Главная » 2008 » May » 20 » ANS: AMERİKALI MÜSeLMAN MÜTeFeKKİR YAD EDİLİB
13:08 ANS: AMERİKALI MÜSeLMAN MÜTeFeKKİR YAD EDİLİB |
O, muzdlu qatillər tərəfindən 1965-ci ilin fevralında Narlem mədəniyyət mərkəzinin binasında mühazirə oxuduğu zaman qətlə yetirilib
Bu gün İçəri şəhər Cümə Məscidinin dini icması, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM), «Dəyərlər» AİN, İmam Sadiq(ə) adına İslam Maarifi Akdemiyası və İnsan Haqları Vətəndaş Mövqeyi İnstitutu "Bəşər vicdanları" silsiləsindən Amerika müsəlman mütəffəkiri və ictimai xadimi Malkolin X-in xatirəsini yad etmək məqsədi lə "Dəyirmi Masa" keçirib. Malkolm X haqda məlumat verən Hacı İlqar İbrahimoğlu bildirib ki, Malkolm 1925-ci ildə Amerikanın Nebraska ştatının Omarha şəhərində doğulub: «Onun valideynləri 1931-ci ildə Ku-kluks-klan tərəfindən qətlə yetirilib. Dini baxışlarına görə təqib edilərək 1946-ci ildə 7 illik həbs cəzası alıb.
Elə həmin illərdə islamçı millətçi təşkilata qoşulub. O qaradərili amerikalıların İslamı dərk və qəbul etvəsində danılmaz xidmət göstərib, məşhur boksçu Məhəmmədəlini islami hərəkata məhz, o, cəlb edib. Ətrafında İslamı qəbul edən 40 min amerikalını cəmləşdirib. Bundan təşvişə düşən irqçilər ona qarşı dəfələrlə terror hazırlayıblar. O, muzdlu qatillər tərəfindən 1965-ci ilin fevralında Narlem mədəniyyət mərkəzinin binasında mühazirə oxuduğu zaman qətlə yetirilib. Ona 16 güllə vuraraq vəhşicəsinə öldürüblər».
Hacı İlqar İbrahinoğlunun sözlərinə görə, amerikalı rejissor Srayk Linin dini baxışlarına görə qətlə yetirilən islamşünas alimin həyatına həsr etdiyi film 1992-ci ildə Oskar mükafatına layiq görülüb. Tədbirdə Malkolmun həyatına həsr edilən avtobioqrafik film nümayiş edilib.
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1227 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|