Çerşenbe axşamı, 19.03.2024, 10:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    FATİMENİN MUSHEFİ (ŞİE VE EHLİ SÜNNE ARASINDAKI İXTİLAFLI FİQH MESELELERİ)

    Bəzən şiələrə iftira atıb deyirlər ki, onların ikinci quranları vardır. Bu iftira düşmənlərin məqsədyönlü təbliğidir. Bununla bu düşmənlər müsəlmanları nəyin bahasına olursa olsun ləkələmək istəyirlər. Amma şiələr Allahın Peyğəmbərə göndərdiyi Quranı vahid və təhrif olunmaz bilirlər. Hər kəs bundan ayrı bir əqidəyə qail olsa kafirdir və müsəlmanların zümrəsindən xaric olmuş hesab olur. ?>

                    Amma «Kafi» və «Biharul-ənvar» kitablarındakı rəvayətlərdə Fatimənim mushəfi haqqında varid olan rəvayətlər Rəsulullahın vəfatından sonra Allah-təalanın əmri ilə Fatimə (s.ə)-ya təsəlli verib sakitləşdirmək üçün vəkil etdiyi mələyin o həzrətə söylədiyi xəbərlər toplusudur. Həzrət Zəhra (s) Əmirul-möminin (ə) bu haqda xəbər verdi və Əli (ə) həmin mələk hazır olanda müxtəlif məsələlər haqqında söylədiyi xəbərləri yazırdı. Nəticədə həmin məsələlər bir kitabda cəm olunub «Mushəfe Fatimə» adlanmağa başlandı. Hədislərdən məlum olduğu kimi  «Mushəfe Fatimə»-də keçmiş və gələcək haqqında Allahın ilham etdiyi qeybi xəbərlər dərc olunub. Rəsulullahın cənnətdəki haləti və zürriyəsinin gələcəkdəki əhvalatından xəbər verilir. Bu kitabda Qurandan və şəri hökümdən heç bir sohbət yoxdur. Bunu məsum imamlar buyurublar ki,  «Mushəfe Fatimə»-də Qurandan bir şey yoxdur». Bəs məlum olur ki, şiələrin ikinci qurana inandıqlarını əks etdirən rəvayətlər düşmənlərin uydurmaları və fitnələridir. Bununla onlar şiələri ləkələməklə məqsədlərinə çatmaq kimi daxili xəbisliklərini izhar ediblər.

                    Burada Fatimənin mələk tərəfindən muxatəb olunması və ona hədis söyləməsi heç bir təəccübə səbəb ola bilməz. Çünki Səhih Buxaridə Rəsulullahdan nəql olunmuş rəvayətdə deyilir ki, qabaqkı ümmətlərin arasında elə insanlar var idi ki, peyğəmbər deyildilər, amma mələklər onlarla danışırdılar. Qurani-kərim də aşikar şəkildə mələklərin Həzrət Məryəm və İbrahim peyğəmbərin xanımı ilə söhbət etdiyini bəyan edir (Ali İmran və Hud surələrinə müraciət edin). Qurani-kərim Allahın Musa (ə)-n anasına mələyin vasitəsilə vəhy çatdırdığını bildirir. Əlbəttə bu vəhy nübuvvət vəhyi deyildi. Burada istəyimiz mələyin nazil olub peyğəmbər olmayan şəxslə söhbət etməyinin mümkünlüyünü isbat etməkdir. Qurani-kərim də müddəamızı təsdiq edir.  Yeri gəlmişkən qeyd edək ki, Fatimənin (s.ə) daha iki mushəfi olubdur. Biri Rəsulullahn Fatiməyə diktə etdiyi və Əli (ə)-n öz əli ilə qələmə aldığı məsələlərdir. Orada qadınlara çatdırmaq məqsədilə müxtəlif məsələlərlə əlaqədar şəri hökülər bəyan olunub. İkinci mushəfdə Həzrət Fatimə özündən sonara Əli (ə)-a və övladlarına qarşı həyata keçirəcəyi işlərə dair vəsiyyətlərini  cəmləyibdir. Məsum imamlar qeybi işlərə və şəri hökümlərə dair xəbərləri verəndə Fatmənin bu iki mushəfindən istifadə edirdilər. Amma birinci mushəfdə heç bir şəri hokum yoxdur.

                    NƏTİCƏ:- Şiənin heç bir ikinci quranı yoxdur. Əksinə Qurana minlərlə təfsirlər yazılaraq bütün əxlaqi və fiqhi məsələlər əlimizdə olan Qurani kərimdən əxz olunur. Deməli hər kəs şiəyə başqa bir qurana inanmaq kimi iftira atırsa bir belə müsəlmanları kafir adlandırdığı üçün gərək imanında təzədən təhqiq etsin. Biz axır sözümüzdə onların hesabını Adil və Qadir olan Allahın öhdəsinə qoyuruq.               

     

    Щачы Елман Ибадов     tel: 055-752-27-40

    Бакы шящяри       Email:  mirsad2007@mail.ru         20.10.2006
    MEDIA-ISLAM.COM


    Другие материалы по теме
    Категория: Şie cavabları | Добавил: iravani (18.05.2008)
    Просмотров: 3994 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər