Şenbe, 21.12.2024, 20:09
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 49
    Qonaq: 49
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Ne üçün biz «şieler» hesir seccade üzerinde namaz qılırıq, onlar ise...?

    Cavab:Məscidun-Nəbidə (Peyğəmbər məscidində) səcdəgahı həsir olan bir səccadə üzərində namaz qılırdım. Yanımda əyləşən bir gənc Qur’an oxuyur və gözaltı mənə baxırdı. Namazdan sonra həsiri göstərərək dedi: «Bu nədir? Nə üçün xalçaya səcdə etmirsən?» Mən: «Sualınıza cavab verirəm, amma mənim də iki sualım var. Cavab verməniz lazımdır» – dedim.

    Gənc:

    – Sualınıza cavab verməyə hazıram.

    – Sizin kitablarınızda – «Əhli-sünnə» qaynaqlarında – qeyd olunur ki, Allahın rəsulu (s) həsir səccadə salar və üstündə namaz qılardı[Tarixut-təqvim liməkkəti və beytullahil-kerim, Məhəmməd Tahir Kürdi əl-Məkki, c. 3, 6-cı hissə, səh. 348.] Biz, Peyğəmbərin (s) bu növ xalçalar üzərində namaz qılmadığına, bunlara səcdə etmədiyinə əminik. Ən azı ona görə ki, o zaman, bu xalçalar olmayıb. Bu xalçalar, təqribən, əlli il bundan qabaq, neftdən hazırlanmışdır. Bütün bunları nəzərə alaraq, tam əminliklə demək olar ki, həsirə səcdə etmək tamamilə düzgün, xalçaya səcdə etmək isə, nəinki şübhəli, əksinə bid’ətdir. Təbii ki, hər bir bid’ət azğınlığa və cəhənnəmə açılan bir qapıdır.

    Sözlərim onun üçün gözlənilməz olan gənc, əlini xalçanın üstünə qoyub, əsəbi görkəm alaraq dedi:

    – Xalça üstünə səcdə edin və doğru yolla gedin. Behiştin yolu həmin doğru yoldur.

    – Həsirə səcdə etməyin nə eybi var? Bunun harası doğru deyil? Həzrət Peyğəmbərin (s) səcdə etdiyi həsirə səcdə etmək doğru deyilmi?

    O, həsirə baxır və susurdu. Çünki həsirə səcdə etməyin doğru olmadığını deyə bilmirdi. Bu arada mən sözümə davam etdim.

    – Həsirə səcdə etmək Peyğəmbərin (s) sünnəsi və onun getdiyi yoldur. Ona görə də bu əməlin düzgünlüyünə heç bir şübhə yoxdur. Xalçaya səcdə etmək isə, ən azı şübhəlidir. Biz heç bir şəkk-şübhəsi olmayan əməli həyata keçiririk. Biz Peyğəmbərin (s) gördüyü işi görürük. Biz şiələr, fiqhimizi, ibadətlərimizin keyfiyyətini Allah kitabından, Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) kəlamlarından alır və onların buyruqlarına uyğun olaraq əməl edirik.

    «Səqəleyn» hədisini (həzrət Peyğəmbərin (s) «iki mühüm əmanət» – Qur’an və Əhli-beytlə bağlı vəsiyyətini) oxuyub dedim:

    – Biz şiələrin hədis kitablarında belə bir rəvayət qeyd olunmuşdur:

    Hişam ibn əl-Həkəm adlı bir şəxs, (Əhli-beytdən olan) İmam Sadiqə (ə) dedi: «Mənə nəyə səcdə etməyin düzgün olub, nəyə düzgün olmadığını de». Həzrət: «Səcdə yalnız torpağa və torpaqdan cücərən, lakin yeməli, geyinməli olmayan şeylərə olmalıdır». – deyə buyurdu. Hişam ibn əl-Həkəm o həzrətə dedi: «Sənə fəda olum, bunun səbəbi nədir?» Həzrət cavabını açıqlayaraq buyurdu: «Səcdə, Tanrı qarşısında acizlik, təvazökarlıqdır. Yeməli, geyinməli əşyalara səcdə etmək düzgün deyil. Çünki dünyaya bağlı kimsələr – dünyapərəstlər – yedikləri, geyindikləri əşyalara bəndəlik edirlər. Allah bəndəsi isə səcdə edərkən Allaha ibadət edir. Buna görə də alını məğrur dünyapərəstlərin məhəbbət bəslədiyi əşyaların üzərinə qoymaq düzgün deyil».

    Bu rəvayəti dedikdən sonra gənc, başını aşağı salıb fikrə daldı. Ona dedim:

    – İndi iki sualım var. Birincisi budur ki, nə üçün bu xalçalara səcdə edirsiniz? Bir halda ki, «Səhih-Buxari»də[Təyəmmüm kitabı, bab 1, hədis 355.]yazılır: Həzrət Peyğəmbər (s) buyurdu:

    «Yer mənim üçün səcdəgah və pak olaraq yaradıldı».

    Bundan başqa, «Səhih-Müslim»də[Səlat kitabı, «Mütabəətül-imami vəl-əməlü bə’dəh» babı, hədis 474.]yazılır: Həzrət Peyğəmbər (s) səcdə edərkən alnını torpağa qoyardı».

    İkinci sualım budur ki, nə üçün namazın «salam»larını dedikdə üzünüzü qiblədən çevirirsiniz? Halbuki, Allah-taala Qur’anda Peyğəmbərə (s) buyurur:

    «Üzünü Məscidül-hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!»[Bəqərə surəsi, ayə 144]

    O, ilk sualıma cavab olaraq dedi:

    – Xalça yerdəndir. Onlara səcdə etmək yerə səcdə etmək sayılır. Bunun (yerə səcdə etməklə) heç bir fərqi yoxdur.

    İkinci sualıma isə belə cavab verdi:

    – Bizim – əhli-sünnə – fiqhində sübuta yetirilmişdir ki, namazın sonunda salam verərkən üzü sağ və sol tərəfə çevirmək lazımdır. Səbəbini isə bilmirəm.

    – Birincisi, xalça yer deyil. Bu xalçalar neftdən düzəldilib. Əgər biz şiələr kimi həsirə və yaxud məscidin döşəməsinə səcdə etsəydiniz mütləq düzgün olardı. İkincisi, Qur’an, üzünüzü «Məscidül-həram»a – Kə’bəyə doğru tutmağı tapşırmışdır. Siz isə Quranın buyruğunun əksinə əməl edir və üzünüzü «Məscidül-həram»a deyil, «Məscidül-həram»dan döndərirsiniz. Təbii ki, bu, namazın batil olmasına gətirib çıxarır.

    – Biz öz fiqhimizə uyğun şəkildə əməl edirik. Mən (bütün bunların dəlillərini) bilmirəm.

    – Sizin fiqhiniz olduğu kimi bizim də fiqhimiz var. Bu fiqh sizin fiqhinizdən fərqli olaraq, Əhli-beytə (ə) əsaslanır. Hansı ki, Peyğəmbər (s) onları dinin qaynaqları kimi təqdim etmiş və müsəlmanlara onlara müraciət etməyi tapşırmışdır. Amma sizin fiqhiniz yadlara əsaslanır. Hansı ki, Peyğəmbər (s) onları dinin qaynaqları kimi təqdim etməmiş və müsəlmanlara onlara müraciət etməyi tapşırmamışdır.

    Bu söhbətdən sonra məlum gənc fikrə daldı və bir kəlmə də danışmadı. Buna görə də onun üçün dua edərək: «Allah hamını doğru yola hidayət etsin!» – dedim və beləcə onun əlini sıxıb sağollaşdım.

    Salam olsun hidayət əhlinə!



    Другие материалы по теме
    Категория: Şie cavabları | Добавил: al-shia (02.06.2008) | Автор: ALİ ATAİ İSFAHANİ
    Просмотров: 8339 | Рейтинг: 3.1/7
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər