Bazar, 22.12.2024, 12:34
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    BURA CeMKeRANDIR

    Bismillahir Rəhmanir Rəhim

    BURA CƏMKƏRANDIR

    Müqəddəs Cəmkəran məscidinin tarixi.

    Mərhum Şeyx Səduqla bir dövrə təsadüf edən Şeyx Fazil Həsən ibn Məhəmməd ibn Həsən Qumi özünün "Qumun tarixi" əsərində Cəmkəran məscidinin tikilişi haqda "Munşun həzin fi mə`rifətil həqqi vəl yəqin" kitabından həmin hadisəni nəql edərək yazır: “Şeyx Müslü Cəmkərani adında təqvalı və pak bir şəxs belə deyir ki,

    393-cü il Ramazan ayının on yeddisi, çərşənbə axşamı idi. Cəmkəran kəndində, evimdə yatmışdım. Birdən bayırdan gələn səsə ayıldım. Məni səsləyirdilər: “Dur, gəl çölə, mövlan Sahibəzzaman səni öz yanına çağırır.”

    Tez ayağa durub əynimə bir şey geyinmək istədim. Dedim ki, qoyun köynəyimi geyinim. Dedilər, o sənin deyil, geyinmə. Əlimi atdım ki, şalvarımı götürüm, yenə səs gəldi: “O, səninki deyil, öz şalvarını geyin.” Tez başqa şalvarımı geyindim. Qapını açmaq üçün açarı axtarmaq istərkən səs gəldi: “Qapı açıqdır.”

    Darvazanı açarkən görkəmlərindən əzəmət yağan bir qrup adamla rastlaşdım. Əvvəl salam verdim. Cavabını verdilər və "mərhəba" -dedilər.

    Onlar məni indi Cəmkəran məscidinin tikildiyi yerə gətirdilər. Qarşıda üstünə gözəl bir xalça salınmış bir taxt gördüm. Taxtın üstünə yaraşıqlı balışlar qoyulmuşdu. Təxminən otuz yaşında bir şəxs taxtın üstündə balışa söykənmişdi. Yanında əyləşmiş qoca bir kişi əlində tutduğu kitabdan ona nə isə oxuyurdu.

    Kənarda isə altmış nəfərdən çox adam namaz qılırdı. Onların bə`zilər ağ, bə`ziləri də yaşıl paltarda idilər. Sonra bildim ki, yaşlı qoca Həzrət Xızır imiş. O, mənə əyləşməyi buyurdu

    İmam Zaman (əc.) mənə adımla müraciət edərək buyurdu:

    -Get Həsən Müslimə de ki, hansı haqla beş ildir icazəsiz bu torpağı əkib-becərir. Bizim onun qəsb etdiyi əkin yerini hər il alt-üst etməyimiz ona ibrət vermir?Bura müqəddəs yerdir! Allah Taala bu yeri başqa yerlərdən üstün bilmişdir. Ona de ki, bu il yenə əkmək fikrilə buranı sahmana salmısan. Buna haqqın yoxdur. Gərək indiyəcən götürdüyün bütün qazancları geri qaytarasan ki, burada məscid tilkilsin.

    Allah Taala bu qanunsuz işinə görə iki cavan oğlunu əlindən aldı, amma ibrət götürmədin. Əgər yenə də bu işindən əl çəkməsən, Allahın gözlənilməz əzabına düçar olacaqsan!

    Həzrətə ərz etdim ki, ey mövlam, bunun üçün gərək əlimdə bir dəlil olsun, yoxsa camaat qəbul etməz.

    Həzrət buyurdu:

    “İnna sənu`limu hunakə əlamətən”-Biz burada sənin sözünü təsdiqləyəcək əlamət qoyacağıq. Sən get tapşırığı yerinə yetir. Seyyid Əbdülhəsənin yanına get və ona de ki, səninlə gəlib Müslümdən neçə illik gəliri alsın. Pul məscidin tikilişinə sərf olunmalıdır. Qalan xərclər isə bizim Rəhqu-ərrəhaldakı mülkümüzdən gətiriləcək və beləliklə məscid tamamlanacaq. Biz Rəhqin yarısını bu məscidə vəqf etmişik ki, illik gəlirilə məscidin işi başa çatsın.

    Camaata de ki, bu məkanı sevsin, ona ehtiram etsinlər. Bura ziyarətə gələnlər bu məkanda dörd rək`ət namaz qılsınlar: Əvvəl məscidin "təhiyyət namazı" ünvanı ilə hər rək`ətdə Fatihə surəsindən sonra yeddi dəfə İxlas surəsini və ruku ilə, səcdələrin zikrini yeddi dəfə deməklə iki rək`ət namaz qılınmalıdır. Sonra qılınacaq o biri iki rək`ətli namazın niyyəti isə "İmam Zaman namazı"olmalıdır. O da belə qılınır: Fatihə surəsində "İyyakə nə`budu və iyyakə nəstə`in" ayəsi yüz dəfə oxunur və bundan sonra İxlas surəsi bir dəfə, ruku və səcdənin zikri isə yeddi dəfə deyilir. İkinci rək`ət də elə bu minvalla yerinə yetirilir. Elə ki, namaz qurtardı, bir dəfə "La ilahə illallah" deməklə Həzrət Fatimeyi Zəhranın təsbihi zikr edilir. Bundan sonra səcdəyə gedərək yüz dəfə Peyğəmbər və onun övladlarına (ə) salavat deyilməlidir.

    Sonra İmam buyurdu: “Fə mən səllaha fəkəənnə ma səlla fil beytil ətiq."

    −Yə`ni, kim bu namazı qılsa, elə bil, Kə`bədə iki rək`ət namaz qılmışdır.

    Müslü Cəmkərani deyir: “Bir-iki addım atmışdım ki, Həzrət məni geri çağıraraq buyurdu:

    "Cə`fər Kaşaninin sürüsündə bir keçi var. Camaat pulunu verməsə özün pulunu verib, onu al və sabah axşam bura gətirib onu qurban kəs. Sonra isə Ramazan ayının on səkkizinci günü ətini xəstə adamlara payla. Onun ətilə Allah bütün xəstələrə şəfa verəcək.O keçinin əlaməti belədir: Rəngi ağ-qaradır və yunu da çoxdur. Onun yeddi xalı var üçü bədəninin önündə, dördü isə arxa tərəfində.

    Həsən Müslü deyir: Evə qayıtdım. Səhərə kimi fikirdən yata bilmədim. Sübh namazımı qılandan sonra dərhal Əliyyül-Munzirin evinə gedib əhvalatı ona danışdım. Birlikdə gecə getdiyim yerə gəldik. Allaha and olsun ki, orda məscidin ölçüsünü göstərən mismar və zəncirlər var idi. Onlar İmamın buyurduğu əlamətlər idi.

    Oradan birbaşa Seyyid Əbdul Həsənin evinə yola düşdük. Elə ki, evinin qapısına çatdıq, xidmətçisinin qapı ağzında bizi gözlədiyini gördük. O, bizi görən kimi:

    -Cəmkərandansınız? -deyə soruşdu.

    -Bəli -dedim.

    -Seyyid sübh tezdən səni gözləyir-dedi.

    Evə daxil olub. Seyyidlə salamlaşdıq. O, ehtiramla salamımıza cavab verib bizə əyləşməyi buyurdu. Mən sözə başlamamış o dedi:

    −Ey Həsən Müslü! Gecə yuxuda bir nəfər mənə dedi:

    "Səhər Həsən Müslü adında bir nəfər Cəmkərandan sənin yanına gələcək. Sənə dediklərinə inan. Çünki, onun sözü bizim sözümüzdür. Onun sənə dediklərini inkar etmə!"

    Yuxudan durandan bu vaxtacan sənin intizarındayam.”

    Müslü deyir: Baş verənlərin hamısını ona danışdım.

    Seyyid tez göstəriş verdi ki, atları hazırlasınlar. Atlara minib yola düşdük. Kəndə yaxınlaşarkən Cəfər Kaşanini gördük. O, qoyunlarını otarırdı. Sürüyə yaxınlaşıb İmamın buyurduğu keçini tapdım. Sürünün arxasıyla hərəkət edən bu heyvan məni görən kimi tez mənə tərəf qaçdı. Mən onu tutub Cə`fərin yanına gətirdim ki, qiymətini verib alım. O, and içdi ki, mən bu heyvanı heç vaxt görməmişəm. Elə bu gün peyda olub. Nə qədər çalışsam da onu tuta bilmədim.

    İmamın buyuruğuna əsasən, keçini həmin yerə aparıb kəsdik və ətini xəstələr arasında bölüşdürdük. Bütün xəstələr şəfa tapdı.

    Seyyid Müslümü çağırtdırıb əldə etdiyi gəlirləri ondan geri aldıq. Sonra Rəhq kəndindən də vəqfin gəlirləri gətirildi və məscidin tikilişi başlandı. Nəhayət məscidin üstü ağaclarla örtüldü.

    Seyyid mismar və zəncirləri şəhərə, öz evinə apardı. Onları xəstə insanların bədəninə sürtən kimi onlar şəfa tapırdılar.

    Əbdülhəsən Məhəmməd ibn Heydər deyir ki, Seyyid Əbdülhəsən Ərrizanın Qumda Musəvilər məhəlləsində dəfn olunduğunu eşitdim. O, dünyadan getdikdən sonra övladlarından biri xəstələnir. O, mismar və zəncirlər saxlanılan sandığın yanına ziyarətə gedir ki, şəfa tapsın. Sandığın qapağı qaldırılarkən görürlər ki, mismar və zəncirlərdən əsər-əlamət yoxdur. Sonra camaat onları nə qədər axtarsalar da tapa bilmirlər.”

    Mərhum Mühəddis Nuri bu əhvalatı nəql etdikdən sonra yazır:

    “Böyük alim Məhəmmədəli Kermanşahi bu əhvalatın 393-cü ildə baş verdiyini qeyd edib. Ancaq, deyəsən, burada səhvə yol verilib. Əslində 373-cü il doğrudur. Çünki Şeyx Səduqun vəfatı 390-cı ildən qabaq olmuş və bu əhvalat o alimin sağlığında baş vermişdir.”

    Bəli, əziz oxucu, min il öncə vücuda gəlmiş müqəddəs Cəmkəran məscidi bu gün əzəmətlə göylərə ucalır. Məscidin arxa tərəfində uzanan sıra dağlar ona xüsusi möhtəşəmlik bəxş edir. Doğrusu məscidə daxil olan şəxs özündə mə`nəvi sakitlik, aramlıq hiss edir. Bu müqəddəs məkana qədəm basanlar sanki öz evlərindədirlər və özlərində əsla qəriblik hiss etmir, darıxmırlar...

    Tərcümə etdi: M. Şahmərdanlı
     
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (05.03.2008) | Автор: ilkin E W
    Просмотров: 1846 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər