Şenbe, 21.12.2024, 20:04
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 46
    Qonaq: 46
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 10 » MEHDİ AKİFDƏN AÇIQLAMA
    21:19
    MEHDİ AKİFDƏN AÇIQLAMA
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    İxvan Müsəlman Qardaşları Hərəkatının Ümumi Mürşidi Məhəmməd Mehdi Akif, siyonist terroristlərlə mübarizə edə bilmək üçün şiə və sünnilərin birlik yaratması lazım olduğunu söylədi. al-Vətən al-Araba verdiyi açıqlamada Akif, "İsrailə qarşı veriləcək döyüş Şiələrlə birliyi tələb edir. Biz Livan Hizbullahının bayrağı altında döyüşürük" dedi.

    İxvan Müsəlman Hərəkatının Hizbullah ilə ittifaq halında olduğunu söyləyən Akif "Hizbullah, düşmənə qarşı müqavimət göstərir. Bunda da müvəffəqiyyətli olur. Mənə görə Hizbullah; İsrail, Amerika və bu ikisi ilə köməkləşən güclərə qarşı da zəfər qazandı" dedi. Hizbullahın İslam ümmətindəki imicini zədələmək istəyənlərin Hizbullah əleyhində ortaya atdıqları iddiaları rədd edən Akif, Hizbullahın İranın mənfəətlərini güddüyü, İranın planlarını tətbiq etdiyi iddialarını da yalan olduğunu, bu cür iddiaların İslam ümmətinin düşmənləri tərəfindən gündəmə gətirildiyini sözlərinə əlavə etdi.

    Akif "Hizbullah eynilə Fələstin müqavimətinin etdiyi kimi imperialist güclərin qoruduğu İsrailə zərbə vurmaqdadır" dedi. Akif "Hizbullahın Amerika və siyonist hücumlar qarşısında bir ay hətta daha çox müddətlə müqavimət göstərməsini kim düşünə bilərdi? Siyonist düşmənə aid neçə tankı hədəf aldı və yox etdi? israil-Ərəb qarşıdurma tarixi müddətin tərəfindən Ərəb orduları İsraili vura bilmədi. Lakin Hizbullah, bütün bunları etdi. Bütün ümmətin Hizbullah ilə birgə döyüşməsi vacibdir" dedi.

    İsrailin Fələstin torpaqlarındakı hərəkətlərinə diqqət çəkən Akif, İsrailin hədəfləri arasında bölgənin İslam və əxlaqi dəyərlərdən mücərrədlənməsi və İslam dünyasının davamlı olaraq geri qalmasının iştirak etdiyini ifadə etdi. Akif, İsrailin iki əsgərini əsir alınmasını bəhanə edərək Livana qarşı döyüşə başlamasına, Livanın şəhərlərini sıx borbardmana tutmasına işarə ilə "İsrail, bütün insani, əxlaqi və beynəlxalq dəyərləri tapdaladı. Artıq İsrailin müsəlman kəslərin sahib olduğu İslami dəyərləri və İslamı yox etməyi əhatə edən planlarının mövcudiyyəti hər kəs üçün açıq-aşkardır" dedi. Misir və İslam ölkələrindəki zorba rəhbərliklərin varlığına da işarə edən Akif, İslam ölkələrinin azad bir quruluşa qovuşması halında düşmənin indiki kimi rahat hərəkət edə bilməyəcəyini vurğuladı.

    Birlik.az
    Категория: Dünyada | Просмотров: 1214 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər