Cüme axşamı, 25.04.2024, 16:14
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » İyul » 24 » Cəmiyyətimizdə islam dini necə tanınır?Əsl islamı necə və hansı yolla təbliğ etməliyik
    22:50
    Cəmiyyətimizdə islam dini necə tanınır?Əsl islamı necə və hansı yolla təbliğ etməliyik
     
     
     
     
    Cəmiyyətimizdə islam dini necə tanınır?Əsl islamı necə və hansı yolla təbliğ etməliyik

     

    Bu dəfəki toxunacağım mövzu cəmiyyətimizin islam dini barədə yetərincə məlumatı varmı?

    Bu günlərdə bu mövzu barədə çox fikirləşirəm.Çox fikirləşirəmki görən niyə bu tənqidlərə axı biz islam əhli tuş gəlirik?!Nəyə görə qocanın yanında islam barədə danışanda o saat qoca deyir əşi bəsdirdə az mollalıq elə.Bunların başlıca səbəbi qocanın sovet dövründə yaşamağıdır.Hamımızın bildiyi kimi sovet dövründə islam dinin əksinə təbliğat başlamışdı.İnsanlara ateizim təbliğ olunurdu demək olarki çox az insanın islam dini barədə məlumatı vardı.Amma sovet rejimi dağılandan sonra  Azərbaycanda islam dini demək olar ki o qədər inkişaf etdi ki,indi çoxlu məscidlər inşa olunub və xalqa istifadəyə verilib.Amma gəlin baxaq görək o məscidlərdə nə qədər mömin var?!Amma mömin deyirəm ha müsəmanı yox.Gəlin baxaq bu barədə Ümmətimizin Peyğəmbəri bütün insanların ən üstünü Xatəmi Ənbiya Həzrət Muhamməd(s) nə buyurub?!Peyğəmbərimiz bele buyurub:“Axır zamanda məscidlər çox olar  hətta içində ibadət edən də çox olar,amma mömin çox az olar necəki Bədr döyüşündə 313 nəfər müsəlman var idi 10000 çox müşrik var idi.Bax bu mənim oğlum Hz.Məhdi(Ə.F) zühruna dəlalətdir”.

    İndi isə gəlin Peyğəmbərimizin dediyi o nurlu sözə nəzər salaq və baxaq görək ki,Peyğəmbərimiz nə demək istədi?.

    Birincisi Peyğəmbərimizin dediyi kimi indi məscidlərdə namaz qılan müsəlman çoxdu amma mömin azdı.

    Bunu sübutları bunlardır:

    1)Məsələyə belə baxaq məscidlərdə elə hacı adlandırdığımız şəxslər var ki,özlərindən fətva verirlər içkili toya getmək olar.Get toya içkili stolda oturma problem yoxdu.Amma Quran bizə deyir içki məclisləri hamısı lənətlənib.Bu hacı dediyimiz şəxslər isə öz şəxsi görüşləri ilə islama dəxliyyatı olmayan fətvalar verirlər.

    2)Gənclərimizə maddi yolla islamı təbliğ edirlər.Adını deməyə belə çəkinmirəm vahabi dediyimiz özlərini sələfi adlandıran bir batil məzhəb maddi yolla islamdan xəbəri olmayan gənclərə islamı təbliğ edirlər.Deyirlər qorxma nə edirsən et arxandayam dar günündə də pis günündə də.Məscidlərdə çoxluq yaradırlar və bu dediyimiz Peyğəmbərimizin hədisinə bunlar aid olurlar.

    Bunları nəzərdən keçirdikdən sonra  indi isə baxaq  Hz.Muhammədin(S) gətirdiyi din hələdə gəldiyi gündən indiyə kimi nələr əldə edib?!Düzdü müsəlman çoxdu amma cəmiyyətdə əsl islam qalmayıb insanlar islamın dəyərlərini tam dərk eləmirlər.İslamdan tam xəbərləri yoxdu bircə bunu bilirlər Allah(CC) birdir Muhamməd(S) onun elçisidir.Amma heç islamdan xəbərləri yoxdu bilmirlər ki,niyə deyirik Allah birdir,niyə deyirik Muhamməd pakdı,niyə deyirik günah əhli olma?Ancaq bunu bilirlər qəlbini Allahla bir tut qalanı boş şeydi.Hətta belə şüərlarda eşidilir əşi gedib görən olub cənnəti və ya cəhənnəmi?!Bu sözləri deyirlər.Bu qədər 125000 Peyğəmbər 12 imam deyir Cənnət və cəhənnəm haqdı.Allah birdi,qiyamət günü haqdı.Bu sözlərə inanmırlar,amma bir balaca uşaq gəlib desəki,tutaqki ay dayı evin yanır o saat qaçıb baxar görüm düz deyir?!Buna inanarlar amma Allahın Quranda dediyinə inanmazlar.Bunun səbəbi cəmiyyətimizdə islam dinini yetərincə təbliğ edə bilməməmizdir.Gərək biz islamı tam olduğu kimi bidətsiz,şirin dillə,maddi yolla yox,yerində və zamanında islami mövzularla təbliğ etməliyik.Biz bunu etməsk Allaha and olsun qiyamətdə Allah qarşısında biz cavab verməli olacağıq.Düzdü onun boynunda yük olacaq Allahın vaciblərinə inanmamaqla,əməl etməməklə.Amma bizədə Allah deyəcək o bilmirdi amma sən bilirdin,bəs niyə mənim dinimi,kitabımı təbliğ etmirdin.Qardaşlar və bacılar Allaha and olsun boynumuzda böyük yük var.Bu yük islamı olduğu kimi təbliğ etməkdir.İndi gəlin bir anlıq düşünək əgər biz olmasaq bu ümmət,bu elmsiz ümmət necə olacaq.Hansı ki Peyğəmbər bu ümməti bizə,özümüzə əmanət qoydu.Bəs onda niyə təbliğdən qaçaq?!Niyə haqqı deməkdən qorxaq,niyə Əbəlfəz ağa kimi haqqı müdafiə etməyək,o Əbəlfəz ağa ki,qardaşına görə,islama görə qollarından,gözlərindən,canından keçdi.İndi bizim qabağımızda hələki cihad deyiləcək mövzu yoxdu,hələki təbliğat deyilən mövzu var.Bu barədə də,hələki əlimizdə fürsət  çoxdu.Amma yenədə gərək öz nəfsimizə qalib gələk ki,başqasına islamı təbliğ edəndə deməsin ki,özün nəsən ki,məndə səf tutursan?!Ona görə də,dediyim kimi ilk öncə öz nəfsimizi saflaşdırmaq sonra təbliğat.Hətta bu barədə belə bir hədis nəql edilir səf etmirəmsə İmam Əli(ə) ağadan:”Özünü islah etməyən kəs başqasını islah edə bilməz”

    Mövlanında dediyi kimi insan gərək özün islah edə,sonra başqasının islahına başlaya.

    Bir məsələyə də toxunmaq istəyərdim ki,bu gün islam dini cəmiyyətdə terror dini kimi tanıtdırılır.Bu qərb tərəfindən aparılan diplomatiyadır.Bu yolda da,sünnü-şiə məsələsinə çox toxunulur.İraqda bir neçə il bundan əvvəl İmam Həsən Əskəri(ə) ziyarətgahının künbəzi partladıldı və elmsiz şiələrə deyildiki güya bunu sünnülər edib.Beləliklə islamda ixtilaf yenidən salındı.Amma alimlər həm sünnü alimlər,həm şiə alimlər bu barədə fətva verdilər ki,həm şiə,həm sünnü bu barədə qarşı tərəfdən heç kimi ittiham edə bilməz,əgər belə bir iş görülsə hökmən islam arasında ixtilaf salmaq səbəbi ilə harama batacaq.Alimlərin bu barədə ki,fətvası islam dinini ola biləcək parçalanmadan qorudu.Bunu deməkdə məqsədim odur ki,qərb tərəfindən islam dini cəmiyyətə pis tanıtdırılır.Bunu görən insanlarda islama qarşı sevgi əvəzinə nifrət yaranır.Yenə bir neçə il bundan əvvəl bir Danimarkalı qəzetdə Hz.Muhammədin(s) karikaturunu dərc etdirdi.Bunu söz azadlığı kimi dilə gətirdi.Bunun üzərinə bütün islam dünyası ayağa qalxdı.Düzdü həmən şəxs bunun altın çəkdi, amma qərbdə islama gəlmək istəyən şəxslərdə islama qarşı bir güvənməməzlik yarandı.Səbəbi isə o idi ki,karikaturda Peyğəmbəri terrorist kimi tanıtdırmışdı.Amma yenədə islam ümməti özünü müdafiə etdi və edilən çirkin hərəkətin əslində bir təcavüz olduğunu və bununda həqiqətə uyğun olmadığını dünyaya çatdırdı.Bunları deməkdə məqsədim o oldu ki,islamı sıxışdırmaq istəyirlər,islamı bölmək istəyirlər,islamı vəhabilərin(sələfilərin) əli ilə təmizkar və terrorist bir din kimi tanıtdırmaq istəyirlər.Bizim də,ən böyük vəzifəmiz islamı olduğu kimi bidətsiz təbliğ etməkdir

    Allah İslam ümmətinin qələbələrin çoxaldsın və İmam Zaman(Ə.F) zührun təcil eləsin Amin!

       İLKİN_HÜSEYNİ

    MEDİA-İSLAM YAZARI

    24.07.2008

    Просмотров: 1222 | Добавил: media-islam | Рейтинг: 2.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  İyul 2008  »
    B.eÇ.aÇC.aCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Linklər