Bazar, 22.12.2024, 12:08
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Titreyen güneş
     
    1962-ci ildə bir qrup tədqiqatçı, Günəşin təxminən 5 dəqiqəlik fasilələrlə irəliyə və geriyə doğru titrədiyini kəşf etdi. Bu sahədə araşdırmaların aparılması nəticəsində Günəşin bəzi hissələrinin bizə yaxınlaşdığı, bəzi hissələrinin də bizdən uzaqlaşdığı müəyyənləşdirildi. 1970-ci illərdə bu titrəmənin “akustik rəqs”lərlə (Günəşin içindəki səs dalğaları) meydana gəldiyi astrofiziklər tərəfindən izah edildi.

     

    Heç Günəşin səsini eşitdinizmi?

    Bu suala “bəli” deyən varsa, onlardan bu səsin nəyə bənzədiyini soruşun. Bəlkə də bu səs bir quş səsinə bənzəyir!

    Səs dalğaları, bildiyimiz kimi titrəmə dalğalarıdır. Yuxarı-aşağı, irəli-geri hərəkətlərdən ibarətdir. Şair ruhlu alimlərə görə, Günəşdən çıxan səslər, qəlb döyüntüsünün səsləri kimidir. Günəş bir ürək kimi döyünməkdədir. Ancaq insan ürəyi döyünərkən bir büzülmə və açılma hərəkətləri edərək bir neçə müxtəlif səs çıxardır. Ürək mütəxəssisləri bu səsləri dinləməklə ürəyimizin sağlamlığı haqqında fikir söyləyirlər. Ürək mütəxəssisləri necə bu səsləri dinləyərək sağlamlığımız haqqında müəyyən bir fikrə sahib olurlarsa, helioseysmologiya (Günəşin seysmik titrəmələrini tədqiq edən bir elm) mütəxəssisləri də Günəşin içindəki səsləri dinləyərək onun quruluşunu və sirrlərini öyrənməyə çalışırlar. Bu səslərin meydana gətirdiyi güc ilə Günəş bir baxıma malyariyaya tutulmuş bir xəstə kimi titrəməkdədir. Burada qəribə bir hadisə ilə qarşılaşırıq. Günəşdə milyonlarla fərqli səslərin olduğu icad edilmişdir. Hər bir səs, müxtəlif tezliklərdə titrəyir və Günəşin üzərində müxtəlif naxışlar göstərir. Günəşi böyük bir pianoya bənzətsək, pianonun fərqli tonlarda səs çıxaran 88 ədəd metal çubuğu olar. Günəşdəki not sayısı isə 10 milyondur. Yəni Günəş 10 milyon klavişli bir piano kimi, beş dəqiqədə bir və ya fərqli vaxt aralıqlarında müxtəlif səslər çıxarmaqdadır. Bu səslər bir ahəng içində ürək döyüntüləri kimi Günəşin akustik quruluşunu təşkil edir. Mütəxəssislər bu 10 milyon fərqli səsi tədqiq etməklə məşğuldurlar. Daha qəribəsi isə, insanın bu səsləri eşidə bilməməsidir. Çünki çıxan səslərin titrəmə tezliyi, minimum duyma limitimiz 20 Hz-dən çox aşağıdadır, 1-4 millihertz arasındadır.  Bu da 200 ilə 1000 saniyəlik bir vaxt aralığıdır, yəni Günəş, təxminən 3-16 dəqiqə arasında bir titrəməkdədir. Bu səsi duymaq mümkün deyil. Onsuz da eşitmə sərhədimiz uyğun olsa belə, fəza boşluğunda səsləri çatdıra biləcək hava və ya qaz təbəqəsi mövcud olmadığına görə bu səslər yer kürəsinə çatmaz. Günəşdən çıxan səsi 20000-dən 40000 dəfəyə qədər böyüdə bilsək, fısıltıdan daha az bir səs meydana gələr. Qəribədir deyilmi? Başımızın üstündə hər gün 10 milyon klavişli pianodan səslər çıxardılır, sanki konsert verilir; ancaq biz bunları heç hiss etmirik. Günəş kimi Ağ Yolda (Kəhkəşan) olan 200 milyard ulduzu da buna əlavə etsək, böyük bir səs meydana çıxacaqdır. Bu 10 milyon klavişdən çıxan səs bir güc təşkil etdiyi üçün, bu səsin Günəş səthindəki əksləri tədqiq edilərək Günəşin içində nələr olduğu haqqında məlumatlar toplanılır.

    Günəşdəki fərqli tiplərdəki səslərə; p, g və f modları adı verilir. p təzyiqə, g yerin cazibə qüvvəsinə, f də səthə bağlı modlar olaraq adlandırılır. Sadəcə 10 milyon p və f modu var. Bu modların kombinasiyalarından istifadə edərək 10 milyon fərqli səs meydana gətirilməkdədir.

    Quranı əsrin idrakına görə şərh edən Bədiüzzaman (ra), Risaleyi Nurda, Yasin surəsindəki “vəşşəmsu təcri li müstəkarrin ləha” ayətindəki lam hərfini izah edərkən, hər kəsin öz hissiyatına görə bu ayətdən nə isə anladığını deyir. Qurandakı hər ayətin minlərlə yönü olduğunu, hamının öz qaşığına görə bu dənizdən nə isə götürdüyünü bildirir. Sadə insandan alimə, alimdən kosmoqrafiyaçı fəlsəfəçiyə kimi və oradan da diqqətli bir hakimə qədər təbəqə-təbəqə ilhamları izah etdikdən sonra, ən axırda şairanə bir fikir və ürək sahibinin bu ayətdən hətta bu ayətdəki lam hərfindən hiss etdiklərini qissəli bir şəkildə belə ifadə edir: “Günəş nurani bir ağacdır. Səyyarələr (planetlər) onun mütəhərrik (hərəkətli) meyvələri...  Ağacların xilafına olaraq Günəş silkələnir ki, meyvələri düşməsin. Əgər silkələnməsə, düşüb dağılarlar. Həm təxəyyül edə (xəyal etmək) bilər ki, Şəms (Günəş) məczub (dəli-divanə) bir sər-zakirdir (baş zikr edən). Halqa-i zikrin (zikr həlqəsinin) mərkəzində cəzbəli (Allah sevgisi ilə özündən keçən) zikr edər və etdirir. Bir risalədə bu mənaya dair belə demişdim. Günəş bir meyvədardır; silkələnir ki, düşməsin ona cəzb olunan meyvələri.

    Əgər sükutu ilə sükunət eləsə, cazibə yox olar, ağlar fəzada müntəzəm məczubları (cəzb edilmişlər). ” (Sözlər, Ləmalar)

    Müasir elmin 1960-cı illərdə kəşf etməyə başladığı Günəş titrəməsini Bədiüzzamanın ondan əvvəl söyləməsi qəribədir. Hətta Bədiüzzaman daha da irəli gedərək bu hadisənin hikmətini də söyləyir. Bu titrəmə Günəşin ətrafındakı planetləri tutması, yəni cazibə qüvvəsi üçün çox lazımlıdır. Onun üçün Günəş titrəməkdədir. Elm dünyası işin daxili üzünü araşdırmağa daha yeni başlamışdır. Kim bilir, İmam Rabbani, İbrahim Haqqı, Uluq bəy kimi zəngin tariximizi tədqiq etsək daha necə həqiqətlərlə qarşılaşarıq.

    Orta Əsrlər Avropasının Yer kürəsinin bir sini şəklində olduğunu zənn etdikləri dövrlərdə, İslam alimləri, astronomiya ilə əlaqəli bir çox əsər yazmışdılar. Təəssüf ki, Renesansa işıq tutan bu elm adamlarımız və onların kitabları haqqında çox az şey bilirik. Qərbi arxasından aparan İbni Sinalar, İbnun Nəfislər, Zərkalilər, Əli Quşçular, Nəsirəddin Tusilər, Xarəzmilər araşdırma aşiqi elm adamlarını gözləməkdədirlər. Seyyid Kutubun dediyi kimi, “insan fəzaya səpilən, bu geniş fəza dəryasında üzən və nəhəng kütlələri bu böyük fəzada bir heç olan bu sayısız ulduz və planetləri seyrə daldıqca o qədər kiçilir ki...”

      

    Qaynaqlar
    1 "Solar Ellipticity Fluctuations Yield No Evidence of g-Modes," J. R. Kuhn, K. G. Libbrecht and R. H. Dicke, Nature 319, 128 (1986).
    2. "The Excitation and Damping of Solar Oscillations," K. G. Libbrecht, B. D. Popp, J. M. Kaufman and M. J. Penn, Nature 323, 235 (1986).
    3. "What do the Observations Teli Us About the Excitation of Solar Oscillation Modes?" K. G. Libbrecht, Proceedings of IAUSymposium 123, Advances in Helio- and Asteroseismology (1988).
    4. Seismology of Solar Oscillation Line Widths," J. Christensen-Dalsgaard, D. O. Gough, and K. G. Libbrecht, Astrophys. J. Letters 341, L103 (1989).
    5. "Frequencies of Solar Oscillations," K. G. Libbrecht, M. F. Woodard, and J. M. Kaufman, Astrophys J. Supp. 74, 1129(1990).
    6. "Advances in Helioseismology," K. G. Libbrecht and M. F. Woodard, Science 253, 152 (1991).
    7. http://gong.nso.edu/helioseismology.html GONG
    8. http://soi.stanford.edu/results/sounds.html
    9. http://soi.stanford.edu/press/ssu8-97/pmodes.html
    10. Bediüzzaman, Risale-i Nur Külliyatı.

    Категория: Dini meqaleler | Добавил: media-islam (08.05.2008) | Автор: akademiya.net
    Просмотров: 1838 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər