Şenbe, 21.12.2024, 20:36
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    MƏHƏMMƏD PEYĞƏMBƏRİN(S) RAMAZAN AYININ GƏLİŞİ MÜNASİBƏTİLƏ BUYURDUĞU “ŞABANİYYƏ” XÜTBƏSİ
    MƏHƏMMƏD PEYĞƏMBƏRİN(S) RAMAZAN AYININ GƏLİŞİ MÜNASİBƏTİLƏ
    BUYURDUĞU “ŞABANİYYƏ” XÜTBƏSİ
    Həzrət Əli(ə) buyurur:Məhəmməd peyğəmbər(s) şaban ayının son
    gülərinin birində Ramazan ayının gəlişi münasibətilə bu xetbəni buyurdu:
    “Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə
    doğru üz gətirmişdir. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın
    günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və
    ləhzələri ən üstün saaatlar və anlardır.
    Bu ayda siz Allahın qonaqlığına dəvət olunaraq, Tanrının lütf və
    mərhəmətinə layiq görülmüsünüz. Bu ayda sizin nəfəsləriniz zikr,
    yatmağınız isə ibadətdir. Pak əməlləriniz və dualarınız Allah
    dərgahında qəbul olacaqdır.
    Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc
    tutmağın və Quran oxumağın müyəssər olması üçün kömək etməsini
    diləyin. Çünki doğrudan da, bu əzəmətli ayda İlahi rəhmətindən məhrum
    olan şəxs bədbəxtdir.
    Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada
    salın.
    Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun! Böyüklərinizlə
    hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin. Yaxınlarınıza baş
    çəkin və onlara yardım edin. Dilinizi pisliklərdən qoruyun. Gözlərinizi
    haram baxışlardan saxlayın. Qulaqlarınıza haram eşıtdirməyin. Camaatın
    yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban
    olsunlar. Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz
    gətirib, tövbə edin. Hər namaz vaxti əllərinizi Onun qarşısında aciz qul
    kimi açaraq, dua edin. Çünki, (namaz vaxtı duaların qəbul olunması üçün)
    vaxtların ən yaxşısıdır. Allah-Təala bu vaxt öz bəndələrinə rəhmət və
    mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər.
    Çağırışlarına cavab verər. Dualarını qəbul edər.
    Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan
    bağışlanmanızı istəməklə onları azad edin. Belləriniz günahlarınızın
    ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını
    azaldın. Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə edənləri əzaba düçar
    etməyəcəyinə və onları (namaz əhlini) Qiyamət günü insanların hesab
    verdiyi zaman Cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir.
    Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa,Tanrı
    dərgahında bir qulu azad etmək qədər dəyəri, savabı vardır. Və bu iş onun
    keçmiş günahlarının bağışlanmasına səbəb olar.
    (Bir nəfər soruşdu: ”Ey Allahın Rəsulu(s)! Bizim hamimizın imkanı yoxdur
    ki, kimisə qonaq etsin. Nə edək?”)
    Peyğəmbər (s) buyurdu: ”Yarı xurma dənəsini sədəqə verməklə də, olsa
    Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də, olsa
    Cəhənnəm odundan qurtulun.
    Ey camaat! Hər kəs bu ayda öz əxlaqını, rəftarını
    gözəlləşdirsə,ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona
    bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim bu ayda öz
    qullarının (həmçinin işçilərinin) zəhmətini azalda, Allah-Təala
    Qiyamətdə onun işini asanlaşdırar. Hər kim bu ayda insanlara zəhmət,
    əziyyət verməyi azalda, Uca Tanri o biri dünyada ona qarşı qəzəbini azaldar.
    Hər kəs bu ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir.
    Hər kim bu ayda öz yaxınlarını yoluxmağa gedə, Böyük Allah Qiyamətdə ona
    rəhm edəcəkdir. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, QadirAllah o
    biri dünyada ona rəhm etməyəcəkdir. Kim bu ayda müstəhəb namaz qılarsa,
    Tanrı ona cəhənnəm odundan bəraət  verər. Kim bu ayda vacib namaz qılarsa,
    başqa aylarda qılınan yetmiş namaza bərabərdir. Kim bu ayda mənə çox
    salavat göndərərsə,Allah Qiyamət gÃ
    ¼nü əməl tərəzisi yüngül gələndə, onu ağırlaşdırar. Hər kəs bu ayda
    Qurani-Kərimdən bir ayə oxuyarsa, o biri aylada bütünlüklə oxunmuş Qurana
    bərabərdir.
    Ey camaat! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu
    qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin Cəhənnəmin qapiları
    da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapilarını sizin üzünüzə
    açmasın. Bu ayda şeytan zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə
    hakim etməsin.
    Mən soruşdum:”Ey Allahın Rəsulu(s)! Bu ayda ən üstün əməllər nədir?”
    Peyğəmbər buyurdu:”Ey Əbülhəsən! Bu ayda ən üstün əməl Allahın haram
    buyurduğu işlərdən çəkinməkdir.”
    Elə bu vaxt Peyğəmbər(s) ağladı.
    Mən soruşdum: "Ey Allahın Rəsulu (s)! Nə üçün ağlayırsan?"
    Buyurdu: "Ya Əli(ə)! Mən ona görə ağlayıram ki, bu ayda sənə qarşı
    hörmətsizlik edəcəklər. Sanki səni namaz qılan halda görürəm, amma
    indiyədək gəlib-getmiş olan ən bədbəxt, ən namərd şəxs sənə elə bir
    qılınc zərbəsi vuracaq ki, saqqalın al-qana boyanacaqdır.
    Soruşdum: "EyAllahın Rəsulu(s)! Bu hadisə mənim dinə sadiq qaldığım
    haldamı baş verəcəkdir?"
    Buyurdu(s): "Bəli, elədir." Sonra isə əlavə etdi: "Ya Əli(ə)! Sənin canına
    qəsd edən kəs,mənim canıma qəsd etmişdir. Səni qəzəbləndirən şəxs
    məni qəzəbləndirmişdir. Səni təhqir edən şəxs məni təhqir etmişdir.
    Çünki sən mənə özüm kimisən. Sənin ruhun, mənim ruhum deməkdir. Uca Allah
    məni və səni yaratdı və seçdi. Məni peyğəmbər, səni də imam olaraq
    seçdi. Deməli səni rəd edən  şəxs, mənim peyğəmbərliyimi rəd etmişdir.
    Ya Əli (ə)! sən mənim vəsiyyim, övladlarımın (məndən sonraki nəslimin)
    atası, qızımın sevimli həyat yoldaşı və  istər mən həyatdaykən,
    istərsə də vəfat etdikdən sonra canişinimsən. Sənin əmrin, mənim əmrim
    və qadağan etdiyin hər şey də, mənim nəhyim sayılır. Məni
    peyğəmbərliyə seçən və ən yaxşi yaradılmış qəqar verən Allaha and
    olsun ki,Sən Tanrının bəndələrinə höccəti, imamı və Onun yer üzündəki
    xəlifəsisən!" ("Biharül-ənvar", Əllamə Məclisi, c. 96, səh. 356;
    "Əl-əmali", Şeyx Səduq, c. 1, səh. 295)
    TƏRCÜMƏ ETDİ:
    ƏFZƏLƏDDİN RƏHİMOV
    Категория: Dini meqaleler | Добавил: media-islam (11.08.2008)
    Просмотров: 2911 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər