Çerşenbe axşamı, 03.12.2024, 22:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    KERBELA
    Əhli-sünnə nöqteyi-nəzərindən Kərbəla inqilabının nəticə və kəramətləri


    Sevimli və uca allahın adı ilə

    Kərbəla inqilabı xüsusən də imam Hüseyn (ə) və onun dostlarının şəhadəti barədə irəli sürülən bəhslərdən biri Əhli-sünnə arasında qədim zamanlardan bəri diqqət mərkəzində olub müxtəlif mənbələrdə təkidlə xəbər verilən Kərbəla inqilabının nətəcə və kəramətləridir. Bu nəticə və kəramətləri xəbər verən mənbələrin həcmi elə bir miqdardadır ki, ötəri olsa da belə onları ortaya qoyub araşdırmağı zəruri sayır. Bu xəbərlər dolayısı ilə işarəli şəkildə imam Hüseyn (ə)-ın şəhadət və onun tutduğu yolun haqlılığını, Yezid və onun tətəfdarlarının isə batilliyini və onların Kərbəlada törətdikləri vəhşicəsinə cinayətin bağışlanmaz olduğunu aşkar edib, bu inqilabın Əhli-sünnə baxışında əhəmiyyət və əzəmətini göstərə bilər.
    Məlumdur ki, burada nəticə dedikdə siyasi, içtimai və mədəni təsirlər, kəramət dedikdə isə Əhli-sünnə mənbələrinə istinadən imam Hüseyn(ə) və onun dostlarının şəhadəti və Əhli-beytin haqqında edilmiş zülm və cinayətlərlə bağlı Aşura hadisəsindən sonra ya onunla eyni vaxtda baş vermiş təəccüblü və heyrətli işlər nəzərdə tutulur.
    İndi isə gəlin birlikdə bu böyük inqilabın nəticə və kəramətlərinə nəzər salaq.
    1) Kəramətlər:

    Bəzi cinayətkarların tez bir zamanda ilahi əzaba düçar olmasi

    Məlum olduğu kimi bütün islami firqələrin inancina əsasən imam Hüseyn(ə)-ın qatilləri axirət əzabı ilə cəzalanacaqdırlar. Bir çox müsəlmanların inancına əsasən bu günah bağışlana da bilməz. Bundan əlavə onların dünyəvi əzabları barəda də Əhli-sünnə mənbələrində bir sıra rəvayətlər gəlib çatmışdır. Əhli-sünnə dünyasının görkəmli və məşhur alimlərindən olan Təbəri Kərbəla hadisəsinin ilkin və ən qədim tarixi mənbəyi olaraq, Əbu Məxnəfdən belə nəql edir:İmam hüseyn(ə)-in şəhadətindən sonra o həzrətin köynəyini çıxardıb oğurlayan İshaq ibn Həyat əl-Həzəri adlı şəxs ekzema xəstəliyinə düçar oldu. Kərbəla şəhidlərinin və o cümlədən şəhidlərin ağası imam Hüseyn(ə)-ın pak cəsədlərini tapdalayan Əhbəş ibn Mərsəm də qısa bir müddət ərzində qeybdən qəlbinə dəyib onu iflic edən bir ox ilə öldü.

    Torpağın qana çevrilməsi

    Ümmü Sələmənin nəql etdiyi rəvayətə əsasən əziz İslam peyğənbəri içərisində torpaq olan bir qab ona verərək belə buyurdu: Hər zaman onun içərisində olan torpaq qana çevrilərsə, bil ki, oğlum Kərbəlada şəhid olubdur. Ümmü Sələmə deyir: Bir gün müşahidə etdim ki, o qabın içərisindəki torpaq qana çevrildi. Onu görməklə imam Hüseynin şəhid olmasını başa düşdüm. Sonrakı xəbərlər sübut etdi ki, o zaman düz o həzrətin şəhadətinə təsadüf edirdi.Tirmizi Salmandan o da Ümmü Sələmədən belə rəvayət etmişdir: Ümmü Sələməni ağlar görüb ondan “səni nə ağladıb?” deyə soruşduqda, o da mənə belə dedi: Röya aləmində peyğənbəri baş və saqqalı torpağa bulaşmış bir halda müşahidə edib dedim: sizə nə olub ey Allahın elçisi? O da mənə “bir neçə an bundan qabaq Hüseynin qətlini müşahidə etdim” deyə buyurdu.
    Əhli-sünnənin görkəmli şəxsiyyətlərindən sayılan Beyhəqi özünün “dəlailun-nubuvvət” adlı dəyərli əsərində İbni Abbasın dilindən belə bir rəvayət nəql etmişdir:Peyğəbəri günün ortasında pərişan və rəngi qaçmış halda, əlində isə içərisində qan olan bir qabla müşahidə edib ərz etdim: Anam-atam sənə fəda ey allahın rəsulu! Bu nə haldır? O həzrət belə buyurdu: Bu Hüseyn və onun dostlarının qanıdır. Mən o günü imam Hüseyn(ə)-ın şəhadət xəbəri yetişdikdən sonra hesablayıb gördüm ki, düz Aşura günü idi.

    Cinin yas tutması


    Beyhəqi “dəlailun-nubuvvət”əsərində Ümmü Sələmədən belə dediyini nəql edir: Mən özüm eşitdim ki, cin Hüseyn(ə)-a yas tutub ağlayırdı.

    Göy cisimlərinin müxtəlif təsirləri


    Əhli-sünnənin məşhur alimlərindən sayılan Cəlaluddin Suyuti belə nəql edir: Hüseyn(ə) qətlə yetən zaman dünyada yeddi gün dayanma halı baş verdi. Aşura günü günəş tutularaq göyün fəzası altı ay müddətində qırmızı rəngə bulandı. Bu hadisə o həzrətin qətlindən sonra baş vedi. Qırmızılıq görsənməyə davam edirdi. Halbu ki, o həzrətin şəhadətindən qabaq belə bir hal heç bir zaman müşahidə olunmamışdı. Təbəri isə belə yazır: İmam Hüseyn(ə)-ın şəhadətindən sonra göyün şərait və cisimləri iki aydan üç aya dək nizamsızlaşaraq günəş çıxan zamandan bir neçe saata qədər göyün üfüqü qan rənginə bulanırdı.

    Yerin təsirləri


    Beytul-müqəddəsin daşlarının altında qan görsənməsi Əhli-sünnənin müxtəlif mənbələrində gəlmişdir. Necəki, Beytul-müqəddəsdən qaldırılan hər bir daşın altından qatı qan müşahidə olundu.
    Kəsik başın Quran oxuması


    İmam Hüseyn(ə)-ın şəhadətinin heyrətləndirici kəramətlərindən biri də o həzrətin kəsilmiş başının nizə yuxarısında Quran oxumasıdır.Bu hadisə ilk dəfə Əhli-sünnə ravilərindən olan Muhəmməd ibn Munkədir və Zeyd ibn Ərqəm tərəfindən nəql olunmuşdur. Zeyd ibn Ərqəm peyğənbər səhabələrindən biridir. O, ibni Ziyadın məclisində Əhli-beyt daxil olarkən hazır idi. İbni Ziyadın göstədiyi sayğısızlıqlara məxsusən də onun imam Hüseynin başını çubuğa bağlamasına etiraz etdi. Muhəmməd ibn Munkədir isə tabeinlərdən sayılır.Muhəmməd ibn Munkədir Zeyd ibn Ərqəmdən belə nəql edir: Mən Kufə bazarında otaq ya da mağazanın yuxarı təbəqəsində oturmuşdum. Birdən görünməmiş hay-küy çöldən eşitdim. Özümü pəncərənin kənarına yetirib çölə baxdım. Karvanın önündə Kərbəla şəhidlərinin kəsilmiş başlarını, sonunda isə Kərbəla əsirlərini gedərkən gördüm. Kəsilmiş başların içərisində gözəl avazla Quran oxuyan bir baş diqqətimi cəlb etdi. Diqqət edib gördüm ki, oxunan ayə “Yoxsa bu qədər qüdrətimizin qarşısında Əshabi-Kəhfin və Rəqimin kekayətini ayətlərimizdən əcaib bir şey olduğunu güman edirsən?!” ayəsi idi. Bu ayəni oxuyan kəsik baş Əbu əbdullah Hüseyn (ə)-ın mübarək başı idi. Buna bənzər hadisələr Əhli-beytin Şamda Yezidin məclisində hüzuru zamanı, o həzrətin mübarək başı kəsildikdən sonra, Kufə və Şama doğru aparılarkən baş verməsi nəql ounur.
    2) Siyasi və ictimai təsirlər:
    Dinin dirçəlişi və Yezid hakimiyyətinin çuxura düşməsi
    Müaviyədən sonra Yezidin hakimiyyəti dini xilafət və islami kakimiyyət iddiasında idi. Yezid din adı altında insanlara hakimiyyət etmək istəyirdi. Yezid özünü peyğənbərin canişini və öz hakimiyyətini isə raşidin xəlifələrinin xilafətinin davamı bilirdi. İmam Hüseyn(ə) Yezidə beyət etməkdən imtina edib onun iç üzünü Mədinədən Məkkəyə, ordan da Kərbəla və Aşura gününədək ifşa etməklə dini Yezidin bidət və fəsadlarından paklayaraq, onu İslamdan qırılmış və onun ədəb və inanclarından uzaq bir fərd olaraq tanıtdırdı. İmam Hüseyn(ə) müsəlmanlara xəbərdarlıq etdi ki, düz yoldan azmamaq üçün həqiqi İslamı əməvi İslamından ayırsınlar.
    İmam Hüseyn(ə) Yezid və onun muzurlarının əli ilə şəhid olması ilə Hüseyn ibn Əlinin sözlərinin düzgünlüyü hamıya aydın oldu. İnsanlar belə bir ilahi neməti əldən verməklə daldıqları qəflət yuxusundan oyandılar. İnsanlar Kərbəla inqilabı baş verdikdən sonra din və siyasəti birgə yox, əksinə onları iki müxalif qütbdə gördülər. Bir qrup siyasəti diniləşdirmək üçün anti əməvi qiyamlara əl atdılar. Buna misal olaraq təvvabin qiyamı, Muxtarın qiyamı, Zeydin qiyami, Yəhya ibn Zeydin qiyamı və başqalarının qiyamlarını göstərmək olar.Bir qrup isə yaranan mövcud şəraitdən gerçək İslam maarrifini bəyan etmək üçün faydalandılar. İmam Səccad, imam Baqir, imam Sadiq kimi Hüseyn ibn Əlinin övladları və o cümlədən sair imamlar(ə) bu qrupa daxildilər.Onlar Kərbəla inqilabından ən çox lazımı istifadəni edib, o yöndən irəli gəlmiş fürsətləri qiymətləndirərək gerçək İslam maarrifini, Peygənbər sünnəsini və Kərbəla inqilabının fəlsəfəsini yayma yolunda çalışdılar. Yezid hakimiyyəti isə insanların nifrət ocağına çevrildi. Sonrakı müxtəlif qiyamlarla üzləşərək əməvi səltənəti büs-bütün aradan getmə zəmini yarandı. Nəhayət 132-çi ildə əbədi olaraq tarixin zibil qabına tullanıldı.

    Müxtəlif insanların imam Hüseyn(ə)-ın qiyam etməməsi barədə verdiyi nəsihətlər, müsəlman toplumunun Müaviyə sonra isə Yezid hakimiyyəti dövründə yaşadıqları boğucu və qorxunc atmosferi aydınca göstərirdi. Dinin və İslami dəyərlərin dirildilməsi uğrunda Allah yolunda şəhadət, fəsadlarla mübarizə və əmr be məruf və nəhy əz münkər tədricən unudulmuşdu. Əgər insanların şəhadət barədə bir xatirəsi olsaydı, o da küfr və xarici düşmənlərlə olan cihada aid idi. Zalım sultan, dixili fəsadlar və əməvilərin anti din hərəkatları qarşısında cihad barədə heç nə bilmir yaxud onu xətər olmadığı bir surətdə bilirdilər?!
    Belə bir atmosferdə imam Hüseyn(ə) qiyam etdi. Kərbəla inqilabı qorxu tilsimini sındıraraq sübut etdi ki, dinin müdafiəsi uğrunda təkcə can xətəri yoxdur.Əksinə, insan özünü şəhadət və Allah görüşünə hazırlamalıdır.Çünki prinsipcə şəhadətsiz cihad mümkünsüzdür. İmam Hüseyn(ə) öz hərəkəti ilə şəhadət yolunu açaraq onun mədəniyyətini yenidən diriltdi.

    Əməvi rejiminin süqutu üçün zəmin yaradılması
    Kərbəla inqilabı siyasi nöqteyi-nəzərdən iki əsas və inkar olunmaz təsirə malik idi. Bu nəticələr müxtəlif tarixi mənbələrdə qeyd olunması və sonrakı qiyamların onu göstərməsi ilə yanaşı elə Kərbəla inqilabı baş verdiyi andan əməvi dövlət başçıları tərəfindən etiraf olundu.
    A) Ümum xalq kütləsinin Yezid və əməvilərdən nifrət etməsi
    Bəzi tarixi mənbələrdə Yezidin törətdiyi Kərbəla faciəsindən peşiman olması və ya özünü peşimançılığa vurması onun insanların qəzəb və nifrətindən qorxmasının göstəricisidir.Yezid özü də bunu etiraf etmişdir. Necəki “ənsabul-əşraf” və “əl-kamil” kitablarında Yezidin dilindən belə oxuyuruq: Allah ibni Mərcanəyə lənət etsin. O, Hüseyni qətlə məcbur etdi. ...İbni Ziyad həqiqətən də mənim düşmənçiliyimi hər bir yaxşı və pis insanın qəlbində əkdi.

    Aşura inqilabından sonra baş vermiş qiyamlar əməvilər hakimiyyətinə olan ümumi nifrətin başqa bir şahididir. Buna misal olaraq aşağıdakı qiyamları sadalamaq olar:
    1)Hürrənin qiyamı (Mədinə xalqı)
    2) Təvvabinin qiyamı
    3)Muxtar səqəfinin qiyamı
    4)Abdullah ibn Zübeyrin bir neçə illik hakimiyyət quruculuğunda müvəffəqiyyətləri
    5) Zeyd ibn Əlinin qiyamı
    6)Yəhya ibn Zeydin qiyamı
    Bu hadisələr insanların əməvilərə qarşı olan nifrətini yaxşıca göstərə bilər.Sonda Kərbəla inqilabından ilham alan bu qiyamlar əməvilərin əbədi məhvinə gətirib çıxartdı.
    B)Əhli-beytin nüfuzunun yayılması

    İmam Hüseyn(ə) və onun vəfalı dostlarının məzlumcasına Kərbəlada şəhadətə yetməsi ilə Əhli-beytin məzlumiyyəti daha da insanların diqqət nəzərində oldu. Bu məzlumiyyət bu ailənin gündən-günə müsəlmanlar arasında sevilməsinə səbəb oldu. Abbasilərin bu nüfuzdan sui-istifadəsi tədricən onları qüdrətə yetişdirib, əməvilərin süqutundan sonra isə onları canişin güc olaraq hakimiyyətə çatdırdı.

    Elmi və mədəni təlaşlar üçün zəmin yaradılması


    Kərbəla inqilabı, imam və onun cəngavər qüvvələrinin şəhadəti və Kərbəla yadigarlarının məxsusən də Əli ibn Hüseyn(ə) və xanım Zeynəbin Kufə və Şamda geniş təbliğatları, müxtəlif mövzuları camaat arasında irəli sürdü. Habelə Aşura hadisəsindən sonra müxtəlif qiyamların üzə çıxması və Əməvi hakimiyyətinin şəriətə uyğunluğunun alınması, geniş mədəni təlaşlar və sonrakı imamların məxsusən də imam Əli ibn Hüseyn(ə), oğlu imam Baqir(ə) və imam Sadiq(ə)-ın yaranmış mövcud şəraitdən münasib faydalanmaları üçün zəmin yaratdı. Bir tərəfdən Əhli-beytin xalq arasında sevilməsi və Əməvilərin onları qətliam etməyə cürət göstərə bilməməsi, bir tərəfdən də o zalım Əməvilərin ortaya çıxmış qiyamları yatırtmaqla məşğul olması Əhli-beyt üçün zəmin yaratdı ki, onlar Əhli-beyt məktəbini və gerçək İslamı müxtəlif yönlərdə tanıtdırmaq uğrunda möhkəm və davamlı addımlar atıb, “muhəmməd ailəsi”-nin elmlərini yaya bilsinlər.
    İmam Səccad(ə)-ın yüksək elmi mövqeyi, tabeinlərin ən fəqih bir fərdi olaraq onu müsəlmanların arasında “müraciət olunan misilsiz elmi şəxsiyyət”kimi qərar vermişdi. O həzrət insanlara elmi və mədəni yolla tsir qoyub Əhli-beyt məktəbini “zənginləşdirmə”, “tanıtdırma” və “travmotologiya” kimi müxtəlif yönlərdən möhkəmləşdirməklə yanaşı, siyasi yönlərdə də təsir qoydu. Müaviyənin imam Əli(ə)-ın söyülməsi barədə çıxardıgı bidətin və Yezidin əmirəl- möminin adlandırılmasının Ömər ibn Əbdüləziz tərəfindən qadağan qoyulması, məsum imamların elmi və mədəni fəaliyyətlərindən təsirlənmədən ola bilməzdi.

    Nümunə olma və cəmiyyətlərə yol göstərmə


    Kərbəla inqilabının ən mühüm rolu, onun böyük dini, ictimai və siyasi şəxsiyyətlər tərəfindən nümunə olaraq seçilməsi və özündən sonra islahatçı hərakatlar və inqilablara yol göstərmək olmuşdur.Çünki bu inqilab, bir çətin mübarizədə lazım olan bütün keyfiyyətlər baxımından yeganə tarixi unversallığa malikdir. İndi isə onların bəzisinə aşağıda işarə etmək istərdik:
    A) Müqavimətli və agah rəhbər

    Bu inqilaba başçılıq edən müqavimətli və agah birisi idi. Babası əziz İslam peyğmbəri, atası isə imam Əli olduğundan həmişə mübarizə meydanında ön sırada olmuşdur. O həzrət mübarəzənin bütün çətinliklərinə dözürdü. İmam Hüseyn(ə) inqilabın bütün anlarında müqavimət göstərməsi dərs alınmalı və inanılmaz idi. O həzrət yurdsuzluq, susuzluq, müsibət görmə, əhdipozma, kimsəsizlik, dostun azlığı, rəhimsiz və rəzil düşmənin çoxluğu, qadın və uşaqların susuzluğu kimi problemlərlə belə bir anda olsun özündən bir zərrə də zəiflik göstərmədi. Ondan heç bir solğunluq, dözümsüzlük və tələsik qərar müşahidə olunmadı. Düşmənə təslim olub onların qarşısında əyilməyi yaxud öz hədəf və şüarlarından əl çəkməyi nəzərinə belə gətirmədi. O həzrət ömrünün son nəfəsinidək azadlıq, bəndəçilik və iman şüarı verirdi. Nümunə olaraq bir neçəsinə burada işarə edirik: “la hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” yəni güc və qüvvə yalnız uca və böyük olan Allahladır. “Ey Əbu Süfyanın ardıcılları! Əgər heç bir dinə inanmırsınızsa və qiyamət günündən qorxmursunuzsa, onda ən azı dünyanızda azad olun. İmam Hüseyn(ə) bu şüarı o zaman dedi ki, düşmən artıq insani prinsiplərin hətta kişilik və ərəb adətinin ziddinə olaraq, ələ düşmüş kiçik bir fürsətdən istifadə edərək xeymələri qarət edirdilər.
    B) Nümunəvi dostlar

    İmam Hüseyn(ə) dostlarının tarixin ən vəfalı və ən dəyərli dostları olması, hətta peyğənbər və imam Əlinin dostlarından belə üstün olmasını açıq-aşkar qeyd etmişdir.Necəki Təbəri öz tarixində bu məsələni vurğulamışdir. Bu dostlar gecə namazı qılan və öz əsrinin zahidləri olmalarına baxmayaraq, şücaətli, tərəfgir, vəfadar və mərd də idilər. Onlar Bədr, Ühüd, Siffeyin, ya Nəhrəvan döyüşlərinin əksinə olaraq, zahiri qələbəyə hətta sağ qalma ehtimalına ümüdləri olmadığı bir halda şəhadət qüslu və ölümə yəqin ilə İmam Hüseyn(ə)-a eşq bəsləyir, o həzrətin din, peyğəmbər sünnəsi və əmr be məruf və nəhy əz münkərin dirildilməsi olan hədəfi üstündə möhkəm durur, İslam, insanlıq və azadlıq qarovulunu çəkirdilər. Onlar şəhadətə yaxınlaşdıqca qorxu və peşimançılıq olmadan iman, şücaət və ümidvarlıqları dahada artırdı.
    İmam hüseyn(ə) Aşura gecəsi onların üzərindən öz beyətini götürüb onları yol seçməkdə və öz evlərinə qayıtmaqda azad buraxmasına baxmayaraq, hətta onlardan bir nəfər də olsun belə imamdan ayrılmadı. Əksinə, həmin güclü ruhiyyə, dönməzlik, vəfadarlıq və müqavimət sayəsində Hürr kimi insanları con anadək (Aşura günü) öz tərəflərinə çəkdilər.

    C) Başıuca və xəbər çatdıran Əhli-beyt (ə)

    Adətən dünyada şəhid ailələrinin göstərdiyi ən çox müqavimət, əldən verdikləri şəhidin ayrılıq dərdinə dözmək və ailənin kişi mücahidini Allah yolunda mübarizəyə təşfiq etməkdir.
    İmam Hüseyn(ə)-ın ailəsi də bu mühüm vəzifəni layiqincə yerinə yetirdilər. Belə ki, onlar elə əvvəldən səhnədə hazır olub hər bir çətinləyə dözürdülər.
    Bu qədər çətinlik və müsibətlər qarşısında imam Hüseyn(ə)-ın Əhli-beyti məğlub olmayıb, Kərbəla şəhidlərinin hədəflərindən bir anda olsun belə əl çəkmədilər. Əksinə, onlar ələ düşən bu fürsətləri qənimət sayaraq, onlardan hədəflərin təbliği və düşmənin cinayət, fəsad və azğınlıqlarının ifşa edilməsi yolunda istifadə etdilər. Onlar "Hüseyn inqilabı"nı və onun missiyasını Kərbəlanın quru səhralarından qəbilə, kənd və şəhərlərə, sonda isə İbni Ziyad və Yezidin saraylarına aparıb tanıtdırdılar. Öz siyasi təbliğatlarını və Əməvilərin qələbələrini müşahidə etmək və Əməvi xüsusən də Yezid rejiminin əmniyyət və möhkəmliyini artırmaq üçün toplaşdıqları rəsmi yığıncaqlar, Kərbəla əsirlərinin fəaliyyətləri nəticəsində "Əhli-beytin əzadarlıq" və "Yezid və İbni Ziyada qarşı nifrət" məclisinə çevrildi. Belə ki, onlar məcbur qalıb zahirdə peşimançılıq göstərdilər, və İbni Ziyad, Ömər Səd və Şimri məhkum edib, onları lənətləməklə yaranmış nifrət və düşmənçiliklərin bir miqdarını öz əlaltılarının boynuna qoymaq istədilər.
    D) Əbədi yaşar şüar və hədəflər

    Kərbəla inqilabının başqa xüsusiyyətlərindən biri də onun insani hədəflərə malik olması idi. Bu hədəflər maddi sərhədləri aşaraq xüsusi firqə qəlibində və hətta xüsusi din qəlibində irəli sürülən ilahi və mənəvi şüarları geridə qoyaraq insan və insanlığa qoşuldu.
    Bu inqilabda səslənən şüarların bəziləri aşağıdakılardan ibarətdir:
    1)" Azadlıq və mərdlik" şüarı
    2)"Fəsadla mübarizə" şüarı
    3)"Zorakılıq qarşısında müqavimət və mübarizə" şüarı
    4)"Zillətlə yaşamanın danlanılması" şüarı
    5)"İzzətlə ölmənin yayılması" şüarı
    6)"Ədalət tələb etmə" şüarı
    7)"İqtisadi, irqi və siyasi ayrı-seçkiliklə mübarizə" şüarı
    8)"Əhdipozma ilə mübarizə" şüarı
    9)"İnsani hədəflər uğrunda qorxmadan ölümü qarşılamaq və insaniyyət üçün hər növ zülm və ağır çətinlikləri qəbul etmək" şüarı
    Bu böyük inqilabın fəlsəfə və hədəflərini özündə əks etdirən onlarla şüar da buna misal olaraq göstərmək olar.
    Emin İmanlı
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (22.03.2008) | Автор: EMIN IMANLI E W
    Просмотров: 2766 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər