Çerşenbe axşamı, 19.03.2024, 15:48
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    MALIK IBN NUVEYRE KIMDIR VE TARIXIN ACI SEHIFELERINDEN SITATLAR

    BİSMİLLAHİRRƏHMANİRRƏHİM

    Malik İbn Nuveyrə kİmdİr və tarİxİn acı səhİfələrİ

    bİzə hansı ürək ağrıdıcı HADİSƏLƏRİ xəbər verir.

                    Malik ibn Nuveyrə cahiliyyət dövründə (islam dinindən qabaqkı dövrə deyilir)  şair və tanınmış bir şəxs idi. O, bəni Yərbu qəbiləsinin dilavər pəhləvanlarından və əyanlarından idi. İslam dinini qəbul edəndən sonra Peyğəmbər (s) onu qəbiləsi arasında zəkatı cəm etmək işində məsul etdi. Rəsulullah (s) dünyadan gedəndən sonra Malik ibn Nuveyrə öz vəzifəsini icra edirdi, amma yığılan zəkatları öz yanında saxlayır və qəbiləsi arasında bölüşdürürdü. Çünki Malik ibn Nuveyrə də Salman, Əmmar Yasir, Səd ibn Əbi Vəqqas, Əbu Zərr, Miqdad və sair əzəmətli səhabələr kimi, Əbu Bəkrə beyət etməkdən imtina edirdi. Malik əslində zəkatın Peyğəmbərin vəsiyyət etdiyi xəlifəsinə verilməsini iddia edir və Əbu Bəkrin xilafətini inkar edirdi. Rəsulullah axırıncı dəfə həcc ziyarətində olarkən Malik də onunla birlikdə  iştirak etmiş və Qədir Xumda Onun vəsiyyətini eşitmişdi. Ona görə də deyirdi:-“Əgər Rəsulullahın (s) canişinliyini Onun təyin etdiyi şəxs öhdəsinə götürsə onda ona tabe olub deyərik din Muhəmmədin dinidir”.  Malik qəbiləsinə deyirdi:-“beytul-maldan sizə yetişən payınızı alın ki, məlum deyil sabah nə baş verəcək. Əbu Bəkr dəfələrlə zəkatı almaq üçün Malikin yanına adam göndərdi. Amma o yenə də zəkatı verməkdən imtina etdi. Nəticədə Əbu Bəkr Xalid ibn Vəlidi bir dəstə silahlı ilə Malikin üstünə göndərdi. Onlar arasındakı ixtilaf şiddətlənəndə Xalid hiyləyə əl atdı və təklif etdi ki, silahları yerə qoyun bu işi sülh yolu həll edək. Malikin qəbiləsi müsəlman olduqlarını əsas tutub güman etdilər ki, biz müsəlmanıq və ola bilməz ki, qarşı tərəf də müsəlman  olduğu halda bizim qanımızı töksün. Amma Xalid onları əsir edib öldürəndə Malik Xalidə dedi ki, bizi Əbu Bəkrin yanına apar və o, bizimlə sizin aranızda hökm etsin.

                    Xalid dedi:- Əgər mən səni bağışlasam onda qoy Allah məni bağışlamasın və Zirar ibn Əzur adlı bir nəfərə Malikin boynunu vurmasını əmr etdi.

                    Malik dedi:- Mən müsəlmanam.

                    Xalid Malikin sözünə əhəmiyyət vermədi və Zirara onun boynunu vurmağı əmr etdi. Xalid həmin gecə Malikin arvadı ilə əlaqədə oldu.

                    Təbəri tarixində Əbdurrəhman ibn Əbu Bəkrdən nəql edib:- Xalidin Nuveyrəni öldürüb və həmin gecə onun arvadı ilə əlaqədə olması haqda xəbər Ömər ibn Xəttaba yetişəndə bu haqda Əbu Bəkrlə mübahisə etməyə başladı. Ömər dedi ki;-Allahın düşməni müsəlmanlara həmlə edib öldürəndən sonra onun arvadına da təcavüz edib. Bu deyişmədən sonra Xalid onların yanına gələndə Ömər onun üstünə yeridi və onun əmmaməsinə taxdığı oxları çəkib sindıraraq dedi:-ey Allahın düşməni hiylə işlədib müsəlmanı öldürəndən sonra onun arvadına da təcavüz etdin? Xalid isə Əbu Bəkrdən üzr istəməyə başladı. Əbu Bəkr onun üzrünü qəbul edib dedi:- Xalid ictihad edib, amma ictihadı xəta olub.

                    Əbu Bəkrdən bir soruşmaq lazım idi Xalidin  ictihadı səhv olduğundan yenə də onu mükafatlandırdığı halda bəs nəyə görə Peyğəmbərin təyin etdiyi səhabə Malik ibn Nuveyrənin ictihadı (yəni Əbu Bəkri xilafətə layiq bilməməsi) xəta olanda bağışlanmır? Burada Əbu Bəkrin əvəzinə biz cavab veririk:-Xalid Əbu Bəkrin qabağında itaət edib onun şillə vuranı olduğu üçün bütün xətaları bağışlana bilərdi. Hətta əgər günlərin birində Kəbə evini dağıtsaydı belə yenə də xəlifə onu bağışlayardı. (Murtəza Əskəri “Məalimul-mədrəsəteyn” səh.82) Bununla belə Ömər sakitləşmədi və özü xəlifə seçildikdən sonra Xalidə Malikin arvadı ilə zina etdiyinə görə yüz şallaq vurdu. Görəsən Xalidi bağışlamaq və ya cəzalandırmaqla biri digərinin ziddinə qərar verən xəlifələrin hansı haqlı idi?

                    Xəlifənin ictihad yolunda etdiyi xətalardan daha birisinə diqqət edin. Əbu Bəkr Fəcaə Sələmini əyalətlərdən birinə vali təyin etdi. Sonralar onun haqqında Əbu Bəkrə xəbərlər yetişməyə başladı. Əbu Bəkr Tərifə adlı bir nəfəri onun dalınca göndərdi. Fəcaə Tərifəyə dedi:- Sən nəkarəsən? Mən Əbu Bəkrin tərəfindən təyin olunmuş valiyəm və bu işə səndən daha layiqəm.

    Tərifə cavabında dedi:- Əgər doğru deyirsənsə onda silahını yerə qoy və mənimlə Əbu Bəkrin yanına gedək. Fəcaə razılaşıb onunla Əbu Bəkrin yanına gəldi. Amma Əbu Bəkr Mədinədə musəllada böyük bir tonqal qalatdırdı. Sonra Fəcaəni qolları bağlı halda tonqalın içinə atdılar.

    İbn Kəsir yazır:- Fəcaənin əlləri arxada bağlı halda odun içinə atdılar. Həmin formada da odda yandı. (Tarix Təbəri 3/234-235, 4/52,  İbn Əsir əl-Kamil fittarix  2-146, Tarix İbn Kəsir 6-319)

    Görəsən Əbu Bəkr Fəcaəni cəzalandıranda hansı şəriətə və dinin hökmünə əsaslanıb cəzalandırmışdı. Əgər İslam dininə əsaslanıb höküm edibsə biz Quranda belə bir cəza növünə rast gəlmək mümkün deyil. Əgər Fəcaə doğrudan da günahkar idisə onda onun Qurani-kərimdəki cəzası belə göstərilib:- Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq budur ki? Öldürülsünlər ya onların əl-ayaqlarının çarpazvari (sağ əllə sol ayaq və sol əllə sağ ayaq) kəsilsin, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu cəza onları yer üzündə xar etmək üçündür. Axirətdə isə onları böyük bir əzab gözləyir. (Maidə, ayə 33)

    Ayədən göründüyü kimi heç bir öldürmək və hətta yandırmaqdan belə söz getmir. Bəs onda Əbu Bəkr Fəcaəni hansı şəriətin hökmünə əsasən diri-diri yandırmışdı. Rəsulullahın ən yaxın səhabəsi olduğunu iddia edən şəxs necə olur ki onun sünnətindən xəbərsiz olub? Rəsulullah (s) buyurub:-“Allahdan başqa heç kimin odla işkəncə verməyə haqqı yoxdur”(Səhih Buxari 4/325, Musnəde Əhməd 2/207, 3/494, Sünəne Əbu Davud 3/55/56, Sunəne Beyhəqi 9/71-72) Bununla belə heç bir tarixçi belə faciənin başqa bir kimsənin əlindən baş verdiyini nəql etməyiblər, amma nədənsə yenə də bəziləri xəlifə Əbu Bəkrin bu işinə müəyyən mənada haqq qazandırmağa çalışıblar.  Buna misal olaraq Allaha və Peyğəmbərə düşmən mövqedə duran Həkəm ibn Asın həyatına diqqət edin. Bu şəxs Mədinədə Rəsulullaha 21 il zülm və sitəm etdi. Axırda Həzrət (s) Həkəm ibn Ası oğlu Mərvanla birlikdə Taifin Vəc deyilən məntəqəsinə sürgün edib onun Mədinəyə qayıtmasını haram elan etdi. Həzrətin vəfatından sonra Osman dayısının geri qaytarılması üçün Əbu Bəkrin yanında vəsadət qaldırdı. Xəlifə imtina etdi. Əbu Bəkr dünyadan gedəndən sonra Osman yenidən xəlifə Ömərin yanına gəlib dayısı Həkəmin Mədinəyə qaytarılması haqda ondan xahiş etdi. Lakin Ömər də  onun xahişini qəbul etmədi. Daha sonralar Osman özü xəlifə olduqdan sonra onları cah cəlalla Mədinəyə qaytarıb üstəlik onlara beytul-maldan yüz min dirhəm bağışladı. Həkəmin Mədinəyə qayıtması Aişə ilə xəlifə Osman arasında olan münaqişəni daha da şiddətləndirdi.

    İndi Rəsulullahın (s) sünnəsinə nəzər salaq. Rəsulullah (s) ömrünün axır günlərində səhabələrə belə müraciət etdi:-“Agah olun! Əgər mən bir kəsə nahaq bir çubuq vurmuşamsa indi mənim belimə onu vurmaqla əvəzini çıxa bilər. Agah olun düşmənçilik və kin saxlamaq Mənim əxlaqıma uyğun deyil. Sizin aranızda Mənə yaxın olan o kəsdir ki, əgər onun Mənim boynumda bir haqqı varsa gəlib onu tələb etsin ki, istəyirəm Allahın hüzuruna Məndən razı olduğu halda gedim”  Bir nəfər səhabələrdən qabağa gəldi və dedi:- Ya Rəsulullah (s) müharibələrin birində mən cərgədən kənara çıxmışdım və siz mənə cərgəyə qayıtmağı əmr etdiniz və bilmirəm bilərəkdən oldu ya yox qamçınız mənə dəydi. İndi ətəyini qaldır istəyirəm onun əvəzini çıxım. Rəsulullah (s) ağır xəstə olduğuna baxmayaraq ətəyini qaldırdı və səhabələr bunu müşahidə edib ağlayırdılar. Hətta bəzi səhabələr həmin şəxsdən Rəsulullahın əvəzinə onlara qmçı vurmağı xahiş etdilər. Peyğəmbər buna razı olmadı. Amma o şəxs əyilib Rəsulullahın iki kürəyinin arasından öpüb dedi:- “Şil olsun o əllər ki, Sənin üstünə qalxmağa cürət edər”

    İslam Peyğəmbərinin Mədinənin bütün sakinlərinin və orada yaşayan yəhudilərin belə Rəsulullahdan öz hüquqlarını  tələb etdiyi və Rəsulullah (s)-in də onların bütün hüquqlarını  qoruyub haqlarını ödəməkdə narahat olmadığı halda ondan sonrakı xəlifənin müsəlman bir fərdi diri-diri yandırması hansı dinə uyğun olaraq həyata keçirilib?

    Tarixin səhifələrini təhqiq edib araşdıranda məlum olur ki, birinci xəlifənin hakimiyyəti dövründə çox saylı insanlar ona itaət edməkdən boyun qaçırdıqda, onlar xəlifə tərəfindən islam dinindən çıxmış elan edirdilər. Nəticədə həmin şəxsi ya zorla təslim olmağa məcbur edir və ya canını, malını və namusunu halal bilirdilər. Xəlifənin qəzəbinə düçür olanlardan biri də Səd ibn Ubbadə oldu. Səd ənsarın tanınmış başçılarından biri idi, amma xəlifəyə beyət etməkdən imtina etdiyi üçün xəlifənin muavini onun ölümü haqda fətva verdi. Lakin xəlifə və onun muavini ənsarın birləşməyindən qorxaraq və daha başqa səbəblərə görə bu fətvanı tez bir zamanda həyata keçirməkdən daşındılar. (İbn Quteybə. əl-İmamətu vəssiyasət 1/10,  Bəlazəri Ənsabul-əşraf 1/589, İbn Əbdu Rəbbih. Əqdul-fərid. 3/64-65) Təbsirətul-əvam kitabında yazılıb:-Ömər ibn Xəttabın  Səd ibn Ubbadənin öldürülməsinə ezam etdiyi şəxs Muhəmməd ibn Məsləmə idi. O, Sədi oxla vurub öldürəndən sonra qəbiləsinə onun Mədinədən cinlər tərəfindən öldürürldüyü haqda xəbər verdilər. Beləliklə də hakim dairə növbbəti maneəni aradan qaldırdı. Səd ibn Ubbadə Rəsulullahın zamanında tanınmış və görkəmli şəxsiyyətlərdən idi, amma hakim rejimlə muxalif olduğu üçün onu həmişəlik susdurdular.

    Təbəri tarixində yazır: Əbu Bəkr ölüm yatağında olanda dedi:- “Kaş üç şeyi etməyəydim. Kaş Fatmənin evini təftiş etməyəydim. Hətta mənə qrşı müharibə elan edib qapını bağlasaydı belə. Kaş Fəcaə Sələmini yandırmayaydım. Kaş onu əli açıq halda öldürəydim ya da onu azad edəydim. Kaş Səqifədə xilafəti Ömərin ya Əbu Ubeydənin boynuna ataydım”

    İbn Cəzm yazır:- Muaviyə və onun tərəfdarları ictihad edirdilər. Eyni zamanda səhv də edirdilər, lakin bununla belə bir savaba malik olurdular. Əmmar Yasir Beyəte Rizvanda iştirak etmişdi. Allah da onun ürəyindən keçənlərdən xəbərdar olduğu haqda xəbər verib qəlbinə aramlıq bəxş etmişdi. Əmmarın bir belə vəsf olmasına baxmayaraq Yəsar ibn Səbə Sələmi onu Suffeyn müharibəsində qətlə yetirdi. Yəsar müctəhid idi və Əmmarı öldürməklə səhv etdi, lakin bununla belə Allah ona bir savab verəcək.   İndi əziz oxucular bu nadan və təəssübkeş alimin sözlərinə bir baxın. Necə ola bilər ki, Rəsulullahın əshabını öldürmək cinayət və günah sayılmayıb əksinə ona görə savab da verilməsi iddia edilsin. Hələ bu harasıdır bu cahil ibn Cəzm (əl-Muhəlla kitabında) və Turkmani (Cəvahirunnəqi kitabında) yazırlar:-Ümmət arasında heç ixtilaf yoxdur ki, İbn Mulcəmin Əlini şəhid etməsinin səbəbi onun ictihadının (şəriət alimi olmasının) nəticəsi idi. İbn Mulcəm güman edirdi ki, düz iş görür. Əli və İbn Mulcəm ikisi də ictihad əhlindən olduqları üçün Allah onlarin hər ikisinə savab verəcək.

    Turkmani və İbn Cəzmin bu cəfəngiyyatı sizi heç də təəccübləndirməsin çünki bunlardan da aşağı səviyyədə düşünənlər var. Məsələn Muslim və Beyhəqi kitablarında yazıblar ki, bütün əhli sünnət alimləri deyirlər:-“Fasiq, facir, sitəmkar və Allahın hökümlərini tətil etmiş xəlifəni işindən kənarlaşdırmaq olmaz. Belə xəlifəyə qarşı qiyam etmək caiz deyil. Ona ancaq nəsihət vermək olar.....Belə xəlifələrə qarşı qiyam edib onlarla müharibə etmək bütün müsəlmanların əqidəsinə görə haramdır”  (Səhih Muslim 2/229,  Sünəne Beyhəqi 8/158-18-59)

    Qazi Əbu Bəkr Muhəmməd ibn Təyyib Baqlani “ət-Təmhid” kitabında yazdığı ibarəti eyni ilə sizə tərcümə edirik: “Hədis sahibləri deyiblər:- xarab işlərlə məşğul olan, camaatın malını sitəm və zorla qəsb edən, günasız insanları vurub öldürən, onların haqlarını zay edib Allahın şəri hökümlərinin icrasını dayandıran xəlifəni xilafətdən uzaqlaşdırmaq olmaz. Belə xəlifəyə qarşı qiyam qaldırmaq caiz deyil. Fəqət ona öyüd və nəsihət vermək olar....”

    Çox təəccüblüdür görəsən müsəlmanları ətalətə çəkmək istəyən belə üzdən iraq alimlər cəfəngiyyatları nəyə görə uydurublar. Bu puç əqidələr müsəlmanların geridə qalıb qərb dünyasının sürətlə inkişaf etməsinə, islam dünyasının hələ primitiv inanclara inanıb cəhalət girdabında batmalarına səbəb olub. Bəli müsəlmanları cəhalət aləmində qərq edən bu üzdən iraq alimlər xəlifənin bütün əməllərini ilahi vəhy kimi islam ümmətinə qəbul etdirməyə çalışıblar. Onların özləri zalım xəlifələrə göstərdikləri xidmətin nəticəsində yaxşıca qonorarlar aldıqları üçün bu yolda kara gələn hər cür hədislər qondarmaqda səylərini lazımi dərəcədə göstəriblər. Əgər bu təfəkkürlər qondarma hədislər əsasında formalaşmayıbsa onda hansı əsaslarla meydana gəlibdir. İslam dünyasının düşmənləri daim bu çürük təfəkkürü avam müsəlmanların əqidələrində möhkəmləndirməyə səy ediblər.

    İslam dini ağıl və möhkəm məntiqə əsaslanan bir dindir. Rəsulullah (s) risalətinin ilk günlərindən insanları sağlam düşüncəyə malik olub möhkəm məntiqə əsaslanmağa çağırırdı. O Həzrətin əsas çağırışlarından biri zülmə və sitəmə tabe olmamamağı insanlara aşılamaq olub. Hətta belə bir hədis də vardır ki, qiyamətin günündə cəhənnəmə gedənlərin çoxu zülmə tabe olub zalimə zülm etməkdə daha da cürət tapmağına kömək edən məzlumlar olacaqlar. Allahın dini yer üzündə ədalətin alovunu daha da şölələndirib eyni zamanda əbədi bərqərar etmək üçün gəlibdir. Allah-taala Peyğəmbərləri zülmün kökünü kəsib oyunbaz sitəmkarların fitnələrinin üstündən pərdələri yirtmaq üçün göndərib. Belə bir fəlsəfə ilə göndərilmiş Peyğəmbər necə ola bilər ki, camaatı sitəmkar bir adama tabe olmağa təşviq etsin? Həmin zalım da onların mallarını zülm ilə əllərindən alıb onları kölə halına salsın. Necə ola bilər ki, Rəsulullah (s) Kəbə evini viran edib müsəlmanların namusunu ordusuna üç günlük halal etdən xəlifəyə (Yəzidin Mədinə şəhərinə Məkkəyə hücüm edib oranın əhalisinə divan tutmasına işarədir. Tarixə müraciət edin) itaət etməyi  müsəlmanlara vacib etsin.

    Dünyanın bütün ağıllı insanları bu cür xurafatları nə Rəsulullahın və nə də Allahın şəninə layiq bilmirlər. Biz yəqin bilirik bu cür puç əqidələr xəlifələrin öz hakimiyyətlərini möhkəmləndirmək üçün imansız saray alimlərinə etdikləri sifarişlərin nəticəsində yaradılmışdir. Çox təəssüflər olusun ki, bu xurafat əqidələr yenə də bəzi müsəlman firqələrində ilahi vəhy kimi qəbul olunur. Allah öz əzəməti xatirinə bizi bu bəsit əqidələrdən uzaq etsin.
     
    Elman İbadov tel: 055-752-27-40, 050-250-20-05:  email:   kerrar@mail.ru   
    Media-islam.Com 
    Категория: Şie cavabları | Добавил: iravani (07.06.2008)
    Просмотров: 2849 | Рейтинг: 1.5/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər