ŞOUYA BAXMAQ BİZƏ YARAŞIRMI?
İnsanları manqurtlaşdırmaq üçün qoyun dərisinə ehtiyac olmadığın söyləmişdim. Çünki bu gün Azərbaycan efir məkanında göstərilən «əttökən» şoular, onu əvəz edir
Kim dinəcək, kim danışacaq?! Danışa bilcək adam qalıbmı? Əgər danışmaq iqtidarında olan adam tapılarsa, nədən danışacaq? Məhv olan mədəniyyətimizdən? Müsiqimizdən? Kino-tetarımızdan? yəni danışmağa cürəti olan tapılacaqmı ümumiyyətlə? Məni qınamayın sual verməyə adət etmişəm. Ara-sıra yazılarımda qeyd etmişəm ki, Azərbaycan xalqı qədim irsi mədəniyyətə malikdir. Bizim mədəniyyətimiz başqa xalqlara örnək olası mədəniyyət olub. Desəm ki, bu gün mədəniyyətimiz, incəsənətimiz məhv olub, yəni yanıb külü qalıb səhv edərəm.
Çünki nə qədər ki, Alim Qasımov, Natiq Şirinov və bu sıradan sənətçilər var musiqimizin, incəsənətimizin külə dönməsindən danışmaq düz olmaz. Toxunacağım mövzu tamamilə başqadır. Ölkədə «şou-biznes» deyilən aləm yarandıqdan sonra mədəniyyət və incəsənt sahəsində çox şey öz keyfiyyətini itirdi. Cılız mahnılar, cılız ifaçılar, cılız bəstəkarlar, cılız teleaparıcılar, cılız reklamlar və daha neçə cılızlar meydana çıxdı. Cılız reklam mövzusuna gələn saylarımızda geniş toxunmaq fikrim var. Bu dəfə isə geniş tamaşaçı kütləsinin başını qatan cılız şoulardan danışmaq istəyirəm.
Yazılarımın birində insanları manqurtlaşdırmaq üçün qoyun dərisinə ehtiyac olmadığın söyləmişdim. Çünki bu gün Azərbaycan efir məkanında göstərilən «əttökən» şoular, onu əvəz edir. Yəni yüksək maliyyə vəsaiti hesabına başa gələn şouların əsas məqsədi millətin başını qatmaq, onu öz soykökündən, milli, mənəvi dəyərlərindən uzaq salmaqdan ibarətdir. Əslində məntiqlə fikirləşəndə görərsiz ki, doğrudan da bu şouların yaranmasında maraqlar var. Bu marağın içində müəyyən gəlirlər götürlüsə də ən çox əldə olunan gəlir, nailiyyət milləti öz dəyərlərindən uzaq salmaqdan ibarətdir.
İki ilə yaxındır ki, ayrı-ayrı telakanallarda realiti şoular dəb halını alıb. Bünövrəsi «Qəfəs» adlı biabırçı «Azərbaycanın ən populyar evindən» başlayan realiti şouların ardı-arası kəsilmir. Bəziləri Qubaya gedib uzunqulaq otardılar, bəziləri əyinlərinə hərbi geyim geyib, «Hədəf» aldılar. Daha düşünmədilər ki, vətənpərvərlik hissi əyindəki paltarla ölçülmür. Yaxud da Qubada uzunqulaq otramaqla…
Onu da qeyd edim ki, mənəvi dəyərlərmizə bağlı olan insanların bu cür layihələrə müsbət yanaşmadığını bilirəm. Bü cür verlişləri acgözlüklə izləyən tamaşaçıların sayının çox olmasına baxmayaraq bunun gənclərimizin tərbiyəsinə mənfi təsir göstərdiyini düşünənlər də var. Amma nə yazıq ki, çoxluq, yəni kütlə daha çox əylənmək istəyir. Elə bu səbəbdən də bu cür şouların ayaq açamısna rəvac verən də xalq olur nəticə etibarı ilə. Çünki kütləni buna alışdırıblar artıq. Layihə təşkilatçılarının əsas məqsədi yuxarıda qeyd etdiyim kimi, xalqı öz mili dəyərlərindən uzaqlaşdırmaq olsa da bu yolda qazanc əldə etməyi də unutmayıblar. Realiti şoulara sərf ounan sms-ləri nəzərdə tuturam. Nəticədə realiti şouların aludəçisi olan xalq mənəvi dəyrəlrini itirməklə yanaşı pulunu da israf edir. Təşkilatçılar isə istədiklərinə iki qat nail olurlar.
Kütlənin marağında olan realiti şoulardan biri də «ilin müğənnisi». Verlişin formatından uzun-uzadı danşımağa zənnimcə ehtiyac yoxdur. Çünki hamıya məlumdur. Məni düşündürən bir məsələdir, sözügedən verlişdə əməllicə ölkə ictimayəti məsxərəyə qoyuldu. Əxlaqı yerində olmayan müğənnilər efirə çıxarılaraq onların «hamiləri» bir növ sms-lərlə pul yarışına çıxmışdılar. Kimin pulu çox idisə, həmin müğənninin sms-də çox olurdu. Guya ki, çörəyə pul tapmayan millət nümayəndələri «müğənilərə» olan rəğbətindən onlara səs göndərirlər. Məsələ ondadır ki, şüurlu şəkildə aparılan kütlə siyasətində məqsəd bütövlükdə cəmiyyəti manqurtlaşdırmağa hesablanıb.
Vidadi www.birlik-az.org |