Çerşenbe axşamı, 03.12.2024, 22:32
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 23 » DİN XADİMLƏRİNİN VAHİD GEYİMİ OLSUNMU?
    12:45
    DİN XADİMLƏRİNİN VAHİD GEYİMİ OLSUNMU?
     
     
     
     
     
     
     
     
    Hacı Ilqar Ibrahimoğlu: «Türkiyədəki ənənənin Azərbaycanda tətbiqindən söhbət gedə bilməz»
    Vahid geyimə keçməklə bağlı müzakirələr indi də dini müstəviyə keçir. Belə ki, parlamentin Sosial-siyasət komissiyası din xadimlərinin Türkiyədə olduğu kimi vahid geyimə keçməsini təklif edib. Qafqaz Müsəlmanları Idarəsinin sədr müavini isə KIV-ə açıqlmasında “belədirsə, deputatlar üçün də vahid geyim olsun” deməklə bu təklifə qarşı çıxıb. Görək, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu təkliflə bağlı nə düşünür?

    İ.İbrahimoğlu əvvəlcə onu qeyd etdi ki, bu məsələdə Türkiyə təcrübəsinə istinad etmək doğru deyil: “Türkiyədə bu sahəyə məsul olan konkret bir nazirlik var. Orada din xadimləri dövlət məmuru statusundadır.
     Bu da onların geyimlərinə, müxtəlif məsələlərinə müdaxiləni mümkün edir. Azərbaycanda belə bir durum olmadığından bunun necə baş verəcəyi ilə bağlı hüquqi müstəvidə ciddi suallar çıxa bilər. Bizdə dini icmalar müstəqildir. Bu qaydanın tətbiqi ona bənzəyir ki, QHT-lərə də geyimlərinin necə olacağı tövsiyə olunsun. İcmaların öz daxillərində bu məsələlərə müəyyən yanaşmaları ola bilər. Amma ümumilikdə inancımızda xüsusi təbəqə və ya kasta yoxdur ki, insanların inancla bağlı məsələlərini onlara ötürmüş olsun. Yəni, İslam dini xristianlıqda və digər dinlərdə olduğu kimi keşiş təbəqəsini qəbul etmir. İnancımızda bilən və ya bilməyən, daha çox bilən yaxud daha az bilənlər var. Ölkədə İslamla bağlı bilgilərin vəziyyəti o qədər bərbaddır ki, insanlar ən elementar məsələləri öyrənmək üçün bilənlərə müraciət edirlər. Bu da sovetdən qalmış ənənə kimi bir təbəqə formalaşdırıb. Bir az da tarixə getsək, bu təbəqənin formalaşma dövrü Çar imperiyası dönəminə gedir. Azərbaycanda sırf xristianlıq institutlarında olduğu kimi din xadimi təbəqəsi formalaşdırmağa cəhd edilib. Ona görə hesab edirəm ki, Türkiyədəki ənənəni burda tətbiq etməkdən söhbət gedə bilməz. Söhbət Çar imperiyası dönəmindən qalmış ənənələrdən gedirsə, mənə elə gəlir ki, müstəqil Azərbaycanın buna ehtiyacı yoxdur”. İ.İbrahimoğlunun fikrincə, söhbət, dini sahədəki neqativ halların dəyişməsindən gedirsə, forma məsələsi o qədər də önəmli deyil: “Mahiyyətin dəyişməsi barədə düşünmək lazımdır. Necə edək ki, maarifçilərin inancımıza uyğun əxlaqı, dünyagörüşü, rəftarları, yaşayış tərzləri olsun? İnsanlarda məhəbbət, səmimiyyət, sayğı əmələ gətirən duyğular yaratsınlar. Mahiyyətin dəyişməsindən söhbət gedirsə, bu, geniş islam maarifçiliyinə aparan prosesdir. Forma şəxəsiyyətin daxili azadlığından irəli gələn məsələdir və o, insanları o qədər narahat etmir”.

    Gültəkin /azadlıq qəzeti/



    “Deyerler” AİN (www.deyerler.org)
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1390 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər