Bazar ertesi, 29.04.2024, 23:58
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » May » 14 » Qaranlıq gecenin sonu
    15:46
    Qaranlıq gecenin sonu
     
    İndiki vəziyyətə nəzər salıb cinayətlər, ölümlər, müharibələr, qantökmələr, millətlər arası ixtilaflar və əxlaqi fəsadları nəzərə alanda, özümüzdən soruşuruq ki, aya görəsən vəziyyət elə belə gedəcəkdir? O cinayətlər və fəsadlar sürüb uzanacaqdır? Bəşəriyyət camiəsini daimi savaş içərisində qoyacaqdır? Və ya əqidəvi azğınlıqlar və əxlaqi pozğunluqlar bir iyrənc bataqlıq kimi əlinə keçdiyi hər bir şeyi özündə qərq edəcəkdir? Görəsən nicat və islah üçün bir ümid yeri varmı? Bu mühüm sual qarşısında iki cavab vardır.

    Pessimist və maddi düşüncəli insanlar tərəfindən verilən birinci cavab budur ki, dünyanın gələcəyi qaranlıq görsənir və hər bir zaman üçün də təhlükəli bir ehtimal gözlənir. Lakin səmavi dinlərin əsasları ilə tanış olanlar Xüsusi ilə müsəlmanlar və məxsusən də dünya şiələri, bu suala başqa bir cavab verərək deyirlər: Bu qaranlıq gecənin bir aydın səhəri də vardır. Bu qara buludlar, ölümcül tufan, yıxıcı sel sonunda bitəcək və aydın səma, günəş və sakit bir mühit gələcəkdir. Bu qorxunc röyalar hər zaman bizim qarşımızda olmayacaqdır və çox da uzaq olmayan bir üfüqdə qurtuluş sahilinin nişanələrini görəcəyik.

    Dünya elə bir böyük islah edənin intizarındadır ki, bir inqilab ilə dünya səhnəsini haqq və ədalətlə doldursun. Hər hansı bir dinə mənsub olanların hər biri bu böyük islah edəni bir fərqli adla tanıyırlar. Ərəb şairinin dili ilə desək:
    İbarətuna şətta və husnukə vahid
    və kullun ila zalikəl cəmali yuşir

    Yəni sözlərimiz müxtəlif, gözəlliyin isə birdir.
    lakin sözlərimizin hamısı həmin gözəlliyə işarə edir.
    1)Fitrət və islah edənin ortaya çıxması. Batini ilhamların dalğaları əqlin qəzavətindən daha çox olar. Bu batini ilhamlar təkcə Allah tanıma məsələlərində yox hətta bütün dini inanclarda bizə yol göstərə bilər. Şübhəsiz bu məsələdə də o bizə yol göstərəcəkdir. O böyük islah edənin ortaya çıxmasını göstərən fitri dəlillərdən biri belədir:

    İnsanlarda dünya ədalətinə qarşı hamıda olan ümumi bir eşq mövcuddur. Çün ki, bütün dünya xalqları özlərinin bütün ixtilaflarına baxmayaraq, istisnasız sülh və ədalət aşiqləridirlər. Biz hamımız bu yolda səslənərək dünyaya barış və ədalət istəyirik. O böyük islah edənə bundan böyük bir dəlil tapıla bilməz. Çün ki, bir tərəfdən hər yerdə istəklərin ümumi olması, onların fitri olmasına dəlildir. Bir tərəfdən də hər bir fitri eşq, xaricdə bir məşuqun vücudunu və onun cazibəsini göstərir. Nəticə olaraq belə aydın olur ki, Allah-Təala insanın vucudunda yaratmış olduğu bu fitri susuzluğu sirab etmək üçün xaricdə bir çeşməsidə vardır. Elə buna görə də biz inanırıq ki, insanın ədalət sevər fitrəti sonda barış və ədalətin bütün dünyanı tutaraq zalimlərin haqsız hakimiyyətini dağıdacağına və bəşəriyyət bir dövlət və bir bayraq altında idarə olunacağına car çəkir. Bu fitri eşqin bütün din və məzhəblərdə necə yansımasını aydın şəkildə müşahidə edə bilərik. Əldə olan faktlara əsasən bəşəriyyətin yaralarına mərhəm olacaq bir qurtarıcının gəlişi bütün bəşəriyyətin inancıdır. İslam da öz növbəsində bir əbədi din kimi bu məsələyə daha çox təkid etmişdir.
    2)Əqli dəlillər.

    A)Bəşəriyyət nizamı bizə belə öyrədir ki, sonunda bu dünya ədalət qanununa tabe olub ədalətli bir nəzmə keçəcəkdir.

    Xatırladaq ki, varlıq dünyası bizim bildiyimizə görə nizamlar toplusudur. Başdan-başa bu dünyada nəzmli qanunların var oluşu onun bir parça olmasına dəlildir. Nəzm, qanun və hesab məsələsi bu dünyanın ən əsaslı və ciddi məsələlərindən biridir. Böyük mənzumələrdən tutmuş kiçik zərrəli atomlara qədər hamısı bu dəqiq nəzmə tabedir.

    Bədənimizin müxtəlif üzvlərinin kiçik bir zərrəciginin həyatından beyin və əsəb sisteminə qədər hamısının böyük bir nəzmi vardır. Alimlərin sözü ilə desək, onların hər birisi bir dəqiq saat kimi insan bədənində işləyir və dünyanın hər bir dəqiq kompyüteri onun yanında heç bir dəyərə malik deyildir.

    Görəsən belə bir dünyada, bu “bütöv”-dən bir “hissə” sayılan insan bir fərqli yamaq kimi daim savaş və zülm içində yaşaya bilərmi? Aya ədalətsizlik və əxlaqi-ictimai fəsadlar hər zaman bəşəriyyətə hökm sürə bilərmi?

    Nəticə: Varlıq nizamı bizi bu gerçəkliyə gətirib çıxarır ki, sonunda insan cəmiyyəti nəzm və ədalət qarşısında baş əyəcək və yaranışın əsas istiqamətinə dönəcəkdir.

    B) Cəmiyyətlərin yetginləşməyə doğru getmələri dünyanın aydın gələcəyinə bir dəlildir. Çün ki, biz bu həqiqəti unuda bilmərik ki, bəşər cəmiyyəti özünü tanıdıqdan bu yana heç zaman bir yerdə dayanmamış və həmiş önə doğru irəliləmişdir.
    Maddi sahələrdə məskən, geyim, yeyəcək növü, istehsal və nəqliyyat vasitələri baxımından, bir gün çox ibtidai şəkildə yaşayırdı və bu gün isə elə bir mərhələyə gəlib çatmışdır ki, ağılları heyran edir və gözləri qamaşdırır. Sözsüz ki, yenədə bu yuxarıya doğru hərəkəti davam edəcəkdir. Elmi sahələrdə də hər zaman irəliyə doğru hərəkət edərək hər gün yeni bir kəşfə nail olmuşdur. Bu yetginlik qanunu sonunda mənəvi, əxlaqi və ictimai sahələrə də öz təsirini qoyacaq və insanlığı tam ədalətli bir qanun, davamlı barış və əxlaqi fəzilətlərə doğru çəkib aparacaqdır. Əgər bu gün əxlaqi fəsadların çoxaldığını görürüksə, bu özü də əxlaqi bir inqilaba zəmin yaradır. Biz demək istəmirik ki, gəlin insanları fəsada təşfiq edək. Əksinə biz demək istəyirik ki, fəsad həddindən aşanda bir əxlaqi inqilaba səbəb olar. İnsanlar öz suçlarının sonucuna düçar olub başları daşa dəyəndə bir ilahi rəhbər tərəfindən verilən göstərişləri qəbul edəcəkdər.

    3)Quran və Məhdi (ə)-ın zuhuru.
    Qurani-Kərimdə bu böyük zuhuru müjdələyən bir çox ayələr vardır. Biz bu ayələrin içindən yalnız bir ayə ilə kifayətlənirik. Qurani-Kərim nur surəsinin 55-ci ayəsində belə buyurur: “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə-yalnız Mənə ibadət edərlər, heçnəyi Mənə şərik qoşmazlar deyə-onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allahın özü bəyəndiyi dinini (islamı) möhkəmləşdirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur”
    Bu mübarək ayədən məlum olduğu kimi sonunda dünyada hakimiyyət zülmkar hakimlərin əlindən alınacaq və əməli-saleh möminlər yer üzündə hökmranlıq edəcəkdirlər. Bundan əlavə Allah bu ayədə üç mühüm və`də verir:
    1)Dinin möhkəmləşməsi və Allah hakimiyyətinin ürəklərə mənəvi nüfuz etməsi.
    2)Hər bir əmniyyətsizliyin əmin-amanlıqla əvəz oluması.
    3)Yer üzündə şirk ağacının kökünün qazılıb tullanması.

    İmam Səccad (ə) bu ayənin təfsirində belə buyurur: “And olsun Allaha, bu dəstə bizim şiələrimizdir. Allah bu və`dini biz Əhli-beytdən olan bir kəsin əli ilə gerçəkləşdirəcəkdir və o da bu ümmətin Məhdisidir (ə.c).

    Məhdi (ə.c) hədis qaynaqlarında.
    Dünyanın hakimiyyəti barış və ədalət ilə peyğəmbər ailəsindən olan bir kəsin əliylə idarə olunması haqda bizə bir çox hədislər gəlib çatmışdır. Şiə və sünni arasında bu barədə olan hədislər “təvatur” həddindən belə çoxdur. Şiə hədislərinə gəldikdə o kəsin İmam Həsən Əskəri (ə)-ın öz oğlu olaması mütəvatir şəkildə bəyan olunmuşdur. Sonda sözümüzü mübarək iki hədislə bitirmək istərdik. Əziz İslam Peyğəmbəri (s) belə buyurmuşdur: “Əgər dünyanın ömrünə bir gün belə qalsa Allah o günü uzadar ki, mənim Əhli-Beytimdən olan bir kəsi göndərib yer üzünü zülmlə dolduğu kimi ədalətlə doldursun”.
    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə belə gəlmişdir: “Qaim qiyam etdiyi zaman ədalətlə hökmranlıq edər, zülmün kökü kəsilər, yollar əmin-amanlıq olar, yer öz bərəkətini üzə çıxardar, hər bir haqq öz sahibinə qayıdar, insanlar arasında Davud və Muhəmməd peyğəmbər kimi qəzavət edər, yer o zaman öz xəzinələrini üzə çıxardar, o zaman kimsə daha öz sədəqəsini vermək üçün birisini tapmaz çün ki, bütün möminlər ehtiyacsız olarlar”.
    Emin İmanlı
    Просмотров: 1031 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  May 2008  »
    B.eÇ.aÇC.aCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Linklər