Cüme, 26.04.2024, 10:35
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » İyul » 19 » Gənclərimizin milli mənəvi dəyərə ehtiyacı varmı?!və ehtiyacı olduğu təqdirdə bunları hardan götürməlidir?
    00:38
    Gənclərimizin milli mənəvi dəyərə ehtiyacı varmı?!və ehtiyacı olduğu təqdirdə bunları hardan götürməlidir?
     
                                     
     
     
     Gənclərimizin milli mənəvi dəyərə ehtiyacı varmı?

                                    və ehtiyacı olduğu təqdirdə bunları hardan götürməlidir?

    Bu günlərdə ölkəmizdə hansı gəncə yaxınlaşırsanki əsgərliyə getmisen deyir yox.Sual olunur niyə getməmisən?Bəlkə xəstəliyin var ona görə?deyirlər yox!Bəs niyə getməmisən deye soruşulanda deyirlər əşi nə əsgərlik atamın pulu var hələ gəncəm mən hara əsgərlik hara?!Beləliklə gənclərimiz milli dəyərindən qaçır ancaq kef məclislərinə meyl edirlər.Bu gün televizyada,radyoda,jurnallarda gənclərimizin milli mənəvi dəyərlərin əlindən almaq üçün bir çox işlər aparılır.Bu işlər o həddə çatıb ki küçədə bir gəncə yaxınlaşıb qarabağla bağlı sual verilən kimi o saat bu sözü deyirlər “Mən nə edirəm qarabağı ordan mənə nə xeyir qarabağ qarabağlılara lazımdı.Gedin bu suallarınızı onlara verin”.Gör necə mənəviyyatımız əlimizdən alınıbki  gənclər day qarabağın geri qayıtmasından yox yeni ulduzdan,azeristardan,xarici müğənnilərdən,xarici teleseriallardan danışırlar.Elə bilki 1991-ci ildə bunların həm yerlisi xocalıda qətlə yetirilməyib.Elə bilki bunun torpağı işğal olmayıb.Sanki bunlar hamısı başqa ölkədə baş verib.Bəli  bayaq dediyimiz informasiya vasitələri gənclərimizdə milli dəyərləri əlindən alıb əksinə dəyər nədi ancaq i insana xeyir verməyən musiqilərə gənclərimizi yönləndirir.Gündə bir mahnı çıxardırlar bu mahnılarla insane ziyandan başqa heçnə vermirlər.Hətta elə hallar olubki insanların bəzisi bu mahnılara görə intihar ediblər.Bu isə necə cəryan edib deyim sizə.Oğlan sevdiyi qızdan ayrılır başlayır dərd çəkməyə gedir dediyim mahnılara qulaq asır mahnı bunun üzərində o qədər təsir qoyurki baxırsanki oğlan intihar edib.Bu hallar çox baş verib dediyimiz kimi belə şeylər ictimayətə xeyir vermir əksinə çox pis hadisələrə səbəb olur.Ona görədə gərək bizim gənclərimiz belə şeylərlə yox mənəviyyatları ilə maraqlansınlar.Fikirləşsinlərki bu dünya necə yaranıb?!

     

    “Bilindiyi üzrə, insan həyatındakı dərhal hər cür müsbət və mənfi davranışların kökləri, kiçiklik və gənclik dövrlərinə qədər uzanar, oralarda gizlidir. Ailevi həyatdan yapış da məktəb həyatına, ətraf həyatına qədər. Bütün insanlar ilk yaradılışda İslam fitrəti üzrə doğularlar; yetişdiricilərinin əllərində müxtəlif dinlərlə yoğrular, amma din fərqi məhfuz, xarakter dəyişməsnindeyə bir şey söz mövzusu olmaz. Çünki insanoğlu öz mahiyyətini dəyişdirməyə müqtədir deyil. Əfəndimiz (s. a. a) da bu gerçəyi: "Bir dağın yer dəyişdirdiyini eşitsəniz inanın; lakin bir insanın xarakterini dəyişdirdiyini eşitsəniz inanmayın; çünki xarakter, yaradıldığı hal üzrə olar." sözlərini buyurmu.dur. Buna görə gənclik dövründə ibarət yaranan karekteristik xüsusiyyətlər islam-i bir şəkil tapmalıdır.

    İslam cəmiyyətində tərtəmiz bir fitrətlə -yəni İslami həqiqətləri qəbul etməyə meylli olaraq- dünyaya gəldiyi qəbul edilən yeni nəsil, təmiz fitrəti pozulmadan mənəvi dəyərlərlə böyüdülməli, halal loxma və İslami tərbiyə ilə öyrədilməli və beləcə Quranın ifadəsiylə "göz nuru olacaq bir nəsil" yetişdirilməlidir.

    Quran-ı Kərim, Rəhmanın xas qullarının; "Ey Rəbbimiz! yoldaşlarımızdan və nəsilimizdən gözümüzün nuru olacaq kəsləri bizlərə lütfkarlıq et!" deyə dua etdiklərini bildirməkdədir. Gözlərimizin nuru və süruru, könüllərimizi işıqlığı və xoşbəxtliyi olacaq gənc nəsil, dünya və axirət xoşbəxtliyinə səbəb olan nəsildir. Dualarında tez-tez "Allahım!.. yoldaşlarımızı və nəsilimizi bizim üçün bərəkətli et!" deyə niyaz edən Peyğəmbərimiz də (s. a. a.) da "Bərəkətli Nəsil"in əhəmiyyətini və dəyərini vurğulamaqdadır.

    "Yeni bərəkətli bir nəsil" yetişdirmə vəzifəsiylə öhdəçilikli Əfəndimiz (s. a. a.), zülm və təzyiq əsri olan qaranlıq Orta Çağda, Cahiliyyət Dövründə, tikanlar və ayrı otları arasında həqiqətən gül kimi tərtəmiz tərtəmiz bir nəsil yetişdirmişdir.  

    Bu İmam Xomeyni(r.a) məqaləsindən bir  parça idi.İndi isə gəlin biz Ağanın fikirlərinə nəzər salaq.Görəciyikki Ağanın dediyi kimi gərək insanlara birinci islami milli mənəvi dəyərlər başa salınsın.Amma ele başa salınsınki insanların islamdan xoşu gəlsin .Bu yoldada əlimizə düşən bütün vasitələrdən istifadə etməliyik.Məsələn internet,qohumlar arasında olan yığıncaqlar,ya hər hansı məclis.Amma bunuda deməliyəmki bu günki dövrdə internetdən yetərincə istifadə edə bilmirik.Həm biz namaz qılanlar,həm bayaq dediyimiz gənclər.Biz ona görə istifadə edə bilmirikki ya çat deyilən veb səyfələrə girib vaxtımızı israf edirik.Amma  digər saytlar dini saytlara girib elmimizi artırmırıq.Dediyimiz gənclər isə yenə bizim kimi çatlara girirlər.Biz hələ yaxşıyıq naməhrəmlə işimiz olmur.Bunlar isə naməhrəm xanımlarla özlərinədə  xeyri olmayan işlər görürlər.Bunuda hamımız bilirik.Yəni dediyim odurki gərək əlimizə düşən hər bir vasitə ilə insani dəyərləri ictimayətə çatdıraq.Bu yöndədə gərək özümüz birinci elmli olaq.Qabaqlar dediyim kimi elmimizi artıraq.Birinci tövhidi başa salaq sonra keçək  insani dəyərlərə.Gərək çalışaqki gənclərimiz başımızı aşağı salmasın.Sual veriləndəki qarabağ bəs nə olacaq deməsinlərki mənlik deyil.Bu yolda bizim boynumuza böyük yük düşür.Həmişə onlara başa salaqki  Allahdan bağışlanmaq diləsinlər və öz milli mənəvi  dəyərlərinə sahib çıxsınlar.Bağışlanmaq barədə –İmam Sadiq əleyhissalam buyurur:  Hər vaxt bir bəndə (Allahdan) bağışlanmaq istəklərini artırsa, nameyi-əməli parlayan halda yuxarı qalxar .

    Məkarimul-əxlaq /313

    Gənclərimizə anlatmalıyıqki Allahdan bağışlanmaq dilə.Allah səni bağışlayar və məqamıvı uca edər.

    Biz həmdə gərək öz geyimimizlə əxlaqı onlara başa salaq.Onlar gərək Peyğəmbərimizin buyurduğu kimi geyimizlə onlara əxlaqı başa salaq.Gördüyümüz kimi xanımlar mini yupkalarla oğlanlarlada saçlarının avropa sayağı forması ilə öz mənəviyyatlarını məhv edirlər.Gərər hicablı xanımlarımız cahil xanımlara,mömin qardaşlarımızda cahil dediyimiz gənc insanlara.

    Bu yolda bizim məqsədimiz pak olmalıdı.Allah üçün olmalıdı.Hz.Loğmanın oğluna öz oğluna etdiyi nəsihətlərdən birində belə buyrulur:” • Oğlum! Səndən əvvəl atalar öz övladları üçün mal-dövlət toplayırdılar. Amma nə mal-dövlətin özü qaldı, nə də sahibi. Ey oğlum! Elə hesab et ki, bu dünyada səni bəzi işlər üçün nökər tutublar, mükafat vədəsini də veriblər. Öz vəzifəni yerinə yetir ki, vaxtında muzdunu ala biləsən... Bu dünyada qoyun kimi yaşama; qoyunu otarırlar ki, kökəlsin; kökələn kimi də kəsirlər. Dünyanı körpü hesab et. Sən bu körpüdən birdəfəlik keçməlisən və bir daha oraya qayıtmayacaqsan.”Həzrətin dediyi kimi gənclərə çatdırmalıyıqki gəlin dünyaya niyə gəlmişiksə  bu barədə düşünək.Yoxsa kim nə etdi, şou biznes belə gəldi,eurovision belə getdi.Biz gərək bunları yox RAMİL SƏFƏROVUN etdiyi qəhrəmanlığı düşünək.Onun torpağı,bayrağı,şərəfi,milləti haqda  etdiyi hərəkəti düşünməliyik.Biz fələstindəki ac uşaqları düşünməliyik.Biz iraqdakı yetimləri düşünməliyik.Bunlar bizim milli mənəvi dəyərlərimizdi.
    Allah islam ümmətinin yolun aydın etsin.İmam Zamanın(Ə) zühurunda təcil etsin inşəallah

     

    İlkin_HüSeYNİ MEDİA-İSLAM YAZARI

    19.07.2008

    Просмотров: 1052 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 2
    21.07.2008
    2. Huseynli (al-shia) [Material]
    Halaldır smile . Qardaşım o esgerlik meselesi ixtilafdadır menbilen biggrin neyse girmiyim o söhbete, şexsen men inşallah gedecem eger ibadete icaze verilse

    20.07.2008
    1. Nisa (Nisa) [Material]
    Allah islam ümmətinin yolun aydın etsin.İmam Zamanın(Ə) zühurunda təcil etsin inşəallah. Amin

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  İyul 2008  »
    B.eÇ.aÇC.aCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Linklər