Şenbe, 27.04.2024, 03:18
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Güc sahiblerinin KUKLASI OLMAYAQ
            QADINLAR OLARAQ GÜC SAHİBLƏRİNİN KUKLASI OLMAYAQ

    Dünyada olub bitən hər şeyin təməlində haqq və batil döyüşü vardır. Hər sistemin özünü təməlləndirdiyi bir tezisi ,ideologiyası vardır. Hər dövlət, öz ideologiyasının gələcəyi üçün, ideologiyası çərçivəsində mücərrəd və konkret təzyiq ünsürləri inkişaf etdirər. Qərbdə inkişaf edən dünyəvi dövlət quruluşu xeyli çox çıxara görə, özlərincə dünyəvi və müasir qadın portretini çəkdi. Feminist hərəkətlərin qadın problemini gündəmə gətirməsi, sənayeləşməklə birlikdə lazımlı olan əmək gücünün təmin edilməsi, istehsalın cəmiyyətlərə verilə bilməsi və həzzə söykənən əxlaq anlayışları, qadını yarımçılpaq vəziyyətə salaraq küçəyə atdı. Necə ki qərbi nümunə alan İslam ölkələrin baba vəziyyət eyni olmuşdur. Qərb müsəlman qadını istədiyi formata gətirməklə islam ölkələrini öz idarəsinə götürməyi asanlaşdırmış oldu. Qadın Allahın özünə yükləmiş olduğu missiyadan uzaqlaşdırılaraq fitrət xarici bir görünüşə soxuldu. Yalnız istehsal və istehlak vasitəsi olmaqda ön plana çıxarıldı. Qadın qərbdə bədəninə dəyər biçilən bir varlıq kimi meydana gətirildi.İslamın ona biçdiyi hörmətli mövqedən, nəsilin müəllimliyindən, analıqdan uzaqlaşdırıldı, yalnız kişisni əyləndirici ,istirahət etdirici, zövq verici bir varlıq şəklinə çevirdi. Qərbin bu mövzuda ən böyük köməkçisidə təəssüf ki, mətbuat və nəşr orqanlarımız oldu. Kütlə ünsiyyət vasitələrinin cəmiyyəti digər bir deyimlə yığınları istiqamətləndirən böyük bir gücü və fəaliyyəti vardır. Cinsi istismar vasitəsi olaraq görülən qadının ağılı, düşüncələri, mühakimə gücü, söz haqqı, fəaliyyəti, quruluşçuluğu, məhsuldarlığı, təlimçiliyi v. s. hamısı rəfə qaldırıldı. Yalnız cinsiliyi ön plana çıxarıldı. Cinsiliyi olmazsa heç bir təsir və söz haqqının olmayacağına inandırılan qadında, cinsiliyini sonuna qədər istifadə etdi. Bu ədəbsizlik furyası cəmiyyətdə təmir edilməsi olduqca çətindir.
    Bu ağır fəlakətlərə yol açdı. Davamlı təhrik edilən duyğular, gənclərimizin diqqətinin şəhvətə meyllinə səbəb oldu. Başqa sözlə gənclərimizin də bütün enerjiləri ,duyğu və düşüncələri şəhvət üzərində mərkəzləşdi. Gələcəyimizin təminatı olan gənclərimizin yüksək ideal və hədəfləri qalmadı. Hədəfləri yalnız zövq axtarışına çevrildi. Biz gənclərimizi, gələcəyimizi ən başdan itirmiş olduq. Digər tərəfdən çılpaqlıq cəmiyyətimizdə qadın kişi əlaqələrinin getdikcə başqa səmtdə,iki cinsin bir-birlərinə qoyduğu hörmət və güvənin yox olmasına, nə qədər yuvaların yıxılmasına, cinsi iç motivin korlaşmasına və sıx bir şəkildə ətrafında çılpaq qadın görən kişi nəzdin də qadının cazibəsini itirməsinə yol açdı, cəmiyyətdə cinsi anormallıqlar artdı. Çünki cinsilik təbii bir ehtiyacdır amma təbii olan şeylərdə həddindən artıqlıq və sapmalar daim fəlakətlərə yol açar, cəmiyyətləri çökdürər. Hadisəyə kişilər baxımından baxsaq davamlı duyğuları xəbərdar edilən kişi gördüyü və təsirləndiyi qadına çata bilməyin tərəfindən ,müxtəlif prixoloji xəstəliklərə, əxlaqsızlıqlara və balanssızlıqlara məruz qalmışdır. Digər tərəfdən belə yaşaması lazım olduğuna inandırılan qadın və ya kişi toz bənövşəyi ekranlarda, özlərinə təqdim edilən başqalarının görkəmli həyatlarını izləyərək özlərini unutmaqdadırlar. Amma onlar bu xəyal dünyasında yaşayarkən, öz üzərlərində oynanan oyunların fərqinə belə çata bilməməkdədirlər. Necə idarə olunduqlarının, insani haqqlarının necə əllərindən alındığının, necə dinsizləşdirildiklərinin , maddi və mənəvi yöndən istismar edildiklərinin, şüurunda ola bilməməkdədirlər. Çünki bunların düşünülməməsi lazımdır və suveren güclər bunun üçün onların heyvani duyğularını həmişə ön planda tutaraq, kütlələrin düşünmə bacarığını tətilə göndərirlər. Qadının bu şəkildə yalnız cinsi obje olaraq istifadə edilməsiylə öz iqtidarlarını, sərvətlərini, qısaca gələcəklərini itirməkdədirlər. Xülasə güc sahiblərinin çəkmiş olduğu qabaqcıl, müasir, mədəni, müasir qadın portreti çərçivəsi tərəfindən şəkillənən hər qadın və o qadının mövcud vəziyyətindən həzz alan hər kişi, güc sahiblərinin gələcəklərinin zəmanəti üçün bir kukla vəziyyətinə düşməkdədirlər.
    Leyla Polad(Türkiyə)
     
     
     
     
     
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (04.03.2008) | Автор: Leyla Polad E W
    Просмотров: 1769 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər