Cüme, 29.03.2024, 13:59
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 18 » KRAL ABDULLAHDAN SONRA KİM OLACAQ?
    11:44
    KRAL ABDULLAHDAN SONRA KİM OLACAQ?
     
     
    KRAL ABDULLAHDAN SONRA KİM OLACAQ?
    Səudiyyə Ərəbistanıda Kral Abdullahdan sonra taxta kimin keçəcəyi müzakirəsi, ölkədə iqtidar mübarizəsinin yenidən başlayacağı narahatlığını artırıb


    “Birlik-Azərbaycan” İngormasiya Agentliyinin “Gazeteport”-a istinad etdiyi xəbərə əsasən, 84 yaşında olan Səudiyyə Kralı, özündən sonra yerini alalacaq adı təyin etmək üzrə bir şura meydana gətirmişdi. Bir məqsədi də özündən sonrakı kralın seçilməsinə qədərki keçiş dövrünün qan iddiasına çevrilməsinin qarşısını almaq idi. Əslində Kral Abdullahdan sonra, ölkənin başına 80 yaşındakı ögey qardaşı, müdafiə naziri vəliəhd Şahzadə Sultanın keçməsi gərəkdir. Ancaq Şahzadə Sultanın May ayının əvvəlində müalicə üçün getdiyi Cenevrədən qayıdışından indiyə xərçəng xəstəliyi səbəbiylə günlərinin müddətli olduğu söz-söhbətləri var. Şahzadə Sultanın, Kral Abdullahdan əvvəl ölməsi ehtimalı, Səud ailəsini meydana gətirən iki qrup olan əl-Feysal və əl-Sudayri ailələri arasında iqtidar mübarizəsini alovlandıra biləcəyinə gətirib çıxardıb. Şahzadə Sultandan sonra taxta oturması olabiləcək ad Daxili İşlər Naziri Əl Naifdir. Əl Naifi də Riyad Qubernatoru Şahzadə Salmanın və Xarici işlər Naziri Şahzadə Səud izləyir. Şahzadə Naif və Şahzadə Salmanın əl-Sudayri qrupundan olması, Kral Abdullahdan sonra taxtın yenidən Sudayrilərin əlinə keçməsi ehtimalını da gücləndirir. Kral Abdullahın əksinə mühafizəkar qanadda olan əl-Sudayri qrupunun, Kralın başlatdığı islahat hərəkətini dayandıra biləcəyi şərhləri edilir, ancaq yenə də Səud ailəsinin ola biləcək rejim dəyişikliyindən sonra belə ayaqda qala biləcəyini nəzərdə tutur.


    WwW.Birlik-Az.CoM

    Категория: Dünyada | Просмотров: 1181 | Добавил: feride_demir | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər