Cüme, 29.03.2024, 14:49
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 5 » HİZBULLAH LİDERİ SEYYİD HƏSƏN NƏSRULLAHDAN RAMAZAN MESAJI
    19:20
    HİZBULLAH LİDERİ SEYYİD HƏSƏN NƏSRULLAHDAN RAMAZAN MESAJI
     
     
     
     
     
    Çıxışına mübarək Ramazan ayının fəzilətlərindən danışaraq başlayan Seyyid Həsən Nəsrullah "Əvvəlcə sizləri, ümumiyyətlə bütün müsəlmanları, xüsusilə də livanlıların Allaha qayıdış, tövbə, rəhmət, mərifət və bağışlanma şəhəri olan bu mübarək və böyük Ramazan ayını qeyd edirəm. Bu ay Allah dərgahında ən fəzilətli aydır, bu ayın gecələri ən fəzilətli gecələrdir və günləri də ən fəzilətli günlərdir" deyərək bütün müsəlmanları bu mübarək ayın bərəkətlərindən istifadə etməyə çağırıb.

    "Bu mücahid və mübarək şəhər olan Nəbatiyədəki İslami müqaviməti dəstəkləmə komitəsindəki qardaşlarımızın dəvətlərinə müsbət cavab verdiyiniz, bu müqavimətə, hədəflərinə və mübarizəsinə olan dəstəyiniz üçün sizlərə təşəkkür edirəm.
    Həqiqət budur ki, sizlər müqavimətin ayrılmaz bir parçasısınız" deyən Seyid Nasrullah təməl problemin insanın özünü və imkanlarını tanımaq olduğunu vurğulayaraq "İnsanların çoxu özlərini, imkanlarını və sərhədlərini bilməməsinə görəi səhv etməkdədir" deyib.

    "Məlumat"dan sonra əhəmiyyətli olan ikinci qisimin "iman" olduğunu vurğulayan Seyyid Həsən Nəsrullah "bilməyimiz kafi deyil. Bu məlumatın iman dərəcəsinə yüksəlməsi lazımdır. Çünki məlumat iman dərəcəsinə yüksəldiyi zaman bu məlumat bizlərdə və digər insanların üzərində görünməkdədir" deyib.

    Seyyid Nəsrullah üçüncü sırada da əməlin əhəmiyyətini vurğulayaraq "məlumat, iman və sonra da hərəkət. Üçüncü təməl şərt isə məlumat ilə əməl etmək və səy sərf etməkdir" deyib. Əzm və iradə sahibi olmayan müsəlmanların ancaq sadə əməllər reallaşdıracağını vurğulayan Seyid Nəsrullah "hər kim, mal əldə etmək istəyirsə yorulmağı lazımdır. Hər kim elm istəyirsə yorulmağı lazımdır. Kim işğal altındakı torpaqlarını qurtarmaq istəyirsə yorulmağı lazımdır. Hər kim ölkəsini və ölkəsinin suverenliyi müdafiə etmək istəyirsə yorulmağıı lazımdır. Kim ədalətli bir dölvət qurmaq istəyirsə yorulmağı lazımdır. Hər kim ölkəsini abad etmək istəyirsə hədəflərini reallaşdırması üçün yorulması lazımdır. Elə isə gərək şəxsi və gərəksə ümumi məsələlər çətin və çətin əməllərə bağlıdır. Hədəfləri reallaşdırmaq üçün əməllərə ehtiyac duymaqdayıq" deyib.

    Seyid Həsən Nasrullah "əzm və İradəyə sahib olmayanlar hərəkət mərhələsinə keçmir yalnız nəzəriyyə ilə kifayətlənir. Nəzəriyyə çıxaran böyük alimlər, Filosoflar və mütəfəkkirlər var. Lakin biz bu şəxslərin, insanların həyatında təsirli ola bilmədiklərini görürük. Çünki bildikləri, etdikləri və hətta iman etdiklərində əzm və iradəyə sahib deyildirlər" deyərək hərəkətə çevrilməyən məlumatın bir məna və əhəmiyyət ifadə etmədiyini vurğulayıb.

    Livan, Fələstin və İraqdakı islami müqavimətin düşməni lazım olduğu kimi tanımanın və düşmən qarşısında iradə və əzm sahibi olmanın bir nəticəsi olduğunu vurğulayan Seyid Həsən Nəsrullah, "bu gün Livanda, Fələstində və İraqdakı müqavimət, yolunu və hədəfini bilən, iradə sahibi və hərəkət üçün əzmli bir xalqın iradəsinin ifadəsi və bədənləşməsindən ibarətdir. Müqavimət əvvəlcə düşmənini doğru yoxladı. Bəzilərinin yaptğı kimi düşməni təyin etməkdə səhvə yol vermədi. Mən müqavimətdən danışdığım zaman yalnız müqavimətin liderlərindən deyil müqavimətin mücahidlərindən, şəhidlərdən, yaralılardan, əsirlərdə, ailələrindən və müqavimətə dəstək olanlardan və onu qucaqlayanlardan danışıram. Elə isə müqavimət, torpaqlarını işğal edən, qırğınlar işləyən, evləri və əkinləri tarimar edən, uşaqları, qızları və yaşlıları qətliam edən, əsir götürən düşmənini tanıdı. Bu düşmən hələ işğal etməyə, hücum etməyə, hədələməyə və dövlətlərin suverenliyi tapdalamağa davam etməkdədir. Düşmən nə vaxt bizi zəiflətmək istədisə torpaqlarımızı işğal etməyə cürət etdi" deyib.

    "Düşmən, xalqı və ordusuyla bu müqavimətin verdiyi sözü yerinə yetirdiyini çox yaxşı bilməkdədir. Müqavimət nə vaxt danışsa, nə vaxt hədələsə, bu sözləri əsgərlərindən və zabitlərindən gizlədilər. Mənə və sizlərə düşən bu sözləri, yalnız psixoloji döyüş daxilində deyil ölkəmizi müdafiə etmək çərçivəsində də onlara çatdırmaqdır. Bəzən onların sənə qarşı hücumunu maneə törətməklə sən döyüşü qazanarsan. Bu isə, döyüşü qazanmaq strategigalarından biridir. Biz İsraillilərə gecə və gündüz işlədiyimizi söyləyirik" deyən Seyid Həsən Nasrullah İsraillilərin çaxnaşmaya düşməməsi üçün Hizbullahın şərhlərinin gizlədildiyini də diqqətə çatdırıb.

    Seyid Həsən Nasrullah Ramazan ayında bir müjdə daha verərək "Bütün dünyaya özümüzü müdafiə edəcəyimizi, düşmənimizi məğlub edəcəyimizi və ordusunu yerlə bir edəcəyimizi söyləyirik" deyib.

    Birlik.az
    Категория: Dünyada | Просмотров: 1231 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər