Bazar, 22.12.2024, 06:58
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    MÜCAHİD, YOXSA «TERRORÇU»?..
     
     
    Həqiqət heç də hər zaman olduğu kimi təqdim olunmur. Bəzən məlumatsızlıqdan, bəzən isə qəsdən. Günümüzdə istifadə edilən bir çox ifadələr, postulatlar, «həqiqətlər» bir vaxtlar kimlərinsə yanlışlığı əsasında ərsəyə gəlib. Bununla belə, artıq «dillər əzbərinə» çevrilib.
        «Hindular» dedikdə, özünü dünyadan-aləmdən agah sayan hər bir kəs Amerikanın aborigen, yerli, qədimdən məskunlaşmış əhalisini nəzərdə tutur. Əksər hallarda, heç bu sözün meydana gəlmə səbəbinə varmadan! Sən demə, 15-ci əsrin sonlarında Amerikanı «kəşf» etmiş avropalı Xristofor Kolumb Baham adalarına ilk dəfə qədəm qoyduqda, uzaq Hindistana gəlib çatdığını zənn etmiş və oranın yerli sakinlərini «hindu», yəni hindistanlı adlandırmışdır. Axı o, Atlantik okeanından Hindistana yeni yol axtarışında idi. Niyyət isə çox mühümdür! Sonradan buranın yeni bir qitə olduğunu və Hindistandan çox-çox uzaqda yerləşdiyini anlayan bəşəriyyət yenə də bu «hindu» sindromundan əl çəkməmiş, günümüzədək Amerikanın yerli əhalisini elə bu adla adlandırmaqda davam etmişdir.
        Avropadakılar Avstraliya, «Yaşıl Qitə»də yaşayanlar isə Avropa sakinləri ilə eyni səma altında yaşadıqlarını heç ağıllarına də gətirmirdilər. Hər halda «Köhnə Qitə» oğulları Avstraliyaya da yol tapdılar. Və burada balasını qarındakı torbasında gəzdirən heyvanı görcək, çox təəccübləndilər. Təbii ki, dərhal yerli əhaliyə müraciət edərək, bu əcaib heyvanın necə adlanmasını xəbər aldılar. Cavabında isə «ken-qu-ru» eşitdilər. Elə o vaxtdan da bu tullanmaq həvəskarını bütün planet elə bu adla tanıdı. Ən maraqlısı isə burasındadır ki, yerli əhali avropalılara heç də suallarına cavab verməmişdilər. Əksinə, heç nə anlamadıqlarına görə «ken-qu-ru» - «mən başa düşmürəm» demişdilər. İl ötdü, dövran keçdi. Avropalıların səhv etməsi indi hamıya bəllidi. Ancaq bundan kisəli binəvaya bir fayda varmı? Yox. O, elə kenquru olaraq dövranını sürməkdədir. Hamı bilir ki, KENQURU heç də KEN-QU-RU deyil! Lakin...
        İnsanlar arasındakı münasibətlərdə də yuxarıda nəzər saldığımız hadisəyə bənzər təzadlara tez-tez rast gəlinir. Məsələn, birinin adını qoyurlar «oğru». Amma hamı bilir ki, həqiqətdə belə deyil. Bəzən isə, «oğru elə bağırır ki», doğrunun danışmağa sözü də qalmır! Və yaxud rüşvət kimi çirkinliyə deyillər «hörmət». Bəs əslində bu, kimin kimə hörməti, kimin hörmətsizliyidir? Ya da ki, torpağını təcavüzdən, yadellilərin işğalından azad etmək üçün canından keçəni bütün dünyaya «terrorçu» kimi tanıtmağa cəhd edirlər. Halbuki, «terrorçu» sözünün arxasında hansı mətləblərin dayandığını götür-qoy etsək, ittihamçıların özlərinin bu tələblərə tam dolğunluğu ilə cavab verməsini müşahidə edərik.
        Bu günlərdə həyatını ölkəsinin İsrail işğalından azad edilməsinə həsr etmiş livanlı mücahid İmad Muğniyyə terrorun qurbanına çevrilərək, şəhid edildi. Beləcə, fevralın 12-də Dəməşqdə həyata keçirilən terror aktı nəticəsində İsrailin işğalına qarşı yaradılmış «Hizbullah» müqavimət hərəkatının liderlərindən biri olan Muğniyyə dünyasını dəyişdi. Təbii ki, dərhal bu hadisənin arxasında kimin dayanması məsələsi meydana gəldi. «Hizbullah» rəsmiləri İmad Muğniyyənin qətlində ABŞ və İsrailin əli olduğunu dilə gətirdi. Əslində burada qeyri-adi bir şey də yoxdur. Adi bir fakt. ABŞ Muğniyyənin başına 5 milyon dollar mükafat vəd etmişdi. Necə deyərlər, şərhsiz.
        Muğniyyənin Beyrutda təşkil edilən dəfn mərasimi izdihamlı mitinqə çevrildi. Yüzminlərlə həmvətəni onu bir qəhrəman şəhid kimi son mənzilə yola salırdı. Həmin mərasimdəki çıxışların birində belə deyilirdi: "İmad Muğniyyə qəhrəmandır. Onun şəhadəti və pak qanı İsraili Yer kürəsindən silib təmizləyəcək! O, İsrailin və bəzi Qərb xüsusi xidmət orqanlarının hədəfində olmasına baxmayaraq, onun barəsində verdikləri yalançı faktlar hələ sübut olunmayıb. Onun guya təyyarə qaçırması və ya terror aktlarında iştirakı da sübut olunmamış və heç bir dəlil də göstərilməmişdir".
        Dəfn mərasimində çıxış edən Seyyid Həsən Nəsrullah həmişəki kimi qətiyyətli idi:
    «Hələ gənc yaşlarından böyük zəfərlərə imza atıb şəhid olmağı arzulayan Hacı İmad sonunda hədəfinə çatdı. Mən bu ilahi iftixar medalını almasına görə şəhidimizə təbriklərimi təqdim edirəm. O tamamilə bir cihad yuvasında idi. Həmin yuva hələ ayaqdadır, amma indi bu ev, şəhadət yuvasına dönmüşdür!
        Mən bu şəhidimizin əziz ana və atasına təbriklərimi təqdim edirəm. Bu ilahi şəhadət və səbr sizlərə müqəddəs olsun. 25 ildən bu günə qədər şəhadət məktəbinə bağlı olan bizlər üçün İmadın şəhadəti çox təbiidir. Belə ki, Seyyid Abbas Musəvi və Şəhid Raqib Hərbin şəhadətindən sonra da eyni yolda idik. Biz gerçək və qanlı bir döyüşdəyik. Bu döyüşdə İsrail və təcavüzkar Amerikaya qarşı vətən, millət, müqəddəs dəyərlər və öz izzətimizi müdafiə edirik.
        Mən onun pak cənazəsi qarşısında, sizin və Hizbullahın bu anda rəftarının nə olacağını maraqlanan bütün dünyanın qarşısında qəti söyləyirəm ki: əvvəlcə, onlar İmad Muğniyənin şəhid edilməsini özləri üçün böyük bir müvəffəqiyyət görərkən, biz də İmadın şəhadətini böyük bir müjdə olaraq qiymətləndiririk. Bu şərtlər eynilə Şəhid Raqıb Hərbin şəhid edildiyi zamandakı kimidir. Onun şəhid olmasından sonra İsrail Livanın paytaxtından, Bəəlbəkdən və Cənubdan qovuldu. Onun pak qanı və güclü müqaviməti sayəsində biz qələbə qazandıq. Sonra Seyid Abbas Musəvi şəhid edildiyində müqavimətin qırılacağını zənn etmişdilər. Ancaq, biz illər içində ayağa qalxıb İsraili zəlil bir şəkildə Livandan çölə atdıq! Xalqımızın müqaviməti və Abbas Musəvinin qanıyla müvəffəqiyyətə çatdıq… Bu gün İmad Muğniyəni şəhid edərək, onun qətl edilməsilə müqavimətin yox ediləcəyini sanırlar. Onlar onu keçən İyul döyüşünün intiqamı üçün qətl etdilər. Lakin bu döyüş hələ davam edir. Məsuliyyətini üzərimə götürərək bütün dünyaya bunu elan edirəm ki, bu anda İsrailin səltənətinin çökməsi mərhələsinə hazırlanırıq…»
        Göründüyü kimi, bu terror aktı sadəcə bir terror deyil. Bu, nisbi də olsa, sakit bir okeanı təlatümə gətirmək deməkdir. «Hizbullah»ın sözlərinə vəd etməsinin isə, İsrailin Livana son təcavüzü zamanı bütün dünya şahidi oldu. İsrailin xüsusi xidmət orqanları da, yüksək rütbəli zabitləri də, siyasi elitası da, adi vətəndaşları da Seyid Həsən Nəsrullahın heç zaman boş-boşuna söz danışmadığını, sözünün arxasında ciddiliklə dayandığını çox gözəl bilirlər. Aydın məsələdir ki, Muğniyyənin qətli «Hizbullah» düşmənlərinə vacib idi. Özləri də etiraf etdikləri kimi, hərəkata ciddi zərbə endirildi. Ancaq hər şey aşkar olsa da, yenə də öz adları ilə qarşı tərəfi çağırmağa cəhd edilir. İşğalçılığa qarşı savaşan mücahid «terrorçu» adlandırılır. Əslində Muğniyyənin başqa bir dövlətin ərazisində amansızcasına qətlə yetirilməsi dövlət səviyyəsində terrordan savayı bir şey deyil. Ancaq yenə də... terror edən deyil, terrorun qurbanı olan şəxs «terrorçu» adı ilə Qərb qəzetlərinin manşet yazısına çıxır. Maraqlıdır ki, dünya ictimaiyyətini aldatmaq naminə çoxsaylı yalan variantlar uydurulur. Əsas məqsəd isə, ictimai rəyi çaşdırmaq, «qara qatıq» obrazını bəşəriyyətin zehnində həkk etməkdir. Dünyanın aparıcı KİV-lərinə nəzarət edən səhnəarxası qüvvələr üçün bunu etmək elə çətin deyil. Amma qatığa qara deməklə, onu qara etmək olarmı?..
        Bu gün bütün dünya Yaxın Şərqdə yeni hadisələrin, dəyişikliklərin şahididir. Və artıq gedişata təkan verən və onun əsas konturlarını müəyyən edən başlıca amil okeanın o tayında hazırlanmış yeni-yeni layihələr deyil, region xalqlarının öz iradəsidir. Bu iradə təcavüzkarlığı, dövlət səviyyəsində həyata keçirilən terroru, neokolonializmi, başqa sözlə desək, hegemonçuluğun qarşısında mütilik sindromunu qətiyyətlə rədd edir. Region xalqları ölkələrinin, ərazilərinin onun-bunun tapdağı altında inildəməsindən bezib! Artıq bu xalqların iradəsi qarşısında ən müasir tipli silahlar belə, gücsüzdür. Belə ki, bu, insanların iç dünyasında baş qaldırmış yeni bir hərəkatdır. «Hindu» deməklə hinduları hindistanlı etmək mümkün olmadığı kimi, «terrorçu» deməklə də öz torpaqlarının azadlığı uğrunda müqavimət hərəkatına qoşulmuş insanları terrorçuya çevirmək qeyri-mümkündür!
        Müqavimət - bir hərəkatdır. Onun ruhu - ayrı-ayrı şəxslər, fərdlər deyil, əqidədir! Kimisə terrora məruz qoymaqla, kimisə fiziki məhv etməklə onun qarşısını almaq olmaz. Bir Muğniyyənin şəhid edilməsi - min müğniyyənin ərsəyə gəlməsinə yol açır. Bu, müqavimət hərəkatının ruhundan irəli gəlməkdədir.
        Yaxın Şərqin başı üzərində dolaşan qara buludları yox etmək, regionda sülhü bərqərar etmək üçün isə dövlət səviyyəsində terrora əl atmaq, işğalçılıq siyasətini zor gücünə davam etdirmək, üstəlik bu haqsızlığa qarşı çıxanlara qara yaxmaq deyil, problemin kökünü həll etmək lazımdır. Bu isə yalnız İsrailin işğalçılıq siyasətinə və ABŞ-ın bu biabırçı siyasəti dəstəkləməsinə son qoymaqla mümkündür.
        Yaxın Şərq öz füsunkar təbiəti, qədim mədəniyyəti, əsrarəngiz resursları, ən əsası, zəngin mənəvi dəyərlərilə şərəfli həyat intizarındadır. Köhnəlmiş Şərq bu ümidləri doğrultmadı. Öz varlığını ortaya qoya bilmədiyindən, özgələrin əlində əsirə çevrildi. Torpaqları işğal olundu, yer altı və yerüstü sərvətləri talan edildi, mədəni dəyərləri sarsıdıldı. Yeni Şərq isə məhz şərəf və ləyaqət, haqq və ədalət prinsipləri əsasında qurulacaq sülh və əmin-amanlıq intizarındadır…
    «Yeni Şərq» Elmi Araşdırmalar Mərkəzi
    Категория: Dini meqaleler | Добавил: media-islam (30.07.2008)
    Просмотров: 1907 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər