Çerşenbe axşamı, 16.04.2024, 18:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 29 » Ümumdünya Turizm Günü Azərbaycanda qeyd ediləcək
    14:16
    Ümumdünya Turizm Günü Azərbaycanda qeyd ediləcək
     
     
     
     
     
     
    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə tədbirlər planı hazırlayıb.
    Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, sentyabrın 26-da ölkənin ali təhsil ocaqlarında təhsil alan I kurs tələbələri üçün ekskursiya təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış «siti-tur» avtobusları iki saat ərzində paytaxta gələn qonaqları və tələbələri Bakı ilə tanış edəcək. Sentyabrın 27-də isə Ümumdünya Turizm Təşkilatından dəvət olunmuş şəxslərin, yerli və beynəlxalq turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə Ümumdünya Turizm Gününə həsr olunmuş konfrans keçiriləcək. Həmin gün Bakıdakı bütün muzeylərdə «Açıq qapı» günü elan ediləcək və tamaşaçılara ödənişsiz mədəni xidmət göstəriləcək. Bu ənənə növbəti illərdə də davam etdiriləcək.
    Qeyd edək ki, baş qərargahı Madriddə (İspaniya) yerlşən Ümumdünya Turizm Təşkilatı 1979-cu ildə sentyabrın 27-ni Ümumdünya Turizm Günü kimi təsis edib. Bu gün 150 dən çox ölkəsində qeyd olunur.
     
     
     
    Категория: MƏDƏNİYYƏT | Просмотров: 1483 | Добавил: Nisa | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər