Çerşenbe, 08.05.2024, 23:27
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Fevral » 18 » Peyğemberin karikaturalarının yeniden derci Danimarkada qarışıqlıq yaradıb
    14:10
    Peyğemberin karikaturalarının yeniden derci Danimarkada qarışıqlıq yaradıb
    Kopenhagendə yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar

    Məhəmməd peyğəmbərin (ə.s.) karukaturaları Danimarka qəzetlərində yenidən nəşr olunduqdan sonra ölkənin bir neçə şəhərində qarışıqlıq yaşanıb. Kopenhagendə immiqrant məhəllələrində yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar. Nəticədə 50-dən çox insan həbs olunub.
    Xatırladaq ki, ilk qarışıqlıq 2005-ci ildə Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının uşaq qəzetlərində nəşr olunmasından sonra başlamışdı. Qəzetin redaktoruna qarşı sui-qəsd cəhdi də törədilsə də, bunun qarşısı alınmışdı. Bu hadisə müsəlman ölkələrində narazılığa səbəb olmuşdu.

    Bundan başqa karikartura qalmaqalı İranla Danimarka arasında da gərginlik yaradıb. Danimarka hökuməti karikaturaların yenidən nəşr olunmasına görə, İran dövlətindən üzr istəməkdən imtina edib və parlamentin üzvlərinin İslam dövlətinə səfərini ləğv edib. İran parlamenti danimarkalı həmkarlarına məktub ünvanlayaraq danimarkalıların üzrlərinin qəbul olunmayacağı qeyd olunub. Qeyd edək ki, Danimarkanın xarici işlər naziri Villi Sovndal İslam dövlətindən üzr istəməmək fikrini dəstəkləyənlər arasında olub. Onun rəyinə əsasən, söz azadlığının, insan haqqlarının pozulmasi, qanunsuz həbslər, edam, demokratiyanın zəifliyinə görə əksinə iranlılar üzr istəməlidir.
    Qeyd edək ki, Danimarka parlamentinin xarici məsələlər üzrə komitəsinin 9 üzvünün İrana 3 günlük səfəri gözlənilirdi. Görüşlərdə insan haqqları və İranın nüvə məsələsinin müzakirə olunacağı gözlənilirdi. /ANS PRESS/

    Категория: Dünyada | Просмотров: 1130 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Fevral 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    2526272829
    Linklər