Bazar, 22.12.2024, 12:29
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    SƏHİH-BUXARİ

    Səhih-Buxarinin zəif raviləri

    2. Əmr ibn As

    Biz keçən məqaləmizdə Səhih-Buxarinin ravilərindən biri olan Əbu Hüreyrə haqqında məlumat verdik. Orada qeyd etdik ki, Əhli-sünnə alimlərinin yazdığına əsasən, Buxarinin sözügedən kitabında zəif ravilər çoxdur. Əhli-sünnə alimi İbn Həcər Əsqəlani "Fəthul-bari" kitabının müqəddiməsində bu barədə çox geniş şəkildə açıqlama vermişdir.

    Ricalşünas alimlərin yazdığına istinadən, zəif ravilərin bir qismi müəyyən etiqadi məsələlərə görə zəif sayılsalar da, onların böyük bir qismi isə İslam və müsəlmanlara həm Peyğəmbər (s) dövründə, həm də o Həzrətdən (s) sonra vurduqları ziyanlar və həmçinin, Peyğəmbər tərəfindən dəfələrlə lənətlənmələri nəticəsində olmuşdur. İslam alimləri belə zəif ravilərdən birinin Peyğəmbərin (s) düşməni və Cənabı dəfələrlə təhqir edib, onu sonsuz adlandıran və Həzrətdən (s) sonra onun Əhli-beyti (ə) ilə qatı düşmən olan Əmr ibn As olduğunu yazmışlar.

    Təəssüf ki, İslam pərdəsi arxasında gizlənən və Müaviyə məktəbinin sadiq müdafiəçiləri olan bəzi "alimlər" Əmr ibn As kimi şəxsləri səhabə adlandıraraq onu müdafiə edirlər. Biz bu məsələyə aydınlıq gətirmək məqsədi ilə bu şəxsin barəsində olan bəzi tarixi faktlara işarə etmək əzmindəyik.

    Sən KİMİN OĞLUSAN Əmr?

    Bu barədə tarixçilər və ərəb nəsilşünaslar arasında çox böyük fikir ayrılığı vardır. Alimlərin yazdığına əsasən Əmrin anası zinakar bir qadın olmuşdur. Bu barədə alimlər arasında heç bir fikir ayrılığı yoxdur. Fikir ayrılığı fəqət Əmrin anası ilə zina edən 4 kişidən hansının Əmrin atası olması barəsindədir.

    Bu barədə Əhli-sünnə alimləri, o cümlədən, Hişam "Məsalibul-ərəb" kitabında yazır:

    "Əmrin anası "Nabiğə" zinakarlıqda bayraq sahibi idi. Cahiliyyət dövründə onunla As ibn Vail və bir çox qüreyşlilər, o cümlədən, Əbu-Ləhəb, Üməyyə ibn Xələf, Hişam ibn Müğeyrə və Əbu-Sufyanın zina etməsi nəticəsində Əmr dünyaya gəlmişdir. Buna görə də Əmrin doğum günündə onlar arasında ixtilaf baş verdi. Onların hər biri doğulan uşağın öz oğlu olduğunu iddia edirdi. Lakin axırda Əbu-Süfyan və As ibn Vail arasında gedən rəqabətdə Əmrin anası As ibn Vaili uşağın atası kimi qəbul edir. Bu zaman Əbu-Süfyan əsəbləşib deyir: "Allaha and olsun, mən bu qadınla yaxınlıq etmişəm" (lakin bunun da heç bir təsiri olmur).

    Hişam ardında yazır:

    "Əmrin anasından soruşanda ki, Əbu-Süfyanı niyə görə seçmədin onun ki, mal-dövləti çox idi? Cavabında deyib:

    "Əbu Süfyan mənə heç yaxşı baxmırdı. O, çox xəsis adam idi. Amma As ibn Vail yaxşı idi" ("Məsalibul-ərəb", 78; Şərhu "Nəhcul-bəlağə", 2/101).

    İbn Teyfur "Bəlağətun-nisa" kitabında yazır:

    "Bir gün Əbdül-Müttəlibin nəvəsi Ürviyə Müaviyəni gördü. Müaviyə onun halını soruşarkən, o qayıdıb Müaviyəyə dedi:

    “Müaviyə nə olub, Peyğəmbərdən sonra onun hörmətini sındırırsan? Biz peyğəmbərin qohumları o Həzrətin dövründə insanlar arasında hörmət sahibi idik. Peyğəmbərdən sonra bizi Musa peyğəmbərin yaxınlarının başına gətirilən əzablar kimi, kişilərimizi öldürür, qadınlarımızı başsız saxlayırsan. Bu nə işdir, Peyğəmbərin əmisi oğlu Əli (ə), ümmətin Harunu sayılan bu şəxs ölüm ilə hədələnir?!”

    Bu zaman Əmr ibn As kobudcasına o qadına dedi:

    "Kəs səsini və lal ol, sonsuz qoca!"

    Ürviyə onun kim olduğunu soruşdu. Ətrafdakılar onun Əmr ibn As olduğunu dedilər. O, çəkinmədən Əmr ibn Asa dedi:

    "Ey zinazadə və fahişə balası, sən danışırsan?! Ananın dörd kişinin zina etməsinin nəticəsində dünyaya gəlməyin kimə gizlidir, hə?! O kişilərin hər biri səni öz oğlu hesab edirdi" ("Sirəye-Hələbi", 1/46).

    Bu şəxsin zinazadə olması barəsində heç bir şübhə yoxdur. Əmr ibn Ası müdafiə edən Əhli-sünnə alimləri belə bunu etiraf edərək aşkarcasına öz kitablarında yazıblar. Lakin onlar Əmri təmiz çıxarmaq üçün iddia edirlər ki, o, əvvəllər Peyğəmbərə (s) düşmən olmasına baxmayaraq, sonralar iman gətirib və günahları bağışlanıb. Biz bu məsələyə aydınlıq gətirmək məqsədi ilə bu şəxsin həyatını araşdıracağıq.

    Əmr ibn As Peyğəmbərin (s) dövründə

    Tarixçilərin yazdığına əsasən bu şəxs və atası As ibn Vail Peyğənbər (s) peyğəmbərliyə seçiləndən sonra bütün imkanlarından istifadə edərək Peyğəmbərlə (s) mübarizə aparmışlar. Əmr ibn As və atası As ibn Vail Həzrət Peyğəmbərə (s) "Əbtər"- nəsli kəsilmiş- deyirdilər. Allah öz elçisinə təsəlli vermək üçün onların nəslini lənətlədi və "Kövsər" surəsini nazil edib, onları "əbtər" adlandırdı. Onun Peyğəmbərlə qatı düşmən olan müşriklər tərəfindən Həbəşəyə müsəlmanlara Həbəşə rəsmilərinin təzyiq göstərmələri üçün numayəndə kimi göndərilməsi faktı dediklərimizə əyani sübutdur. Həmçinin, onun Peyğəmbərə (s) şair deməsi və o Həzrəti (s) peyğəmbər yox, bir yalançı insan kimi müşriklər arasında təbliğ etməsi və müharibələrdə müşriklər tərəfdə olması tarix səhifələrində xırdalığına qədər qeyd olunmuşdur. Məhz buna görə də Peyğəmbərimiz onu və onun kimilərini lənət-ləmişdir. Əhli-sünnə alimləri tarixdə baş verən və danılması mümkün olmayan həqiqətləri öz kitablarında təfsilatı ilə yazmışlar ("Müsnədi-Əhməd", 1/202; "əl-Bidayə vən-nihayə", 3/88; "Siratu-Nəbi", ibn Haşim, 3 /748).

    Bu alimlərin yazdıqlarına əsasən Əmr ibn As Peyğəmbəri çox incidirmiş və onu təhqir etmək, hədəfindən yayındırmaq üçün hər növ imkanlara əl atırmış. Onların yazdıqlarına istinadən o, Məkkə uşaqlarını öyrədərdi ki, Peyğəmbər (s) onların yanından keçərkən söymək, fitə tutmaq, daş-qalaq etməklə onu təhqir etsinlər. Buna görə də Peyğəmbərimiz (s) onu bu sözlərlə lənətləmişdir:

    "Pərvərdigara! Əmr ibn As məni təhqir edir. Halbuki o bilir ki, mən şair deyiləm. İlahi, Sən ona lənət et və onu məni təhqir etdiyi kimi təhqir et"! ("Təfsir-Qurtubi", 2/188; "Mizanul-etidal", 3 /318; "Tarix-Mədinətul-Dəməşq", 44/118; "Kənzul-ummal", 13/548, 5. "Şərh-Nəhcul-bəlağə", 6/282; "Cəribul-hədis, ibn Teymiyyə",1/81, "ən-Nəhəyə fi cəribul-hədis", 5/248 və s.).

    Bu barədə Əhli-sünnə alimlərinin hədis qaynaqlarında çoxlu sayda hədis rəvayət olunmuşdur. Biz Əmr ibn Asın Peyğəmbərin dövründə etdiyi cinayət və xəyanətlərin bu miqdarı ilə kifayətlənib, onun Peyğəmbərə (s) iman gətirməsi barədə yazılan yanlış fikirlərə tarixi faktlara söykənərək cavab veririk.

    O, müsəlman oldumu?

    Əhli – sünnə alimləri məxsusən, vəhhabilər çox çalışırlar ki, Əmr ibn Ası müsəlman kimi təqdim etsinlər. Guya Əmr əvvəlki düşmənçiliyindən əl çəkib müsəlman olmuşdur. Deməli, Əmr həm müsəlman, həm də bir səhabədir. Amma göstərilən səylər boşa çıxmış, tutulan iradlar cavabsız qalmışdır.

    1. Əhli-sünnə alimlərinin bir qisminin yazdığına əsasən Əmr ibn As kafir idi və öz kafirliyindən dönmədi.

    Əhli-sünnə alimi olan ibn Əbil-Hədid deyir:

    "Ustadım həmişə deyərdi ki, Əmr ibn As və Müaviyə kafir idilər və onlar öz kafirliklərindən heç vaxt dönmədilər" ("Vaqiətu-Siffeyn", 38; "Şərh-Nəhcul-bəlağə").

    2. Peyğəmbər Allaha onu azdırması və cəhənnəmə daxil etməsi üçün dua etmişdir. Əhli-sünnə alimləri bunu öz kitablarında yazıblar.

    Əbu Bərdə deyir: "Biz bir gün Peyğəmbər ilə bir yerdə idik. Qəflətən musiqi səsi eşitdik. Yaxına getdik ki, bu işi görənlərin kim olduğunu öyrənək. Gördük ki, Müaviyə və Əmr ibn As çalıb- oxu-yurlar. Həzrət Peyğəmbər bu səhnəni görərkən buyurdu: "Pərvərdigara! Bu iki şəxsi azdır və onları cəhənnəmə daxil et" ("Möcəmul-kəbir" 11/132; "Məcməüz-zəvaid" 8/121; "Siyəru-ələmu-nəbalə 3/132, 6/131; "Mizanul-etidal" 4/424; "Kitabul-məcruhin" 3/101).

    Lakin bəzi Əhli-sünnə alimləri, xüsusən də vəhhabilər belələrinə haqq qazandırmaq üçün bu kimi hədislərə öz istədikləri kimi izah verib nəticədə Peyğəmbəri (s) sual altına aparırlar. Onların dediyinə görə Peyğəmbər (s) də bizim kimi insandır. Onun da səhvləri ola bilər. Onlar hətta bu yalnış fikirlərinə dini don geyindirmək üçün bir qondarma və saxta hədisə də istinad edirlər. Əhli-sünnənin mötəbər alimi Müslim Neyşaburi Əbu-Hüreyrədən belə rəvayət edir ki, guya Peyğəmbər (s) buyurub: "Mən də sizin kimi bir insanam, əsəbləşib səhv edirəm. Buna görə də kimi incitmiş, söymüş, şallaqlamış, yaxud lənətləmişəmsə, Allahdan onun üçün onları bərəkət və rəhmət ilə əvəzləməsini diləyirəm” ("Şərh-Səhih-Müslüm", 16/151; "Fət-hul-bari", 11/143; "Musnədi-Əhməd, 2/243; "Məc-məüz-zəvaid", 8/247; "Səhihi-Müslüm", 8/24, 25, 26).

    Hörmətli oxucu, görün bə`zi insanları müdafiə etmək üçün bir qrup din pərdəsi arxasında gizlənən alimlər özlərinə hansı cürətləri vermişlər, Allaha pənah aparırıq cahillikdən!

    Biz bu fikrin nə dərəcədə yalnış olduğunu sübut etmək üçün bə`zi faktları qeyd etmək məcburiyyətindəyik.

    a) Quranın çoxlu ayələrində insanlara Peyğəmbərə (s) qeyd-şərtsiz itaət etmək əmri olunur. Və bildirilir ki, Peyğəmbərə itaət, elə Allaha itaət-dir. Quran "Nisa" surəsinin 59-cu ayəsində buyu-rur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır".

    Və həmin surənin 80-cı ayəsində buyurulur:

    "Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin), biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik".

    Bu iki ayəyə əsasən Peyğəmbərin sözü eynilə Allahın sözüdür. Belə olmazsa, Peyğəmbərə itaət Allaha itaət etməyə bərabər olmazdı.

    O saxta hədis isə Peyğəmbəri (s) adi bir insan kimi tanıtdırır və onu yersiz, səbəbsiz əsəbləşib kiminsə haqqını pozmasını mümkün sayır. Bu da o deməkdir ki, Peyğəmbərə itaət etmək, ən azı bəzi yerlərdə lazım deyildir. Çünki o, yersiz əsəbləşib özündən hökm verə bilər və bu yerdə ona itaət etmək, Allahın itaəti sayılmaz. Bu fikir, qeyd etdiyimiz ən azı bu iki ayə ilə zidddir.

    b) Allah-taala "Nəcm" surəsinin 3 və 4-cü ayələrində buyurur:

    "O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir".

    Bu ayəyə əsasən Peyğəmbərin hər sözü Allahın sözüdür və Peyğəmbərə vəhy olunmasa, o, heç bir sözü din adıyla deməz. Bunu başa düşmək üçün Quranla ibtidai tanışlıq kifayətdir.

    v) "Əhzab" surəsinin 36-cı ayəsində buyurulur:

    "Allah və Peyğəmbəri bir işə hökm etdiyi zaman heç bir mö’min kişi və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!"

    Bu ayəyə əsasən, əgər Peyğəmbərin sözü və əmri Allah tərəfindən olmasaydı, ayədə bu cür şiddətlə Peyğəmbərin sözündən çıxanları azmaqla hədələməzdi və bu söz müqabilində öz ixtiyarların əllərindən verməzdilər. Bu göstərir ki, Peyğəmbər (s) öz sözünü yox, Allahın sözünü onun izni və əmrilə xalqa çatdırır.

    q) "Əhzab" surəsinin 58-ci ayəsində buyurulur:

    "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"

    Qeyd etdiyimiz hədisi qəbul edən alimlər hədisin məzmununa əsasən qəbul etməlidirlər ki, yuxarıda qeyd etdiyimiz ayəyə əsasən Peyğəmbər (s) bəzi möminlərə böhtan nisbəti verib günah etmişdir. Bu da Quranın qeyd etdiyimiz ayələri və xüsusən də “Əhzab” surəsinin 33-cü ayəsi ilə ziddir.

    Bu saxta hədis Qur`an ayələrindən əlavə Peyğəmbərin (s) öz hədisləri ilə də düz gəlmir:

    a)

    Buxari öz "Səhih" kitabında Peyğəmbər-dən rəvayət edir.

    "Müsəlmanı söyən fasiq və onu öldürən kafirdir" ("Səhihi-Buxari", 1/33; "Səhihi-Müslüm", 1/58).

    Deməli, hədisi qəbul edən şəxslər qəbul edirlər ki, (Allaha pənah) Peyğəmbər fasiq olmuşdur. Çünki, hədisə görə Peyğəmbər (s) bəzi müsəlmanları səbəbsiz söyürmüş.

    b)

    Müslüm "Səhih" kitabında Peyğəmbərdən rəvayət edib:

    "Möminləri lənətləmək onu öldürmək kimidir" ("Səhihi-Müslim", 1/73; "Səhihi-Buxari", 8/.27; "Müsnədi-Əhməd", 4/33; "Məcməül-kəbir", 2/72).

    Bu hədisə səasən mömini lənətləmək günahı onu öldürmək günahı qədərdir. Necə ola bilər ki, Peyğəmbər-Allahın elçisi hər hansı bir şəxsi səbəbsiz və günahsız lənətləməklə bu böyük günaha düçar olur?! Bunu adi bir insan belə etməz.

    Hörmətli oxucu, qeyd etdiyimiz dəlillərdən əlavə, hədis sənəd baxımından da zəifdir. Baxaq:

    Əhli-sünnə alimləri bu hədisi Peyğəmbərdən (s) Əbu Hüreyrə vasitəsi ilə nəql edirlər. Biz keçən məqaləmizdə bu şəxsin haqqında sizə kifayət qədər məlumat verdik. Qeyd etdik ki, Əbu-Hüreyrə Əhli-sünnə alimlərinin bir qrupunun yazdığına əsasən zəif ravidir. Lakin biz burda hədisin bu baxımdan yox, başqa bir cəhətdən zəif olmasını nəzərinizə çatdırmaq istəyirik.

    Əhli-sünnə alimi Hakim Neyşaburi və digər alimlər öz kitablarında Abdullah ibn Əmrdən rəvayət edirlər:

    "Abdullah deyir: "Mən həmişə Peyğəmbərin (s) hədislərini yazırdım. Bunu görən Qureyş tayfasının bir qisim insanları məni bu işdən çəkindirmək üçün o Həzrət haqqında mənə belə dedilər ki, sən elə hey Peyğəmbərin sözlərini yazırsan, halbuki, o da bir insandır, başqaları kimi əsəbləşib, lazımsız sözlər deyə bilər".

    Abdullah deyir ki, mən bu sözü Peyğəmbərə çatdırdım. O Həzrət bu sözü eşidəndən sonra barmağı ilə iki mübarək dodağına işarə edib buyurdu: "And olsun Pəbbimə, bu iki dodaq arasından haqqdan başqa bir şey çıxmaz. Abdullah, sən nəyi eşidirsənsə, yaz ("Sünəni-Darəmi", 1/125; "Müstədrək-Hakim").

    Hörmətli oxucu, özünüz hökm verin.

    Bəziləri Peyğəmbər (s) tərəfindən lənətlənən və iç üzləri açılan bəzi insanlara bəraət qazandırmaq üçün tarix boyu Peyğəmbərimizə bu cür xəyanətlər etmişlər. Ona görə də saxta hədisi kitablarında rəvayət edən Müslim və başqaları hədisə istinadən Peyğəmbər (s) qəzəbinə tuş gələn insanların günahlarını yozmaq üçün Peyğəmbərin səhv edə biləcəyini göstərən həmin uydurma hədisini əldə bayraq etmişlər. Onların iddiasına görə Peyğəmbər (s) Müaviyə barəsində buyurduğu məşhur şöz ("Allah! onun qarnını heç vaxt doldurma") Müaviyə üçün təhqir yox, tərifdir. Çünki Peyğəmbər sonradan öz səhvini başa düşüb, onlar üçün Allahdan lənət əvəzinə rəhmət və bərəkət diləmişdir. Nə böyük biabırçılıqdır! ("Şərh-Müslim", 16/152).

    3-Əmr ibn Asın müsəlman olmamasına başqa bir sübut onun Peyğəmbəri təhqir edən bir xristianı müdafiə etməsidir. Tarixçilərin yazdığına əsasən Əmr Misirdə hakimiyyətdə olduğu vaxt onun yanına Peyğəmbərimizə (s) hörmətsizlik edən bir xristianı gətirirlər. Lakin Əmr o xristianı azad etmək sərəncamını verir ("Buxari", tarixul-kəbir", 7/110; "Usdul-Ğabə", 4/169; "Tarixi-Mədineye-Dəməşq", 46/165; "Təhzibul-kəmal", 23/96; "əl-İsabə", 5/145).

    4- Əmr ibn Asın müsəlman olmamasına daha bir dəlil onun Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyni (ə) lənətləməsidir.

    Peyğəmbər (s) hədislərinə əsasən Əhli-beyti (ə) söyən və lənətləyən o Həzrəti söyüb- lənətləmişdir. Əhli-sünnə alimləri, o cümlədən Hakim Neyşaburi, Əhməd Nəsai, Syuti və bir qrup hədisşünas Peyğəmbərdən bu barədə rəvayət nəql edirlər:

    "Əlini söyən məni söymüş, məni söyən Allahı söymüşdür" ("Sünənul-kəbir", 5/133; "Müsnəd-Əhməd", 1/ 323).

    Başqa bir hədisdə buyurur:

    "Əlini (ə) incidən qiyamət günündə məhşərə yəhudi və xristian şəklində gələcəkdir" ("Müsnədi-Əhməd", 3/483; "Buxari", tarixul–kəbir", 6/306, "Müstədrək-Hakim", 3/132; "Dəlailun-nubuvvə", Beyhəqi, 5/395; "Məcməüz-zəvaid", 9/129, "Tarixi-Mədineye-Dəməşq", 42/202).

    İbn Əsakir "Tarixi-Mədineye-Dəməşq" kitabında yazır: "Əbu Əbdullah Cədali deyir:

    Mən bir gün, Ümmi Sələməni- Peyğəmbərin həyat yoldaşını gördüm. O, mənə dedi: Siz sağ ola-ola necə ola bilər ki, Peyğəmbəri söyurlər!

    Mən çox təəccüblə: "Ola bilməz!"-deyə səsləndim.

    O, dedi: Əli (ə) və onu istəyənlər söyülmürmü? Dedim ki, bəli.

    Dedi: "Məgər Peyğəmbər Əlini sevmirdimi?" ("Tarixe-Mədineye-Dəməşq", 42/266).

    5-Əmr ibn Asın müsəlman olmamasına başqa bir dəlil Peyğəmbərin vəsisi və "ümmətin Harunu"- Əlinin (ə) Əmr haqqında buyurduğu kəlamlardır. Həzrət Əli (ə) onun haqqında "Nəhcül-bəlağə"nin 83-cü xütbəsində belə buyurur:

    "Zinakar arvadın oğluna heyrətlənirəm. Şam camaatına yalandan deyir ki, mən zarafatcıl, lağlağı bir adamam və daim zarafatla, oyunla məşğulam. Nadürüst söz danışıb, bu sözləri ilə günahkardır. Agah olun ki, sözlərin ən pisi yalandır. Əmrin dilinə alıb danışdığı söz yalandır. O, vəd etsə, onun əksinə əməl edər, öz sualları ilə naqqallıq edər, ondan bir şey istənildikdə isə (cavabında), xəsislik edər, əhd-peymanını pozar, öz qohumlarından uzaqlaşar. Müharibə meydanına gəldikdə, qılınclar işə düşməyənə qədər çox əmrlər verər, qadağalar qoyar, söz oynadar. Qılınclar qınından çıxandan, müharibə başlanandan sonra isə, onun ən böyük hiyləsi cinsiyyət üzvünü camaata göstərməkdir (Və bununla canını ölümdən qurtarmaqdır-m.).

    Bilin! Allaha and olsun, ölümü xatırlamaq məni zarafatdan və oyundan saxlayır, axirəti unutması isə Əmrə haqq sözü danışmağa mane olur. O, hədiyyə və bəxşiş şərti olmasaydı, dinindən əl çəkmək üçün azacıq rüşvət bağışlamasaydı, Müaviyəyə beyət etməzdi".

    Hörmətli oxucu, Əmr ibn As haqqında çox yazmaq olar. Lakin biz məqalənin həcminə görə bu miqdarla kifayətlənib bir daha xatırlatmaq istəyirik: Peyğəmbəri (s) söyən və onu təhqir edən xristianı himayə edən, həmçinin o Həzrətin Əhli-beyti ilə qatı düşmən olan, onları qətlə yetirmək üçün hətta müharibəyə əl atan bir şəxsə müsəlman adı vermək nə dərəcədə düzgün olar?!

    Görəsən Əmr ibn Asın bu qədər cinayət və xəyanətləri Buxari üçün onun müsəlman olmamasına kifayət etmirdimi?

    Buxari Peyğəmbərin (s) məsum nəvələrini-İmam Sadiq, İmam Baqir və digər misilsiz şəxsiyyətlərdən bir dənə də rəvayət nəql etmir, amma Əmr ibn As kimi zinazadələrə gələndə qeyd-şərtsiz onların sözlərini öz kitabında qeyd edir, sonra da adını "Səhih" qoyur. Çox gülüncdür doğrusu!

    Bu deyilənlər sağlamdüşüncəli insana haqqı tapması üçün kifayətdir. Doğru yola tabe olanlara salam olsun!

    (Davamı var)
     
    Zülfüqar MİKAYILOV
    "İmam Xomeyni" adına İslam Universitetinin
    "Quran və hədisşünaslıq" fakültəsi, magistr
    Категория: Dini meqaleler | Добавил: media-islam (20.08.2008)
    Просмотров: 3710 | Рейтинг: 4.4/5
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər