Şenbe, 21.12.2024, 19:44
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 28
    Qonaq: 28
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qadın ve Aile

    Faydalı məsləhətlər (7)
     
    • Duru xörəkləri alüminium qabda və ya zədəli emallı qabda bişirməyin. Çünki xörək üçün istifadə olunan su, bu qablarda çoxlu miqdarda alüminium və ağır metal duzlarını toplayır.
         • Tərəvəzi və kartofu qaynar suya töküb bişirdikdə, onun tərkibindəki C vitamini daha çox saxlanılır.
         • Soyulmuş və doğranmış tərəvəzi suda çox saxlamaq olmaz, çünki tərkibində olan C vitamini azalır.
         • Tərəvəzin rəngi dəyişməsin deyə, onu əvvəlcə qızartmaq lazımdır.
         • Donmuş kartof dərhal isti suya qoyulmalıdır. Soyuq suda qalan kartof C vitaminini itirir.
         • Kəsilmiş limonu 5-6 damcı sirkə damızdırılmış nəlbəkiyə (başıaşağı) qoyduqda, təravətini itirmir.
         • Qurumuş limonu soyuq suya saldıqda təzələnir. Limonu quru bankalara qoyub xüsusi sintetik qapaqlarla örtüb soyuq yerdə saxladıqda, uzun müddət təzə qalır.
         • Əgər balığı pulcuqlardan tez təmizləmək istəyirsinizsə, onu bir saniyə qaynar suya salıb çıxarın. Bundan sonra (quyruğundan başlamaqla) adi sürtgəcin köməyilə onu pulcuqlarından asanlıqla təmizləyə bilərsiniz.
         • Göyərtini bir neçə gün müddətində təzə saxlamaq üçün onu kağıza büküb, polietilen paketə yerləşdirmək və soyuducuya qoymaq lazımdır.
         • Göyərtinin birbaşa polietilenlə təmasda olması arzu olunmazdır.
    Категория: Qadın ve Aile | Добавил: media-islam (11.08.2008)
    Просмотров: 3069 | Рейтинг: 4.0/3
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər