Главная » 2008 » Avqust » 15 » TÜRKİYƏ PREZİDENTİNİN OĞLU MÜDİRƏDƏN NƏYİ TƏLƏB EDİB?
12:44 TÜRKİYƏ PREZİDENTİNİN OĞLU MÜDİRƏDƏN NƏYİ TƏLƏB EDİB? |
Mehmet Əmrə Gül: “Ailəmin bundan xəbəri olmayıb”
Türkiyə prezidenti Abdullah Gülün oğlu təhsil aldığı kollecdə məscid açılmasını tələb edib. Türkiyənin “Milliyet” qəzetinin xəbərinə görə, prezidentin oğlu telekanallardan birinə açıqlamasında faktı təsdiqləyib. Mehmet Əmrə Gül iki il əvvəl təhsil aldığı TED Ankara Kollecinin müdirəsi Məlikə Toklucu ilə görüşərək, ibadətini yerinə yetirməsi üçün yer ayrılmasını tələb edib.
Müdirə isə o zaman xarici işlər naziri olan Abdullah Gülün oğlunun xahişini rədd edib. dünən “Star” telekanalının xəbər buraxılışına ailəsinin izni ilə qatılan Mehmet Əmrə xəbəri təsdiqləyib: “Bəli, iki il əvvəl belə bir tələbim olmuşdu. Altıncı və yeddinci sinifləri ABŞ-da oxumuşam. O zaman sinifdə məndən başqa daha bir müsəlman vardı. Orada bizə ibadətimizi yerinə yetirmək üçün imkan yaradıldığından, Məlikə xanımla görüşüb xahiş etmək qərarına gəldim. Amma ailəmin bundan xəbəri yox idi. Onlar yalnız bu gün, bu məlumat yayıldıqdan sonra bundan xəbər tutublar. Müəlliməm tələbimi anlayışla qarşılayıb bunun mümkün olmayacağını söylədi. Mən də tələbimə müsbət cavab verilməməsini anlayışla qarşıladım”. /LENT.AZ/
|
Категория: Dünyada |
Просмотров: 1198 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|