Şenbe, 21.12.2024, 20:38
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    TORPAĞA SECDE (ŞİE VE EHLİ SÜNNE ARASINDAKI İXTİLAFLI FİQH MESELELERİ)

    Səcdə bəndənin zəlilliyini təcəssüm edən ən bariz bir əməldir. Bu əməl Allah-təalanın müqabilində insanın ən şərafətli üzvünü heç bir ləyaqəti olmayan məkana qoyması ilə vucuda gəlir. Bu səbəbdən islam dinində torpağa səcdə etmək şəri hökmünü tapıbdır. Şiələr Peyğəmbər (s)-dən və məsum imamlardan torpağa səcdə etməyin vacibliyini yetirən hədislərə əsaslanaraq torpağa səcdə edirlər. Şiələr torpaq sayılan hər bir şeyə (daş, mərmər, çınqıl və qum kimi şeylər) və o cümlədən torpaqdan bitən bitkilərə (yeməli və geyməli olmamaq şərti ilə) səcdəni caiz bilirlər. Amma Peyğəmbər (s) tərəfindən qoyulmuş qadağaya əsasən xalça, paltar və yeməli şeylərin üstünə səcdə etməyi caiz bilmirlər. Buna ən bariz dəlil sünnü və şiənin Peyğəmbərdən (s) nəql etdiyi «Torpaq mənim üçün səcdəgah və pakedici qərar verilib» hədisdir. Amma əhli sünnət xalıların üstünə səcdə etməyi də caiz bilərək torpağa səcdənin vacibliyinə etina etmirlər. Onlar şiələrin torpağa səcdənin üstündə israrlarına etiraz edirlər və məxsusən möhürün üstünə səcdə etdiklərinə irad tuturlar. ?>

                    Əhli sünnətin mənbələrində onlarla rəvayət vardır ki, Peyğəmbərin (s) əshabın torpağa səcdə etmələrinə təkid edərdi. Onları əmmamələrinin ucuna səcdə etməkdən çəkindirərdi. Amma bununla belə Peyğəmbər əshaba çınqılları onlara səcdə üçün soyutmağa və ya bir az da asanlaşdırıb axırıncı mərtəbədə həsirin üstünə səcdə etməyə icazə vermişdir.(Kənzul- ummal)

                    Əshab da bu göstərişə əməl edir və səcdə üçün həmişə özləri ilə bir miqdar torpaq və ya çınqıl götürürdülər. Onlar həmişə Peyğəmbər (s)-n mübarək alnında torpaq izini gördüklərinə görə ona iqtida edirdilər. (Sünəne Beyhəqi, Müsnəde Əhməd ibni Hənbəl).

                    Digər tərəfdən möhür üstünə səcdə ilə möhür üçün səcdə əsaslı surətdə fərqlidirlər. Gərək Həmədan eşşəyi kimi qanmaz olasan ki, bu iki əməl və əqidəni dərk etməyəsən. Şiələr möhürün üstünə səcdə edirlər necə ki, əhli sünnət xalı üstünə səcdə edirlər xalça üçün yox. Eləcə də əhli sünnəti kimsə xalıya səcdə edən görəndə onları xalı üçün səcdə edən kimi hədəfə almamalıdır. Heç bir şiə möhürün üstünə səcdə etdiyi halda ona məbud kimi baxmadığı halda eyni dərəcədə xalı üstünə səcdə edən heç bir sünnü xalıya məbud kimi baxmır. Çünki müsəlmanların əqidəsindən xəbərdar olmadan onları ittiham etmək İbni Teymiyyə və Muhəmməd ibni Əbdul Bəhhab kimi azğınların işləridir.

     

     
    HACI ELMAN İBADOV     tel: 055-752-27-40
    BAKI ŞƏHƏRİ       Email: 
    mirsad2007@mail.ru         20.10.2006
    MEDIA-ISLAM.COM


    Другие материалы по теме
    Категория: Şie cavabları | Добавил: iravani (15.05.2008)
    Просмотров: 15916 | Рейтинг: 2.0/10
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər