Cüme axşamı, 26.12.2024, 18:49
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 14 » Beynelxalq mehkeme Sudan prezidenti baresinde hebs qerarı çıxarıb
    23:30
    Beynelxalq mehkeme Sudan prezidenti baresinde hebs qerarı çıxarıb

     
     
     
    Haaqadakı Beynlxalq Cinayət Məhkəməsi Sudan prezidenti Ömər əl-Bəşirin həbsinə order verib. O, Sudanın Darfur əyalətində minlərlə dinc sakinin ölümündə iştirakda ittiham olunur. Baş ittihamçı Luis Moreno-Okampo elan edib ki, Sudan prezidenti genosidə və insanlıq əleyhinə cinayətlərə görə mühakimə olunmalıdır. Prokurorun sözlərinə görə, Ömər əl-Bəşirin göstərişləri və razılığı ilə 35 mindən artıq dinc sakin öldürülüb, 80-65 min insan isə evlərini tərk edərək, müharibədən canını qurtarmaqla «yavaş-yavaş ölümə» düçar olub.
    İttiham təərfinin bu ittihamları Sudanın özündə etirazla qarşılanıb. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əli əs-Sadiq bildirib ki, rəsmi Xartum, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanımır: «Biz, prezident və ya hər hansı Sudan vətəndaşı barəsində bu məhkəmə tərəfindən elan edilmiş heç bir ittiham aktını tanımırıq. Bizim üçün belə bir qərar mövcud deyil». Onun sözlərinə görə, Sudan, Darfurda sülhün inkişafı üçün irəli doğru addımları davam etdirəcək və BMT-nin Sudandakı heyətinin təhlükəsizliyinə təminat verir.
    Bundan başqa, Xartumda, təxminən min nəfərin iştirakı ilə ölkə hakimiyyəti əleyhinə ittihamlara qarşı etiraz aksiyası keçirilib. Nümayiş, həmin dəqiqələrdə hökumətin təcili iclasının keçirildiyi binanın qarşısında keçirilib. Sudanın hakim partiyası olan Milli Konqress xəbərdarlıq edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin günahı ucbatından Darfuru daha çox zorakılıq və qan tökülməsi gözləyir.Dövlət televiziyası ilə elan edilmiş bəyanatda bildirilir ki, dövlət başçısına qarşı cinayət işi məsuliyyətsiz və ucuz siyasi şantajdır.
    Qeyd edək ki, BMT-nin baş katibi Pan Qi Mun da Fransa KİV-ə müsahibəsində Sudan prezidenti barəsində cinayət təqibinə qarşı çıxıb. Baş katib hesab edir ki, bu addımlar regionda ssülhün dəstəklənməsi cəhdlərinə mənfi təsir göstərə bilər. Bundan başqa, Ərəb ölkələri Liqası bəyan edib ki, əl-Bəşir barəsində həbs qərarının çıxarılması Darfur ətrafında münaqişəni gərginləşdirə bilər.
    Xatırladaq ki, ötən il Beynəlxalq Cinayət Məhkəməsi Sudanın naziri Əhməd Harun və daxili təhlükəsizlik qüvvələrinin komandanı Əli Kuşayab barəsində də həbs qərarı çıxarmışdı. Lakin rəsmi Xartum, onları təhvil verməkdən imtina etmişdi və bildirmişdi ki, ölkənin özü hərbi cinayətlər məsələləri ilə məşğul ola bilər.
    BMT-nin məlumatına görə, Darfurdakı beş illik münaqişə zamanı 200 mindən artıq Adam həlak olub, 2,5 milyon insan isə yürdsüz-yuvasız qalıb.

    ANS PRESS

     

     
    Категория: Dünyada | Просмотров: 1323 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər