Bazar ertesi, 30.12.2024, 21:16
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 5 » TANINMIŞ DİSSİDENT VƏ YAZIÇI ALEKSANDR SOLJENİTSİN VƏFAT EDİB
    23:08
    TANINMIŞ DİSSİDENT VƏ YAZIÇI ALEKSANDR SOLJENİTSİN VƏFAT EDİB
     
     
     
     
     
     
     
     
     
    Dissident, yazıçı, Nobel mükafatı laureatıStalin dövrünün ən sərt tənqidçilərindən biri, məşhur "Arxipelaq Qulaq" romanının müəllifi Aleksandr Soljenitsın dünyasını dəyişib. Soljenitsın 89 yaşında ürək tutmasından keçinib. O, bütün dünyada tanınırdı. Aleksandr Soljenitsın İkinci Dünya müharibəsi zamanı gənc ordu zabiti olduğu vaxtlar Stalini tənqid etdiyinə görə həbs edilmişdir.

    O, 8 il əmək düşərgələrində keçirmişdir. Yazıçının bu açınacaqlı təcrübəsi, onun sovet əmək düşərgələrində gördükləri və yaşadıqları sonralar onun əsərləri üçün əsas material olmuşdur. Soljenitsının ən məşhur əsərlərindən biri də " İvan Denisoviçin Həyatından Bir Gün" romanıdır.    

     Mən öz əsərlərimi xalq üçün, tariximizi yada salmaq üçün, həqiqəti bərpa etmək üçün yazıram... Aleksandr Soljenitsın

    1970-ci ildə Aleksandr Soljenitsın Nobel mükafatına layıq görülmüşdür. 1973-cü ildə onun "Arxipelaq Qulaq" romanı Parisdə nəşr ediləndə, Soljenitsın Sovet İttifaqının Kommunist partiyası tərəfindən xain elan edilmiş və ölkədən qovulmuşdur. Lakin onun sığınacaq tapdığı Amerikada da, yazışı Qərbin mənəvi tənəzzülü adlandırdığı hala qarşı çıxış edirdi. Kommunizmin iflasından sonra Aleksandr Soljenitsın 1994-cü ildə Rusiyaya qayıtmışdır.

    Özünün fəaliyyəti və ədəbi yaradıcılığı barədə isə yazıçı belə deyirdi:

    "Mən deməzdim ki, əsərlərimi Qərbin, Uzaq Şərqdə baş verənlərə ğözünü açmaq üçün yazıb-yaratmışam. Mən bu əsərləri, hər şeydən əvvəl, xalqıma xidmət etmək üçün yazmışam, rusiyalılar üçün yazmışam. Çünki biz özümüz öz tariximizi bilmirik. Yalnız Qərb yox, elə özümüz də öz tariximizi, keçmişimizi itirmişik. İnqilabdan əvvəlki və sonrakı hadisələr - hamısı tarixdən silinib-gedib, sənədlər yandırılıb, şahidlər məhv edilib. Belə ki, mən həqiqəti, ölkəm haqda həqiqəti bərpa etməyə çalışmışam və bütün bunlar - xalqım naminə... /BBC/


    Категория: Dünyada | Просмотров: 1379 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər