İMAM ZAMANIN MÖ ` CÜZӘLӘRİ
İmamın mö`cüzələri çoxdur. Biz burada onlardan ikisini qısaca olaraq nəql edirik:
1. Şeyx Tusi, Abbasi xəlifəsi Mö`təzidin mə`murlarından olan Rəşiqdən bu hadisəni belə nəql etmişdir:
Rəşiq belə deyir: Bir gün Abbasi xəlifəsi Mö`təzid məni çağırıb «eşitdiyimə görə imam Həsən Әskərinin evində bir uşaq vardır» - dedi və mə`murlarından iki nəfəri mənə qoşub belə əmr etdi: Tezliklə Samirraya, imam Həsən Әskərinin evinə gedib həmin uşağı öldürün və başını mənə gətirin. Biz sür`ətlə gəlib imamın evinin qapısına çatdıq. Qapıda bir qul oturmuşdu. Ona əhəmiyyət verməyib evə girdik. Çox gözəl bir ev idi. Bir bucaqda bir pərdə asılmışdı. Pərdəni qaldırıb su ilə dolu bir böyük otaq gördük. Suyun üstündə bir xalça var idi, xalçanın üstündə də bir oğlan uşağı namaz qılırdı. Mə`murlardan biri otağa girdi və dərhal suya batdı. Biz onu çətinliklə qurtardıq, amma özündən gedib bihuş oldu. O biri mə`mur da otağa girən kimi suya batdı. Onu da çıxartdıq və bihuş oldu. Bir müddətdən sonra ikisi də huşa gəldi. Qorxudan titrəyərək atlarımıza minib xələfinin sarayına doğru hərəkət etdik. Gecə yarısı oraya çatdıq. Xəlifə yatmayıb bizi gözləyirdi. Əhvalatı olduğu kimi onun üçün danışdıq. O da bizim kimi qorxudan titrəyib «heç kim bundan xəbərdar olmasın və bu sirri heç kimə deməyin, yoxsa sizi öldürərəm» - dedi. Abbasi xəlifəsi Mö`təzid nə qədər ki, sağ idi bu məcaranı bir kəsə danışmamışdım.
2. Әli ibni Sinanın qeyd etdiyinə görə, Qum əhalisindən bir dəstə imam Həsən Әskərinin xidmətinə yetişmək üçün bir miqdar pul ilə birlikdə Samirraya doğru yola düşmüşdülər. Ora yetişəndə həzrətin şəhid olduğunu eşitdilər. Nə edəcəklərini bilmirdilər. Nəhayət onları imam Həsən Әskərinin qardaşı Cə`fərə tanıtdılar. Onlar Samirraya gəlməklərinin səbəbini Cə`fər üçün danışdılar. Cə`fər də onlara «pulu mənə verin, onun xəlifəsi mənəm» - dedi. Amma onlar «imamın yanımızdakı pulların miqdarını və hər bir kisənin kimin olduğunu bilməsi lazımdır. Әvvəllər də biz belə edərdik» - dedilər. Cə`fər hirslənib belə dedi: Qardaşım da bunları bilmirdi. Siz yalan deyirsiniz. Bu qeybi bir məsələdir. Allahdan başqa heç kim qeybdən xəbər verə bilməz. Amma onlar sözlərindən dönmədilər. Nəhayət Cə`fər onlardan xəlifəyə şikayət etdi. Xəlifə də onlara əmr etdi ki, pulu Cə`fərə versinlər. Amma onlar «bu pul bizim yanımızda əmanətdir. İmamın xəlifəsi varsa, pulu ona verməliyik, yoxsa sahiblərinə qaytarmaqdan başqa heç bir çarəmiz yoxdur» - dedilər. Xəlifə onların sözünü təsdiq edib onları sərbəst buraxdı.
Onlar Quma qayıtmaq istədikləri vaxt bir cavan oğlan onlara yaxınlaşıb «imam sizi çağırır» - dedi. Hamısı sevinib onunla birlikdə imam Həsən Әskərinin evinə getdilər. Orada üzündə imamlıq nişanəsi aşkar olan gənc imamı gördülər.
Onlar Cə`fərə dedikləri sözü həzrət imam Zamana da söylədikdə, həzrət (ə.f.) gülərək onlara belə buyurdu: «Oturun, sizə bu kisələrin sahiblərinin kimlər olduğunu söyləyim». Sonra pul kisələrinin sahiblərini və içində nə qədər pul olduğunu bir-bir bəyan etdi. Onlar axtardıqları şəxsi tapdıqlarına görə sevinib kisələri həzrətə verdilər və məsələlərini soruşdular. Həzrət (ə) məsələlərinin hamısının cavabını verdi, sonra isə əmr etdi ki, bundan sonra oraya pul gətirməyib, Bağdadda tə`yin etdiyi vəkilinə aparsınlar. Sualları olduqda da həmin vəkilə müraciət edib onun vasitəsilə cavabları öyrənsinlər. Onlar imamla xudahafizləşib evdən çıxdılar və Allaha bu ne`mətinə görə şükür etdilər.
|