Cüme axşamı, 28.03.2024, 20:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Elm və Texnologiya

    İŞIQ VƏ ŞÜALAR
     
     
    Fiziki elmlərin məqsədi maddi dünyanı tanımaqdır. Fizikanın 20-ci əsrdə əldə etdiyi nailiyyət də, bu məqsədin əlçatmaz olduğunu göstərməkdədir. Saf bilgi yoxdur. Var olduğunu zənn edənlər yanılırlar. Bütün bilgilər qüsurludur. Kvant fizikası da bunu izah edir. Elektromaqnetik bilgiləri bir nəzərdən keçirək. Sualımız belə olsun. Dünyadakı ən yaxşı cihazla baxdığımız təfsilat, nə qədər xırda və nə qədər dəqiqdir?

    Təfsilatı görmək yalnız gözlə görülən işıqla görmək demək deyil. 1867-ci ildə Ceyms Klerk Maksvell, işığın bir elektromaqnetik dalğa olduğunu irəli sürmüşdü. Bundan başqa, qurduğu tənliklərlə başqa dalğaların da olduğunu bildirmişdi. Gözlə görülə bilən işıq çələngi, qırmızıdan bənövşəyiyədək, görünməz şüalar (radiasiya) sahəsində yalnız bir oktava qədərdir. Çox böyük bir məlumat silsiləsi var. Bu silsilə, radio dalğalarının ən uzun dalğalarından, x şüalarının ən qısa dalğalarına və sonrasına qədər uzanır. Bunların hamısını növbə ilə insanın üzündə əks etdirəcəyik. Görünməz dalğaların ən uzunu radio dalğalarıdır. Bunların varlığını 1888-ci ildə Henrix Hertz sübut etdi. Bu dalğalar, ən uzun dalğa olduqları üçün kobud olanlardır. Bir neçə metr bir dalğa uzunluğunda işləyən bir radiolakator, bir üzü görə bilməz. Dalğa uzunluğunu qısaltsaq bu nəhəng üzdə təfsilatı görməyə başlayar. Bir metrdən az uzaqlıqda qulaqlar görünər. Radio dalğalarının praktik sərhədində, yəni bir neçə santimetrdə, bir adamın cizgilərini görə bilərik.

    İndi isə bu adamın üzünə fotoaparatla baxaq. Fotoaparat, bundan sonrakı şüa sahəsinə, yəni bir millimetrdən qısa dalğa uzunluqlarına, infraqırmızı şüalara (dalğa uzunluğu qırmızı şüalarınkından uzun olan, gözlə görünməyən istilik şüaları) həssasdır. Bunları 1800-cü ildə Uilyam Herşel kəşf etmişdi. İndi üzün cizgilərini kobud formada görürük. Gözlər, ağız, burun deşiklərindən çıxan buxar. Bəli, insan üzü haqqında yeni bir şey öyrənmiş olduq. Ancaq öyrəndiyimizin hələ ki təfsilatı yoxdur.

    200 dəfə böyüdəndən sonra bildiyimiz ağ işıqda bir dəri hüceyrəsi gözlə görünə bilir. Amma daha çox təfsilat əldə etmək üçün daha da qısa dalğa uzunluğu lazımdır. Elə isə bundan sonrakı mərhələ ultrabənövşəyi şüadır. Bunun dalğa uzunluğu bir millimetrin on mində birindən azdır. Ultrabənövşəyi mikroskop donmuş bir işıqdan hüceyrəyə baxır. Hüceyrə 3500 dəfə böyüdülmüş və tək xromosom səviyyəsinə çatdırılmışdır. Ancaq artıq bura son həddir. Bu xromosomun tərkibindəki insan genini heç bir işıq görə bilməz. İndi daha da dərinə getmək istəyiriksə, dalğa uzunluğunu qısaltmalıyıq.

     

    İlk rentgen plyonkası

    Bundan sonra x şüaları gəlir. Bu şüalar elə dərinə gedirlər ki, hər hansı başqa bir şeylə mümkün deyil. x şüası ilə mikroskop düzəltmək olmaz. Bu şüaları üzə tutsaq, dərinin altındakı qafa tasını görərik. x şüaları, 1895-ci ildə Uilhelm Konrad Rentgen tərəfindən kəşf edildi.

    İndi qarşımızda bir addım daha var. Elektron mikroskopuna doğru bir addım. Bu mikroskopda şüalar elə cəmləşmişdir ki, bunlara dalğa yoxsa zərrəcikmi deyilməlidir bilinmir. Bir maddə elektronlarla bombardman edilir. İndiyə qədər görülə bilən ən kiçik maddə torium atomudur. Yenə də təsvir yumşaq və bulanıqdır. Bu bulanıq və titrək iz, ən möhkəm elektronların belə sərt və dəqiq bir şəkil çəkə bilməyəcəyini göstərir.

    Hal-hazırda bilginin ən önəmli paradoksu ilə qarşı qarşıyayıq. Təbiəti daha doğru və dəqiq müşahidə etmək üçün hər il daha dəqiq cihazlar icad edirik. Ancaq yenə də müşahidələrimizə baxdıqca, bunların hələ bulanıq olduqlarını görür, dəqiqlikdən çox uzaq olduqlarını anlayırıq. Sanki hər yaxınlaşmamızda, sonsuzluğa doğru bizdən uzaqlaşan bir hədəfin arxasındayıq.

    1927-ci ildə Uerner Heysenberq, elektronun yeni bir növünü düzəltdi. Bəli, elektron bir zərrəcikdir, dedi, amma ancaq məhdud bilgi verən bir zərrəcikdir. Yəni hal-hazırda harada olduğunuzu müəyyən edə bilərsiniz, ancaq atış nöqtəsində müəyyən bir sürət ya da istiqamət verə bilməzsiniz.

    Bu çox kobud bir növ kimi gələ bilər, ancaq elə deyil. Heysenberq bu məvhuma dəqiqlik verərək dərinlik qazandırmışdır. Elektronun daşıdığı bilgi, bütünü ilə məhduddur. Məsələn, sürəti və mövqeyi bir-birinə elə uyğunlaşdırılmışdır ki, kvant dözümlülüyü ilə bağlanmışlar. Bu yalnız XX əsrin deyil, elm tarixinin ən böyük elmi düşüncələrindən biridir. Heysenberq bunu Qeyri müəyyənlik prinsipi adlandırmışdır. Bu prinsipə görə, heç bir hadisə, hətta atom hadisəsi, qətiyyən, sıfır dözümlülüklə təsvir edilə bilməz. Atom dünyasında qeyri müəyyənlik sahəsi daim kvantumla müəyyən edilir.

    Biz həmişə bilinənin sərhədindəyik. Ümid edilənə doğru, irəliyə doğru addım atırıq. Elmdə hər hökmün yanılma payı var və şəxsidir. Elm yanılma ehtimalımıza qarşılıq bilə bildiyimizə bir hörmətlə yanaşmadır.

     

    Mənbə:

    - Genbilim

    Категория: Elm və Texnologiya | Добавил: media-islam (10.09.2008)
    Просмотров: 2304 | Рейтинг: 5.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər