Bazar, 22.12.2024, 05:50
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    İmad Muğniyye Şehadeti
       Üç gün əvvəl də, İslam ümmətinin birlik və bütünlüyünü təmsil edən təşkilatların ortadan qaldırılmasından sonra yenidən o bütünlüyə dönülməsi və ümmətin gerçək şəxsiyyətinə qovuşması üçün geniş diametrli bir fəaliyyət icra edən Müsəlman Qardaşlar camaatının qurucusu İmam Həsən el-Bənnanın şəhadətinin ildönümü idi. Bu ayın əvvəli yəni 4 Fevral tarixi iki qiymətli elm adamımızın, Şeyx Əs'ad Ərbili ilə Atif Əfəndinin şəhadət ildönümü idi. 23 Fevral tarixi Türkiyədəki İslami mübarizənin bayraqlarından Mətin Yüksəlin, 25 Fevral da Qərbdə İslamı bayraqlaşdıran Malcolm X-nin şəhadət ildönümüdür. Biz də inşallah bu qiymətli şəhidlərimizi və şəhidlik gerçəyini gündəmə gətirmək məqsədiylə gələcək həftəki yazılarımızı onlara təsis etməyi düşünürdük.
    Tariximiz şəhidlərlə doludur. Çünki iman sahibləri hər vaxt zülm və haqsızlığa qarşı mübarizə içində olmuşlar. Amma şəhidlərimizin çoxu məchul əsgər hökmündədir. Hər nə qədər yazılı mətinlərdə və insanların yaddaşlarında adları saxlanmış olmasa da Allah yanında məchul deyildirlər.
    Bəzi şəhidlər də tarixə adlarını yazdırmışlar. Buna əlbəttə layiq olmuşlar. Çünki onlar İslami mübarizənin kilometr daşları və zəfərə gedən yolun məşəlləridir. Zülmə boyun əyməyərək, mübarizədə dayanıqlılıq göstərərək canlarını fəda etmiş, lakin şəhidliklərilə zəfər yolunu işıqlandırmışlar. İşğalçı Sionist dövlətin Livana hücumunda ona keçid verməyən və ordusuna ağır zərbə endirən Hizbullahın hərbi qanadının məsullarından və əhəmiyyətli komandirlərindən Imad Muğniyə də bu karvana qatıldı. Sionist terroristlər və ya işbirlikçiləri uzun müddətdir izlədikləri bu qiymətli mücahidi Suriyanın paytaxtı Şamda yaxaladıqları bir fürsətlə şəhid etdilər.
    Bu cinayət hər şeydən əvvəl işğalçı Sionist dövlətin bir terror dövləti olduğunun yeni bir sənədidir. Sionist dövlətin "terrorist" sifətini tərk etmək istəmədiyinin də açıq göstəricisidir. Bu dövlət yalnız işğal etdiyi torpaqlarda insanların evlərini başlarına yıxmaqla, atalarının arxasına sığınan uşaqları, qundaqdakı körpələri öldürməklə kifayətlənmədi. Eyni zamanda dünyanın hər tərəfində quldur şəbəkələri kimi iz sürdü və hədəfə yerləşdirdiyi insanları tələyə saldığı yerdə qətl etdi. Reallaşdırdığı o qədər cinayət silsiləsinə indi bir yenisini əlavə etdi. Üstəlik bunu, işğalçı dövlətinin silahlı orqanlarını idarə edən, bu cür cinayətlərdən birinci dərəcədə məsul olan Müdafiə Naziri Ehud Barakın Türkiyədə olduğu bir sırada reallaşdırdı. Bilavasitə burada bir dəfə daha xatırladaq ki o qanlı əlləri tutmaq, onunla əməkdaşlıq razılaşmaları imzalamaq bu ölkəyə əsla xeyir gətirməz.
    İşğalçı dövlətinin Müdafiə naziri Türkiyəyə doğru yola çıxmadan əvvəl onun hökuməti Fələstin müqavimətinin hərbi və siyasi liderlərinin öldürülməsi yönündə qərar almışdı. Yəni Sionist rəhbərlik terror hərəkətlərini, cinayətlərini hökumət qərarıyla reallaşdırır.
    İşğalçı dövləti hökumətindən belə bir qərar çıxmasından sonra Şamda Imad Muğniyənin öldürülməsi vəziyyətində bu cinayətin Sionistlərin hərəkəti olduğundan kimsə şübhə etməyəcək. Muğniyənin Livandakı müqavimətin komandirlərindən olması bir şeyi dəyişdirməz. Çünki Sionist işğala və təcavüzkarlığa qarşı haqlı və qanuni mübarizədə Fələstin müqavimətilə Livan müqavimətinin həmrəylik içində olduğu bilinir.
    Sionist dövlət hadisədən sonra etdiyi rəsmi şərhdə cinayətlə əlaqəsinin olmadığını irəli sürdü. Amma belə bir şərh etmə ehtiyacı duyduğuna görə, özünə veriləcək cavablardan narahatlıq etməsindən irəli gəldiyini təxmin edirik. Əgər belə bir narahatlığı olmasaydı cinayətlə əlaqəsini gizləməyəcək, əksinə "baxın biz hökumətin verdiyi qərarı necə tətbiq edirik, artıq Fələstinli siyasi liderlər də başlarına gələcəkləri düşünsünlər" şəklində açıqdan hədələr sovurmaqdan çəkinməyəcəkdi.
    İşğalçı dövləti bir tərəfdən "əlaqəmiz yox" şərhləri etsə də digər tərəfdən sevincini gizləmədiyi kimi bu cinayəti bir göz dağı vermə vasitəsi olaraq istifadə etməkdən də geri dayanmır. Kənar yandan "əlaqəmiz yox" şərhi də kimsəyə inandırıcı gəlmədiyi üçün, onun belə bir şərh etməsinə əsas təşkil edən qorxusunu üzərindən atması da mümkün olmur. Nəticədə nə onun şərhi özünə veriləcək cavabı etibarsız edəcək, nə də bu cinayəti əl altından hədə vasitəsi olaraq istifadə etməsi Fələstin və Livan müqavimətindəki dayanıqlılığı mənfi yöndə təsir edə biləcək.


    Yazarın digər yazıları məqalələr bölməsindədir
    Əhməd Varol(Türkiyə)
     
     
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (04.03.2008) | Автор: ahmed varol E W
    Просмотров: 1678 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər