Çerşenbe axşamı, 19.03.2024, 09:16
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qadın ve Aile

    İslamda ər və arvadın qanunları
    Allahın Rəsulu Muhəmməd (s) buyurmuşdur: «Hər kəs mənim sünnəmə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sünnəmdən biri də evlənməkdir».

    Hörmətli oxucular, öncəliklə vurğulamaq istərdim ki, insanın doğru tərbiyəsi üçün ailə qurmaq ən mühüm vəzifələrdən biridir. Hətta İslam şəriəti belə evlənməyi bütün müsəlmanlar üçün vacib bilmişdir. Peyğəmbərimiz (s) belə hər zaman müsəlmanların evlənməyi ilə fəxr etdiyini bəyan edirmiş. Lakin təəssüflər olsun ki, müasir zəmanəmizdə bəzi gənc qız və ya oğlanlarımız maddi durumlarının yaxşı olmaması ilə əlaqəli olaraq ailə qurmağa gecikirlər. Dinimizə əsasən yoxsulluq evlənməyə mane olmamalıdır. İmam Sadiq (ə) buyurmuşdur: «Hər kəs yoxsulluq qorxusundan evlənməsə, deməli Allah-Təalaya sui-zənn etmişdir. Hansı ki, Allah-Təala buyurur: «…Allah öz lütfü ilə onları dövlətli edər…» (Nur, 32).

    Belə ki, ailə qurmuş və ya ailə qurmağa hazırlaşan gənclər burada qeyd edəcəklərimizə diqqət və əməl etsələr, inşallah ki, xoşbəxt ailə səadətinə nail olmağı bacaracaqlar. Xatırladım ki, burada müqəddəs kəlamlardan, Qurani-Kərimdən gətirəcəyimiz ayələr və onların açıqlaması nəticəsində əmin olacaqsınız ki, xoşbəxtliyiniz hər birinizin əxlaq, davranış və düşüncəsindən asılıdır. Necə ki, Müqəddəs Kitabımızda buyrulmuşdur:

    «Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)» (İnsan, 3).

    Hər zaman böyüklərimizdən eşitmişik ki, ailə kiçik bir cəmiyyət və cəmiyyətin əsas sütunlarından sayılır. Əgər ailənin bünövrəsi möhkəm qoyularsa, cəmiyyətdə də birlik bir o qədər möhkəm olacaqdır. Ailənin məsulliyyyəti olduqca ağır və çətindir. Lakin hər birimiz Allahın hökmlərinə, Peyğəmbərimizin (s) və imamlarımızın yaşayış qaydalarına diqqət yetirsək ailə sahibi olmağın çətin olduğu qədər, həqiqətən də gözəl və böyük savab olduğunun şahidi olarıq. Necə ki, Allahın Rəsulu (s) buyurur:

    «Evli şəxsin qıldığı iki rükət namaz, subay şəxsin qıldığı yetmiş rükət namazdan üstündür».

    İdeal ailəyə sahib olmaq üçün ilk növbədə gözəl əxlaq və xasiyyət uyğunluğu vacibdir. Lakin ürək ağrısı ilə vurğulamaq istərdim ki, indi bəzi, -hətta çoxları desəm daha doğru olardı- gənclərimiz ailə quracağı insanın tərbiyəsinə, əxlaqına və təmiz sevgisinə deyil, nədənsə onun maddi durumuna dəyər verirlər. Və gördüyünüz kimi son illərdə məhz bunun nəticəsi olaraq boşanma hallarının sayı artmaqdadır. Düzdür, «sevgi ilə qarın doymaz» deyiblər, yaşayış üçün müəyyən qədər maddi duruma da fikir verilməlidir, lakin var-dövlət, maşın, qızıl hesabına qurulan həyat pul kimi bir gün çirkaba çevriləcəkdir. Odur ki, sonradan peşman olmamağımız üçün diqqətli olmalı, nəfsimizi deyil, qəlbimizi dinləməyi bacarmalıyıq.

    İndi isə hər kəsi narahat edən bir məsələyə toxunmaq istərdim. Yəqin ki, ailədə kimin başçı olması məsələsi hər biriniz üçün olduqca maraqlıdır. Ümumiyyətlə, ailədə ər və ya arvad ikisi də eyni anda ailə başçılığı kimi məsuliyyətli bir vəzifəni öz öhdələrinə ala bilməzlər. Belə olduqda (ailəni şərikli idarə etdikdə) onlar lazımı qədər məsuliyyətli olmağı bacarmayacaq, ev işlərini, problemləri bir-birinə tapşıracaq və nəticədə ailə ideal olmayacaq. Ümümiyyətlə, yaşadığımız ölkənin-yəni Azərbaycan mentalitetinə əsasən ailənin rəisi kişi sayılır. Oxuduğumuz müqəddəs kəlamlardan da bizə məlumdur ki, qadın ərinə, uşaqlar da atasına itaət etməlidir. Buradan da göründüyü kimi, dinimizdə də kişi ailənin əsas idarəedicisi, böyüyü, hətta itaətgahı hesab edilir.

    Ailə sahibinin hüququ xanımı üçün bütün hüquqlardan daha vacib və mühümdür. Hətta ərin hüququ valideyn hüququndan da irəlidir. Peyğəmbərimiz (s) kəlamlarının birində vurğulamışdır ki, ərinə itaət etməyən qadın, Allaha düzgün ibadət etməmiş sayılır.

    Mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, qadın ailəyə başçılıq edə bilməz. Onlar özləri daima layiqli bir şəxsin başçılığı altında olmaq arzusundadırlar. Düzdür, qadınlar güclü, iradəli və olduqca ağıllı sayılırlar. Lakin kişilərdən fərqli olaraq emosional xüsusiyyətlərə malik olan qadınlar zərif məxluq olduğu üçün başçı olmaq səlahiyyətinə malik deyildirlər və kişilərlə birlikdə çiyin-çiyinə gəlməyi bacarmazlar. Gəlin mövzu ilə bağlı Nisa sürəsinin 34-cü ayəsinə nəzər yetirək:

    «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir…».

    Kişilərin ailədə hakim olmalarının bir sıra dəlilləri vardır ki, onlardan biri də kişilərin yüksək düşüncə qabiliyyəti, qadınların isə güclü atifəyə malik olmasıdır. Lakin İslam dininə görə qadınlar övladlarının tərbiyə olunması, böyüdülməsi, evdarlıq, ailənin təmizliyi, halallığı və s. kimi işlərdə mütəxəssis olduqlarına görə kişilərdən irəlidirlər. Vurğulamaq istərdim ki, hər bir bacarıqlı kişinin kiçik və ya böyük uğuru onun xanımının səyindən asılıdır. Belə ki, ərlərin müvəffəqiyyətləri onların həyat yoldaşlarının həmkarlığına bağlıdır. Ər böyük səy göstərməyinə baxmayaraq xanımı ona çətinliklərində kömək etməsə, yanında olmasa, ona dar günündə mənəvi arxa olmasa nəzərə çarpacaq uğur hasil olmayacaqdır.

    Hörmətli xanımlarımız, ümid edirik ki, dediklərimizdən nəticə çıxararaq siz də artıq hər bir ailənin aktual mövzusuna çevrilən bu başçı məsələsinə son qoyacaq və ailənizin xoşbəxtliyi üçün cani-qəlbdən səy göstərəcəksiniz.

    İnşallah, gələn mövzumuzda İslamda evlənmək və onun bəzi adətləri məsələsinə toxunacağıq.

    P.S. Xatırladım ki, mövzu bəzi dini kitablar (Ayətullah Hüseyn Məzahirinin şəxsi nəzarətindən keçən «Ailə səadətinə necə nail olaq» və Əli Əkbər Babazadənin «İslamda evlənmə və ailə hüququ» kitabı) əsasında qələmə alınıb.



    Источник: http://islam.az
    Категория: Qadın ve Aile | Добавил: al-shia (22.07.2008) | Автор: Sevda BABAYEVA
    Просмотров: 11830 | Рейтинг: 4.0/10
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər