on yeddi yaşlı Usaməni onların üzərinə əmir tə'yin etməsi. Bu, yaşın az olmasına baxmayaraq əmirliyi qəbul etmək məsələsində səhabələr üçün əməli dərs idi. Necə ki, onlar Usamənin əmirliyinə tə'nə edən zaman, Peyğəmbər (s) onlara şiddətlə qəzəblənmişdir.

    3. Peyğəmbər (s) bayrağı Usamənin əlinə bağlayan zaman, bilirdi ki, ən Ulu Dosta doğru köç etməyin vaxtı artıq yaxınlaşmışdır. Şübhəsiz ki, O Həzrət (s) özündən sonra xilafət ətrafında baş verəcək mübahisələr barədə fikirləşirdi. Vəfatından bir neçə gün əvvəl ənsar və mühacirlərin böyüklərini həmin orduya qoşaraq yola çıxmağı əmr etməsi, O Həzrətin (s) ən kamil hikmətlərindən idi ki, ta əmirlik barədə nəinki ictihad, hətta mübahisə belə olmasın. Əli (ə) Peyğəmbərin (s) xəstə vaxtında onunla idi və vəfatından sonra ona qüsl verməklə məşğul oldu. Bu hadisə, ənsar və mühacirlərin Usamənin ordusunda əsgər olduqları halda onunla yola çıxmağı rədd etdikdən sonra Bəni Saidənin "Səqifə"sində qəm olaraq əmirlik barədə mübahisə etdikləri bir vaxta baş vermişdir. Onların ictihadı, Peyğəmbərin (s) vəfatından sonra onların iştirakı olmadan baş verən hadisələr barədə olan narahatlıqdan ibarət idi.

    Habelə, hər kimə, bə'zi səhabələrin Əli-ibn-Əbu-Talibin (ə) imamətini rədd etmək məsələsini qəbul və ya dərk etmək çətindirsə, bəs həmin səhabələrin Usamənin əmirliyini rədd edərək tə'nə etmələrini necə təfsir edəcək.

    Halbu ki, o iş Peyğəmbərin (s) əmri idi?

    "Cümə axşamı müsibəti" və "Usamənin əmirliyinə tə'nə olunması" hadisələri, böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq Peyğəmbər (s) hələ həyatda olarkən baş vermişdir. Belə olan halda sənin nəzərincə Peyğəmbərin (s) vəfatından sonra nə baş verəcəkdi?

    Категория: Şie cavabları | Добавил: al-shia (20.07.2008) | Автор: Əs'əd Vəhid əl-Qasim
    Просмотров: 2241 | Рейтинг: 3.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər