Çerşenbe, 25.12.2024, 05:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    İslam ve modernizm
    Qərbdə meydana gəlmiş sənaye inqilabı Avropa və Amerika cəmiyyətlərində bir çox müsbət və mənfi əsərlər əmələ gətirmişdir.Onlardan köhnə istehsal sistemlərində dəyişikliklərin meydana gəlməsi, yeni tərz təfəkkür, insanların gündəlik həyatına baxışlarda yeniliklər, cəmiyyətdəki təbəqələşmənin vüsət alması kimi nümunələri qeyd etmək olar. Bütövlükdə qeyd olunmuş dəyişikliklərin hamısını qərbdə meydana gəlmiş "modern əsr" və ya "modernizm" quruluşunun əks sədaları kimi qiymətləndirmək olar.
    "Modern" sözü latın sözü olub, mənası günə uyğun olmaq və ya cərəyanda olmaq deməkdir. Modernizm elə bir tərz təfəkkürdür ki, iki bir-birinə əks olan xislətlərin törənməsinə səbəb olmuşdur. Bir tərəfdən insanların əmniyyət və rifahını, digər tərəfdən isə acı xətər və iztirab dalğalarının meydana gəlməsinə səbəb olmuşdur. Şübhəsiz modernizmin meydana gəlməsinin səbəb və hədəflərini qərbdə axtarmaq lazımdır.
    Modernistlərdən olan Holinq Deyl bu fikirdədir ki, kilsənin dini qüdrətinin aradan getməsi təcrübi elmlərin və yeni din anlayışlarının meydana gəlməsi, qərbdə yeni fəlsəfi fikirlərin əmələ gəlməsinə səbəb olmuşdur.Onun dediyi kimi desək; "Ağıl və təfəkkür kilsə və məsihiyyətin monopoliyasından çıxıb, öz həqiqi yollarına yönləndirilmişdir".
    Qərbin mədəniyyət tarixindən ələ gəldiyi qədər nodernizm bir çox sahələrdə o cümlədən mədəniyyət, elm və texnologiya sahələrində keçmiş əsrlərdə qərbin islam dünyagörüşü ilə qarışmış mədəni dəyişikliklərindən təsirlənmişdir.Bəzi müsif qərb alimləri o cümlədən Vil Dürant və Motqomeri Vat bu təsirlənməyi etiraf etmişlər.
    Həqiqət budur ki, qərbin islam şərqindən mənimsədiyi şeylər tənha kilsənin yox dinin ziddinə olan mübarizələrlə qarışdı və bu minvalla bir çox böhranlara o cümlədən istehsal, əxlaq və dini böhranlara gətirib çıxadı ki, bu böhranların ziyanlı təsirləri bu günə qədər müxtəlif sahələrdə qərbin probleminə çevrilmişdir. Qərbin dindən uzaqlaşması ilkin olaraq dində rəvac tapmış xürafatlardan uzaqlaşması kimi izah edilirdi.Amma bu son olaraq qərbin dinin əsl və əsasından uzaqlaşmasına gətirib çıxardı.
    İlahi bir din İlahi elçilərin şəhadətinə görə heç vaxt bəşəriyyətin düşüncələrini məhv etmək üçün gəlməmişdir. Əksinə olaraq həmişə bəşəriyyətin maarrifinin inkişaf və kamilliyi üçün çalışır. Bu nöqtəyə işarə etmək yerinə düşər ki, islam elm və texnologiyanı o həddə qədər məqsədə uyğun bilir ki, insanın yaradılışının əsl hədəfi olan ruhunun kamilliyindən saxlamasın və başqa sözlə desək, islam elm və texnologiyanı İlahi qanunlarla uzlaşdığı həddə qədər məqsədə uyğun bilir.
    Əxlaqsızlıq qərb modernizminin növbəti cilvəsidir.

    Yeni texnologiya əsri din və mənəviyyatdan uzaqlaşmaqla və dinin siyasətdən ayrı olması düşüncəsi ilə başladı. Amma bir müddətdən somra modernizmin din və mənəviyyat üçün münasib əvəzedici olmadığı məlum oldu. Hazırki qərb cəmiyyəti bu nəticəyə gəmişdir ki, mənəviyyatsız həyat ruhi əzabla doludur. Bu sözün doğruluğu üçün əxlaqi və cinsi fəsadları, ailə ocaqlarının dağılması və özbaşına uşaqların çoxalmasını nümunə gətirmək olar. İyrənc cinsi təcavüzkarlığın meydana gəlməsi, cavan qadınların istismarı və şəhvani və iqtisadi məqsədlərə çatmaq üçün onlardan alət kimi istifadə etmək axırıncı onilliklərdə dinə diqqətsizlik üzündən meydana gəlmiş əxlaqi problemlərin sırasındadır. Bu məsələ o qədər acıdır ki, dünya katoliklərinin rəhbəri Papa İkinci Janpol ümumdünya katolik qadınları birliyinin qurumuna verdiyi bəyanatında demişdir; "Modernizm qadının məqam və şəxsiyyəti ilə uyğun olmayan həyat tərzini təbliğ edir. Modern həyat tərzi və düşüncələr qadının cəmiyyətdə inkişafı üçün maneədir".
    Modernizmin yaratdığı çıxılmaz vəziyyət.

    Hələ 20-ci əsrdən qabaq tərəqqi və təkamül düşüncəsi çox dərin və vüsətli bir əks-sədaya malik idi və yeni mədəniyyətin ilkin səmərələrini ləms etmiş şəxslər bəşəriyyət üçün xoşbəxtliklə dolu gələcək vəd edirdilər. Lakin 20-ci əsr daxil olduqdan sonra yeni mədəniyyətin bəzi nəticələrinin, habelə iki dəfə dünya müharibələrinin əmələ gəlməsi bu xoşbəxtlik xəyallarını aradan apardı.
    Silahlı və nizami tərəqqi bu yeni mədəniyyətin bir başqa üzüdür. Bu tərəqqi dünya miqyasında xətər və əmniyyətsizliyə gətirib çıxarmışdır. Hazırda biz elə bir vəziyyətdəyik ki, o vəziyyətdə inanılmaz sayda cəmiyyətlər tədricən bizim hamımızı məhv etmək qüdrətini ələ gətirirlər.
    Birinci mərhələdə bu qüdrətə yalnız fövqəldövlətlər malik idi. O mərhələdə hələ insanlar bu qüdrətin nisbətən aqil adamların əlində olduğu fikri ilə özlərinə təskinlik verirdilər.
    Şahidi olduğumuz ikinci mərhələ elə bir mərhələdir ki, kütləvi qırğın törətmə qüdrəti sürətlə bir çox kiçik dövlətlərin də əlinə keçir. Son olaraq bu qüdrət elə bir dövlətlətin əlinə düşə bilər ki, təzyiq və təhdidə məruz qalmışlar və ya elə bir hakimlərin əlinə düşə bilər ki, əqli cəhətdən qeyri-normal olsun.
    Hələ bizim yetişmədiyimiz amma əvvəlki iki mərhələnin məntiqli nəticəsi kimi düşünülən üçüncü mərhələ elə bir mərhələdir ki, ümumdünya xətərə malik atom bombaları terroristlərin və ya başqa qeyri-dövlət təşkilatlarının əlinə düşə bilər. Əlbəttə kimyəvi silahlar barəsində məsələ daha da xətərlidir.

    İslamın elm və texnologiyaya olan münasibəti.


    Şübhəsiz islam insanların məişətinin təmini və onların maddi nemətlərdən lazımınca bəhrələnməsinə xüsusi diqqət yetirir və insanların mənəvi yüksəlişinə gedən yolu çətinləşdirən fəqirliklə mübarizə edərək fəqirliyi "böyük ölüm" deyərək yad edir. İmam Əli (ə) "Nəhcul-bəlağə"-də buyurur: "Fəqirlik böyük ölümdür". İmam Kazım (ə) buyurur: "Dünyasını dini üçün tərk edən və ya dinini dünyası üçün tərk edən şəxs bizdən deyil".
    Əgər möminlər dünya və onun zinətləri arxasınca getsələr və dövlət cəmiyyətin məişət və rifahının yaxşılaşması üçün proqramlar tətbiq etməli olsa , gərək elə bir proqram tətbiq etsin ki, axirət yolunu asanlaşdıraraq, cəmiyyətdə ibadət, ədalət, özündən keçmək, səxavət və s. Bu kimi fəzilətləri hakim etsin. Əks təqdirdə cəmiyyət sərvət və rifahı nə qədər çox ələ gətirsə özü üçün bir o qədər dərd və bəla hazırlamışdır. Beləliklə cəmiyyətin aqibəti dünya və axirətdə daha çox ziyana məruz qalmaqdır. Belə bir halda bu cür sərvər və rifahın xətəri fəqirlikdən daha təhlükəlidir.
    Quranın dünya nemətlərindən istifadəyə təşviq edən ayələrindən aşağıdakıları misal gətirmək olar: " Ey iman gətirənlər! Allahın sizlərə halal etdiyi şeyləri özünüzə haram etməyin və həddi aşmayın. Çünki Allah həddi aşanları sevməz " (Maidə-87).
    "Allahın sənə verdiyi ilə axirəti tələb et və dünyadan olan bəhrəvi də yaddan çıxarma. Allahın sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et və heç vaxt yer üzündə fəsad arxasınca getmə. Çünki Allah fəsad törədənləri sevməz" (Qəsəs-77). İndi isə dünya nemətləri və zinətlərinin başqa üzünü göstərən başqa ayələr: "Dünya həyatı kafirlər üçün zinətləndirilmişdir. Buna görə də möninləri məsxərə edirlər..."(Bəqərə-212).
    "O kəslər ki, dünya həyatı və onun zinətini istəyirlər, onların əməllərinin nəticəsini elə bu dünyada əta edərik və heç bir artıq və əskik də olmaz. Omların axirətdə atəşdən başqa payları yoxdur və dünyada Allahdan qeyriləri üçün etdikləri əməlləri puç olacaqdır"(Hud 15-16).
    Məsumlardan nəql olunan hədislərdə isə belə buyurulur: "Dünya məlundur və dünyada olan hər bir şey məlundur. Allaha xatir olan şeylərdən başqa" (Kənzul-Ummal). Başqa bir yerdə buyurur: "Dünya möninin miniyidir.Onunla Allahına tərəf gedər".

    İslam-Azeri yazarı
    Sadiq Əsgərov
    Категория: Dini meqaleler | Добавил: media-islam (24.03.2008) | Автор: Sadiq esgerov W
    Просмотров: 2270 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər