Bazar, 22.12.2024, 12:17
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    XUMS
    1.Qazanc mənfəəti;
    2.Mədən;
    3.Xəzinə;
    4.Harama qarışmış halal mal;
    5.Suyun dibinə girməklə əldə edilən cəvahirat;
    6.Müharibə qənimətləri;
    7.Zimmi kafirin müsəlmandan aldığı torpaq

    Qazanc mənfəəti;
    gər insan ticarət, sənətkarlıq və ya başqa qazanc yerlərindən qazanc əldə etsə və bu özünün və ailəsinin illik xərclərindən artıq qalsa, onun xumsunu, yəni 1/5 -ni sonradan deyiləcək qaydada verməlidir.
    Əgər müəyyən miqdar miras çatsa :
    1)Əgər mal sahibinin həmin malın xumsunu vermədiyini bilsə- onun xumsunu verməlidir
    2)Əgər o malın özündə xums olmasa, amma malı miras olaraq çatan şəxsin xums borcu olduğunun bilsə- xumsu onun malından verməlidir.


    Nələrə xums düşməz
    1.Qadının aldığı mehriyyənin xumsu yoxdur.
    2.İnsana yetişən irsə xums düşməz.
    3.Əgər insanın əlinə kafirdən, yaxud xums verməyə etiqadi olmayan bir şəxsdən müəyyən qədər mal gəlsə, onun xumsunu verməsi vacib deyil.
    4.Əgər bir kəsin ticarət üçün aldığı malların qiyməti bahalaşsa və onu satmasa, yenidən ilin ortasında qiyməti aşağı düşsə, qiymətlər bahalaşarkən artan miqdarına xums vacib deyil.
    İl boyu qazanc mənfəətindən yeyib içmək - Həmin şəxsin ictimai geymək mövqeyinə uyğun olsa avadanlığı və ifrat etməmiş olsa toy etmək bunların xumsu yoxdur. cehizlik almaq ziyarət və s.
    Fəqir bir şəxsin xums və zəkat kimi aldığı şeylərə- Həmin şəxsin ictimai mövqeyinə uyğun olsa və ifrat etməmiş olsa bunların xumsu yoxdur.Digər məsələlərə görə cəmaüs-şərait müctehidə müraciət etsin.

    Mədən
    1. Əgər mədəndən qızıl, gümüş, bürünc, mis, dəmir, neft, daş kömür, firuzə, əqiq mineral maddələr, duz və ümumiyyətlə «mədən qazıntıları» adlana bilən hər şey əldə olunsa, nisab həddinə çatanda xumsunu verməlidir.
    2. Ehtiyata əsasən, mədəndən çıxarılan şeylərin nisabı 15 misqal qızıl qədərdir. Ehtiyat-vacib budur ki, nisab, mədəndən çıxarılan şeylərin ixracına, saflaşdırılmasına, emalına çəkilən xərclər çıxıldıqdan sonradır.

    Xəzinə
    Xəzinə torpaqda, ağacda, dağda və ya divarda saxlanmış olub bir şəxs tərəfindən tapılan maldır və o xəzinə deyiləcək bir şəkildə olmalıdır.
    Xəzinədən əldə edilən şeyin qiyməti 105 misqal sikkəli gümüş
    Və ya 15 misqal qızıla çatsa --- onun xumsu verilməlidir

    Harama qatışmış halal mal
    Halal mal haram mala, ayırd edilməyəcək şəkildə qarışsa və haram malın sahibi və miqdarı heç biri məlum olmasa, bütün malın xumsu verilməlidir.
    Sahibi məlum olsa- haram malın miqdarını bilirsə -sahibinə qaytarmalıdır haram malın miqdarını bilmirsə - gərək razılaşsınlar

    Sahibi məlum deyilsə haram malın miqdarını bilirsə - həmin miqdarı sahibinin niyyəti ilə sədəqə verməlidir. Ehtiyat-vacibə
    əsasən cameüş-şərait müctehiddən də icazə almalıdır.
    Haram malın miqdarını bilmirsə- Xumsu verildikdən sonra qalanı halal olur.
    Digər məsələlərdə müctehidə və onun əvəzinə kim təyin olubsa ona müraciət edilsin.
    Suyun dibinə girməklə əldə edilən cəvahir
    Əgər suyun dibinə girmək vasitəsilə girmək vasitəsilə - mirvari
    - mərcan yaxud bu yolla çıxarılan başqa cəvahirin çıxarılmasına sərf edilən xərclər çıxıldıqdan sonra qiyməti 18 noxud qıxıla çatarsa ----- XUMSU verilməlidir
    Zimmi kafirin müsəlmandan aldığı torpaq
    Əgər zimmi kafir müsəlmandan torpaq satın alsa, onun xumsunu həmin torpaqdan verməlidir. Onun xumsunu pul ilə ödəyə bilər.
    Xumsun istifadə yerləri
    1. İmamın payı - bu zəmanəmizdə cameüş-şərait müctehidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə istifadə olunmalıdır.
    2. Seyyidlərin payı - Ehtiyat vacibə əsasən cameüş-şərait müctehidə verilməlidir.Yaxud -ya fəqir seyyidə, ya yetim seyyidə, ya da səfərdə yolda qalmış seyyidə ---verilməlidir.
    Bu seyyidlərə xums verilməməlidir:
    1. Səfərdə yolda qalan bir seyyidin səfəri olsa, ehtiyati-vacibə görə ona xums verilməməlidir.
    2. On iki imamı qəbul etməyən seyyidə xums vermək olmaz.
    3. Günah edən seyyidə xums verilməsi onun günahlarına kömək olarsa, ona xums vermək olmaz.
    4. Aşkar surətdə günah edən seyyidə, hətta xumsun onun günahlarına kömək edən olmasa da, ehtiyati-vacibə görə ona xums verilməməlidir.

    Категория: Dini meqaleler | Добавил: admin (07.06.2008)
    Просмотров: 2014 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər