Şenbe, 21.12.2024, 20:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 9
    Qonaq: 9
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    İMAM ZAMANA (e.F.) MeKTUB

    Məhdi can, ey Fatimə gözünün nuru! Yaxınlaşmaqda olan mövlud əyyamında nə deyək, nə yazaq? Hansı sözlərlə səni mədh edək, halbuki böyük Yaradan öz kitabında sənə mədhiyyələr söyləmişdir. Axı sənin vəsfin yerə-göyə sığan deyil. Axı sən vəsfin özüsən...

    Qürbət diyarlardan və qərib könüllərdən ünvanlanan bu kövrək məktubumuzda öncə sənin döğum gününü təbrik edirik. Lakin, əgər bu təbriklər arasında qulağına həzin notlar və gözünə qüssəli sətirlər dəysə, bizi bağışla. Çünki digər təbrik məktublarından fərqli olaraq, istəyirik burada fələyin gərdişindən, zamanın ağırlığından, körpələrin göz yaşlarından, anaların sızıltısından və qocaların ah-naləsindən danışıb, sənə şikayət edək.

    Ey mövlamız! Dəhşətli tufan yelinə bənzəyən acı hadisələr bizə hücum çəkmiş, şərəf və azadlığımızı əlimizdən almış, yerində əsarət, köləlik və tənhalıq buraxmışdır. Bir-birindən ayrı düşmüş bu ümmət dağılıb-səpələnmiş və yırtıcı canavarlarla üzbəüz dayanmışdır. Bu rəhmsiz canavarlar öz iti caynaqları ilə cavanlarımızı qanına qəltan edib, qönçə gülə bənzəyən körpələrimizi ayaqları altında vəhşicəsinə əzdilər, yorğun ağsaqqal və ağbirçəklərimizə min bir təhqirlə işgəncələr verdilər, qız-gəlinlərimizi əsir apardılar. Evlərimizi uçurub od vurdular və övladlarımızın fəryadını dağılmış sütunlar altından eşitməyimizə səbəb oldular. Onlar bizi öz müsəlman vətənimizdən qovub “özgə” adlandırdılar, ruhani və ziyalılarımızı, mübariz insanlarımızı dənizlərə tökdülər, insan ayağı dəyməyən uzaq yerlərə aparıb ölənədək işgəncə altında saxladılar.

    Düşmənlərimiz bizə qarşı günün ən müasir kütləvi qırğın silahlarından istifadə edirdilər, amma bizim ən sadə silah belə almağa ixtiyarımız yox idi. Çünki müsəlman idik və cəddin Peyğəmbərin mübarək adını daşıyırdıq.

    Lakin biz yenə də mübarizəni davam etdirdik. Bizim silahımız daş, kəsək, düyünlənmiş yumruqlar və uca fəryadlardan ibarət idi. Həmçinin vahid Allaha iman, sənin zühurunun intizarı və uzaqdan işıqlı görünən sabahlara böyük ümid bizə yoldaş olmuşdu.

    Məhdi can! Biz ədalətli və qayğıkeş rəhbərlər sorağına çıxdıq, amma nə yazıq ki, onların da çoxunun əlini həmin canavarların ətəyində gördük...

    Ey risalət və imamət ailəsinin layiqli varisi! Hicranın uzunluğu səbrimizi tükədib, taqətimizi alıb. Bu ayrılığın ağırlığından sinəmiz daralıb, nəfəslərimiz təng olub. Nə etməli? Nə etməli, bir halda ki, uşaqlı-böyüklü hamının gözü yoldadır. Bir halda ki, açılan hər bir sabah səni soraqlayır, hər səhər doğan günəş səni tapmaq üçün öz şəfəqlərilə bütün yer üzünü axtarır, ulduzlar zühuruna ümidlə daha tez parlayırlar...

    Gəl, ey Məhdi, gəl! Gəl ki, aləm nura boyansın! Gəl ki, viran qoyulmuş yer üzündə gülüstanlar açılsın! Gəl ki, lalə və qərənfillər öz eşq namazlarını sənə iqtida etsinlər! Gəl ki, nərgiz və yasəmənlər yollarına düzülüb pişvazına çıxsınlar!

    Gəl, ey Məhdi, gəl daha. Gəl ki, məzlum insanların “Ey Məhdi!” sədaları göylərə ucalıb. Gəl ki, yazıq kütlələrin tək ümidi sənsən. Gəl ki, övlad dağı görmüş analar öz göz yaşları ilə sən gələn yollara su səpmişlər.

    Gəl, ey bəşəriyyətin yeganə xilaskarı! Gəl ki, dünya ədalət sorağında, ədalətsə sənin intizarındadır.

    Gəl, ey işıqlı günəş, nurlu sabah,
    Ucalmış göylərə yüz aman, yüz ah.
    Tez yetir Məhdini fəryada, Allah!
    Qoy yaşlı gözlərin ağı çəkilsin,
    Analar köksündən dağı çəkilsin!

    Qələmə aldı: Vüsal və Zəhra

     
    Категория: Dini meqaleler | Добавил: media-islam (27.03.2008) | Автор: Qeleme aldı: Vüsal ve Zehra W
    Просмотров: 2456 | Рейтинг: 5.0/4
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər