Bazar, 22.12.2024, 05:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Bela deryasından bir qetre
                                  
     
       
                                                           
    Şübhəsiz bu ğündə bir dəstənin adı şəhidlərin ağası imam Hüseyn(ə)-ın divanında cənnət əhli sırasında yazılıb, bir dəstənin adı isə imam Hüseyn(ə)-ın divaninda cəhənnəm əhli sırasında qərar tutdu. Əlbəttə hər iki qrup öz yolunu öz ixtiyarları ilə secmişdilər. Çünki Allah taala düz və əyri yolu insanlara göstərərək yolu secməyi isə insanin öz öhdəsinə buraxmişdir.

    İmam Zaman(ə)-mın sözlərində əza

    Məşhur müqəddəs nahiyə ziyarəti imam Zaman(ə)-mın müqəddəs vücudundan nəql olunubdur. O, həzrət bu ziyarətdə kərbəla faciəsinin bir sıra yerlərini nəql edir. Biz bu söhbətdə onun bəzi cümlələrini bəhs edəcəyik.
    Həzrət imam Zaman(ə) bir sıra cümlələri bəyan etdikdən sonra, öz cəddi imam Hüseyn(ə)-ma xitab edərək belə deyir: "eləki, qadınlar sənin atını başını aşağı salmış, yəhərini isə çevrilmiş bir halda ğördülər, saçları dağınıq bir halda üzlərinə vura–vura, fəryad çəkə-çəkə sənin qətlgahına tərəf sürətlə hərəkət etdilər".Həzrət imam Zaman (ə) şəhidlərin ağası imam Hüseyn(ə)-ın atının halını xeymələrə tərəf qayıdarkən bələ bəyan edərək, o atı "məxziyyən" yəni- başını aşağı salmış bir halda vəsf edir. Bu kəlmə o zaman işlənər ki, insan səhlənkarlıq etməyib, həqiqətdə əlindən heç bir iş gəlməsinə baxmayaraq bir iş görə bilmədiyindən özünü üzü qara və xəcalətli görsün. İmam Hüseyn(ə)-ın atının halı da elə belə idi.Çünki o öz sahibinə kömək edə bilməmişdi. Elə buna görə də hərəm əhlini baş vermiş faciədən xəbərdar etmək üçün başını aşağı salmış bir halda "peyğəmbər ailəsi"nin yanına yaxınlaşdı. Bir tərəfdən atın başını aşağı salması, bir tərəfdən isə sahibinin yıxılması nəticəsində iplərinin qırılmasından yəhərin çevrilməsi qadınları faciənin dərinliyindən agah etdi. O zaman imam Zaman(ə) qadınların reaksiyalarının bəyanında belə deyir: "saçları dağınıq bir halda xudurdan(içəridən) çölə cıxdılar".
    "Xudur"- "xidr" sözünün cəm formasıdır. Bu "xidr" ifadəsi ərəb dilində mütləq qoruyucu örtük mənasında deyil. Əksinə, "xidr" evin əlçatmayan içərisinə deyilər.
    İmam Zaman(ə)-ın bu ziyarətdə işarə etdiyi başqa bir hal isə qadınların saçlarını dağıtmasıdır.
    Mümkündür insan belə fikirləşsin ki, saçları dağıtmaq bu mənadadır ki, qadınlar öz saçlarını hamının gözü önünə qoydular. Əlbəttə belə deyil. Əksinə, ərəb ənənəsinə görə əgər bir qadın tamamilə naümid olub, öz sevinc və şadlıqlarını əldən verərək ürəyinə elə bir dağ çəkilsə ki, heç bir zaman öz dodaqlarında "təbəssüm gözləmək" ümüdü olmamış olsa, belə bir halda öz bəzənmiş və bağlı saçlarını açıb dağıtdıqdan sonra məqnə və baş örtüyünü yenidən bağlayar. Bu iş müsibət və ağır qəmin yetişməsinin əlamətidir.Elə qadınlarda belə etdilər.Lakin bununla yanaşı imam Hüseyn(ə)-ın onlara əmr verdiyi "məqnə və baş örtüklərini möhkəm bağlasınlar" göstərişinə əməli olaraq riayət etdilər.
    İmam Zaman(ə) öz sözlərinə belə davam edir: "Onlar elə bir halda idilər ki, öz üzlərinə vurur və ağlayaraq dad-fəryadla səni səsləyib çağırırdılar". Həqiqətdə bu ziyarətin ayrı-ayrı ibarə və sözləri əza və böyük bir müsibəti bəyan edir.

    Qətlgaha doğru


    Biharul-ənvar və sair hədis mənbələrində qadınların imamHüseyn(ə)-ın atının pərişan halını görmələri ilə bağlı bir sıra rəvayətlər gəlmişdir. Onlar bu halı müşahidə etdikdə xeymədən qətlgaha qədər olan məsafəni (təqribən 200 metrdir) ağlayaraq, üz və başlarına vuraraq "Ey Muhəmməd fəryadımıza çat, ey Əli fəryadımıza çat, ey Fatimə fəryadımıza çat, ey Həsən fəryadımıza çat, ey Cəfər fəryadımıza çat, ey Həmzə fəryadımıza çat " fəryadını yüksəldən bir halda getdilər
    Ziyarətdə belə gəlmişdir: "...Onlar sənin qətlgahına tərəf tələsirdilər".Həqiqətən onlar qətlgaha tərəf hərəkətlərində nəinki tələsir, hətta bir-birlərini qabaqlayırdılar.
    Dil o səhnəni və o günün başqa hadisələrini bəyan etməkdən acizdir.Doğrudan da görəsən o səhnənin hər anında hansı hadisələr baş verirdi? Qadın və uşaqlar nə üçün o cür bir-birlərini ötüb keçirdilər? " Ey Muhəmməd fəryadımıza çat, ey Əli fəryadımıza çat, ey Fatimə fəryadımıza çat, ey.... " fəryadı nə səbəbə görə idi? Şübhəsiz bu çağırışla onlara yetişmiş müsibətin böyüklüyünü söyləmək istəyirdilər. Axı, o böyük şəxsiyyətlərdən daha yaxşı hansı bir fəryada çatan var?! Bir də ümüdləri var idi ki, qətlgaha vaxtında çatmaqla ola bilsin imam Hüseyn(ə)-ın həyatının son anlarına yetişə bilsinlər.

    Əsirlərin karvanı


    Əllamə Məclisi və başqalarının rəvayətlərinə əsasən Aşura əsrinin məlunu Ömər ibn Səd şəhidlərin başlarını qabaqcadan göndərib özü isə Məhərrəm ayının 11-ci gününün günortasınadək Kərbəlada qaldı. Peyğəmbər ailəsindən olan əsirlər karvanını hərəkətə gətirib Kufəyə tərəf yola düşdülər.

    Kərbəladan Kufəyə qədər məsafə üç etar idi. Minik vasitələrinin növbənöv olması və səfər hədəfinin fərqli olduğundan bu məsafəni qət etmək üçün lazım olan zaman müxtəlif idi.Məsələn: bu yolu təkcə, cəld və iti gedən atı ilə qət edən kəs, Kufəyə çatmaq üçün üç-dörd günlük bu yolu yol yoldaşları və dəvələr vasitəsi ilə başa vurması gərəkən kəsin müqabilində daha az bir zaman yolda olurdu.
    İbn Səd istirahət üçün heç bir mola vermədən imam Hüseyn(ə)-dan sonra sağ qalanları bir sutqadan daha az bir müddət ərzində Küfəyə çatdirdı.

    O, necə bu yolu belə getdi?!

    Əhli-beyt varisləri ilə nə etdi?!

    İmam Zaman(ə) bu səfərin vəsfində və Kərbəla hadisəsindən sonra sağ qalanların necə aparılması barədə cəddi imam Hüseyn(ə)-a xitab edərək belə deyir:"Ailən kölələr kimi əsir olub dəmir zincirlə bağlandılar".
    Tarix dəfələrlə Peyğəmbər və Əmirəl-mömininin qullarla davrandığı rəftarına şahid olubdur.
    Məsələn: müşriklər Peyğəmbəri aradan qaldırıb İslamı məhv etmək üçün müsəlmanlarla müharibəyə getdilər. Lakin Allah Peyğəmbərinə və müsəlmanlara yardım etdi və onlar qələbə çalaraq bir dəstə müşrikləri əsir etdilər. O günün sabahı əziz Peyğəmbər(s) müsəlmanlara belə buyurdu:"dünən axşam səhərədək əsirlərdən birinin naləsinin səsindən yata bilmədim".
    Həzrətin bu sözü rifah sevərliyinə və aramlığının pozulduğuna görə yox, əksinə əsir şəxsin qatlandığı əziyyətə gorə idi.
    Bizim tarixdə başqa nümunələrimizdə vardır ki, o böyuk şəxsiyyətlər əsirləri əzizləyərək onlarla hörmətlə təftar edir, hətta onlarla müharibəyə qalxmış kəslərə belə pis rəva bilmirdilər.
    İndi isə görün peyğəmbərlik ailəsinin əsirləri ilə bu cür rəftar olundu?
    Şübhəsiz cavab mənfidir. Çünki....

    Kərbəladan Kufəyədək


    İmam zaman(ə) qadınların Kufəyə necə aparılması barədə canyandırıcı bir təsfir göstərir. Müqəddəs nahiyə ziyarətində gəlmiş mətləbə görə əsirləri kölələr kimi qandal və zəncirlə bağlanmış bir halda aparırdılar. Bu əsirlərin arasında az yaşlı qızlar, beş yaşlı imam Muhəmməd Baqir(ə) və imam Həsən(ə)-ın az yaşlı ovladlarından iki nəfər var idi. Onların hamısının əl, ayaq və boyunlarını üzüntülü bir şəkildə zincirləyərək zincirin iki ucunu isə bir-birlərinə bağlamışdılar. Həmçinin onların ayaqları dəvələrin qarnının altından bir-birinə bağlanmışdı. Belə dərdli bir vəziyyətdən əlavə, mindikləri dəvələrin oturmağı asanlaşdıran və bir qədər də olsun belə rahatlaşdıran heç bir döşəməsi yox idi.
    İmam Zaman(ə) bu barədə həzrət imam Hüseyn(ə)-a xitab edərək belə ərz edir: "Onlar taxtadan hazırlanmış döşəntisiz palanlar üzərinə minmişdilər".
    At, qatır və uzun qulağın belinin üstünün eyni olduğuna görə onlara minmək bir qədər narahatdir. Amma dəvələrin belində hörgüc, diklik, qabartı olduğundan onlarin üzərinə bağlanan qurğu(palan) olmadan minmək mümkün deyildir.
    Həzrətin bəyanında "Qətəb(dəvə palanı)" adlanan bu vəsilə hamar və saf şəkildə ağacdan hazırlanırdı. Amma onda kələkötür və aşağıdan dəvənin hörgücünü özündə gizlətmiş əziyyət verən diklik və cıxıntılar var idi.Onu sabit saxlamaq üçün dəvənin qarnının altından bağlayırdılar. Sonra isə onun üzərinə üstü açıq ya üstü bağlı kəcavə qoymaqla dəvə minilməyə hazır olurdu. Bu dəvə ilə səfərə çıxmağın adi qaydası idi.
    Kərbəladan Kufəyə səfər edən kəslər barəsində isə vəziyyət tamamilə başqa cür idi. Bu Ömər ibn Səd bu ailənin bütün şəxslərini həmin taxtaların üzərinə mindirdi. O vəsilələrlə belə bir səfər barəsində düşünmək faciənin dərinliyini göstərər. Kələkötür və diklikləri olan taxtaların üzərində oturmaq, al, ayaq və boyunda zincir olması və dört günlük yolu bir sutqadan daha az bir müddət ərzində bu cür qət etmək O əzizlərin başına nələr gətirdi?
    Əllamə Məclisi bu barədə biharul-ənvar kitabinda belə bir rəvayət nəql etmişdir: "....və imam Səccad (ə)-ın boynundan qan axırdı".
    Aydındir ki, dəvənin sürətlə hərəkət etməsi və ağacdan düzəldilmiş kələkötürlü və örtüksüz palan onlarla nə edirdi?
    İmam Hüseyn(ə)-dan sonra sağ qalanların karvanı yetişdikdə onları ibni Ziyadın (allah ona lənət etsin) məclisinə daxil etdilər. İbni Ziyad öz məmurlarından birinə belə dedi: "Bu oğlanı (yəni imam Cəccad(ə) ) yoxla. Əgər həddi buluğa yetişibdirsə, boynunu vur". Gərək diqqət etmək lazımdır ki, imam Səccad(ə) Kərbəla hadisəsində irmidən çox yaşı, oglu imam Baqir(ə)-in isə təqribən beş yaşı var idi. Bundan əlavə, Bəni haşim qəbiləsi iri bədənli və uca boy idilər.
    Hadisəni belə təsfir etdikdə doğrudan da, iyirmi yaşdan çox yaşı olan imam Səccad(ə)-in başına nələr gəlmişdir ki, bu cür az yaşlı gözə çarpırdı.
    Aydındır ki, xəstəlik, cansıxıcı müsibətlər və bir tərəfdən imam Hüseyn(ə) kimi bir ata, Əbülfəzl Abbas kimi əmi, Əli əkbər kimi və sairə kimi qardaşları əldən vermək, bir tərəfdən də o cür dəvələr üzərində qandal və zincirdə dörd günlük yolu bir gecədə qət etmək O həzrəti o cür əldən salmışdı. Onlardan da əlavə, zincirlərin sürtülməsi nəticəsində O həzrətin boynunun damarlarından axmış qan idi.

    Qan ağlayan gözlər


    İmam zaman(ə) ziyarətin davamında əziz cəddinə belə ərz edir:"Əgər dövran məni geri atıb ilahi təqdir mənim sənə kömək etməyimin qarşısını alıbsa və mən səninlə müharibə edənlərlə müharibə və səninlə düşmənçiliyə qalxanlarla düşmənçilik edə bilməmişəmsə, onda sənin ölümünə yas tutub səhər-axşam sənə nalə edərəm və göz yaşlarım əvəzinə sənə qan ağlaram".
    Gördüyünüz kimi imam Zaman(ə) ziyarətin bir cümləsində fəryadla nalə etmək barəsində danışıb. Amma ziyarətin bu hissəsində isə səhər-axşam göz yaşları əvəzinə qan tökmək barədə danışır. Bu qədər qəm-qüssə nə üçündür? O həzrət hansı səhrada yana-yana fəryad edir? Dağı heç bir zaman sönməyən hansi Aşura hadisəsini xatirlayır?
    İnsanın öz əzizini əldən verməsinin müsibət və qəmləri hər nə qədər ağır olsada belə tədricən unudular. Lakin O həzrətin qəmlərdən daha yüksək bir qəmi və bütün qüssələrin böyüklüyüncə bir qüssəsi olduğundan matəmlicəsinə seyyidlərin ağası imam Hüseyn(ə)-a xitab edərək deyir: " sənin ölümünə yas tutub səhər-axşam sənə nalə edərəm və göz yaşlarım əvəzinə sənə qan ağlaram".


    Göz yaşı əvəzinə qan ağlamaq mümkündürmü?

    Tədqiqatçıların sözünə əsasən insanin gözlərinin arxasıda qan torbalari yerləşir. Bu torbalar olduqca duyğulu çətinliklərin və müsibətlərin qəm-qüssəsinin təsiri altında qanı göz yaşına çevirərək göz hədəqəsinə göndərirlər. Əgər ağlama davam edib kəskinləşərsə, qan torbasının fəaliyəti pozularaq yararliğını əldən verər. Belə bir zamanda göz qan tökməyə başlayar.
    İmam Zaman(ə) burada demək istəmir ki, mən sənə elə ağlayacağam ki, göz yaşı yerinə qan tökəm. Əksinə, ərz edir ki, sənin matəmində gözlərimdən göz yaşı yox, qan axir.
    Bu bəyan göstərir ki, O həzrət xüsusi bir zamanda cəddi şəhidlərin agasına yas tutub aglamir. Əksinə, il boyu ona gözlərindən qan axıdır.
    Emin İmanlı
     
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (01.03.2008) | Автор: EMin iMANLI E W
    Просмотров: 1694 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər