Sənsizlik
Gecəm sənsiz, gəl ol dərdimə dərman,
Sənsizlik çətindir,bil yaman çətin.
Saf eşqindən ayrı olmuşam viran,
Sevgisiz çətindir, bil yaman çətin.
Gülməz üzümə nə gündüz, nə gecə,
Dəyişdi dünyam tamam səni görüncə.
Dünyalar ənim olur sən gülüncə,
Gülüşsüz çətindir, bil yaman çətin.
Hərdən isərəm ki, hərdən sən olam,
Sevgi nə imiş, sevilməyi duyam.
Sənə qarşı sonsuzdur sevdam,
Sevdasız çətindir, bil yaman çətin.
Ey yar, xəyalımda sən, fikrimdə sən
Döyünər bu ürəyim fikrimdə sən.
İki gözüm, şirin sözüm fikrim də sən!
Fikirsiz çətindir, bil yaman çətin.
Baxışın yandırıb yaxar oda məni,
Yerişin dinirər dinməz kimsəni.
Söz verdim hır zaman sevməyə səni,
Sözlərsiz çətindir, bil yaman çətin.
Layiq deyiləmmi yoxsa sevginə,
Məni uzaq salırsan öz qəlbinə?!
Bir gün peşiman deyərsən öz eşqinə,
Azərsiz çətindir, bil yaman çətin.
QONAQ ŞAİR AZƏR ƏHMƏDOV |