Cüme axşamı, 28.03.2024, 15:42
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Avqust » 29 » Allahın bu qədər verdiyi nemət qarşısında biz necə şükür edirik?!
    12:01
    Allahın bu qədər verdiyi nemət qarşısında biz necə şükür edirik?!
     
     
     
     
     
     

     

                               Mehriban və bağışlayan Allahın(CC) adı ilə…….

     

    Allah insanlara bir çox nemətlər bəxş edir.Bunlardan hal-hazırkı dövrümüzdə ən böyük nümunəsi əsrimizin imamı,gözümüzün nuru,fəxrimiz Hz.Məhdi(ə.f)-dir.Allah Hz.Məhdini(ə.f) bizə nemət olaraq bəxş edib.Amma necə?Hədisdə var ki,Allah(CC) yer üzünü höccətsiz qoysa yer insanları udar.Hədisin mənasına baxaq.Yəni bir nemətdir bəxş edib,əgər o nemət olmasa hər şey məhv olar.İmam Zaman(ə.f) elə bir nemətdir ki,Hz.Muhamməd(s) buyurdu səhabəsi Hz.Əbuzərə:Ya Əbuzər elə bir dövr olar ki,o dövrdə yaşayanların əcri qiyamət günü çox olar.Çünki o dövrdə yaşayanlar zülmə qarşı səbr edər və öz imamının yolunu gözləyər.Doğurdanda bizim yaşadığımız dövür o zamandır ki,zülm baş alıb,gözümüzün qabağında Fələstində,İraqda İsrail,Amerika tərəfindən körpələr qətl olunur,hicaba qarşı,Xanım Zəhra(s.ə)-nın əmanətinə qarşı zülüm artıb.Biz düzdü zülmlə mübarizə aparırıq,amma yenə də İmamımızın yolunu gözləyirik.Allah Hz.Muhammədin(s) dediyi kimi bu nemətin zührunu gözləməyə qarşı çoxlu savab verər.Budur nemətin gözəl nemət olduğunun sübutu.Allah bir nemət verir insanlara deyir ki,istifadə elə və mənə zikr elə!

    Amma biz   Allahın  bu qədər verdiyi nemət qarşısında biz necə şükür edirik?!Bu barədə İmam Səccad(ə) dualarından biri yadıma düşdü.Ağa duada şükr etmək barədə buyurur:”İlahi elə adam yoxdur ki,bir şükrünü qurtarmamış digər bir şükür lazım gətirən bir ehsanından yararlanmasın.Hər kim nə qədər sənin itaətində çalışsa da fəzlinə layiq olan itaətdən aciz qalacaqdır.Demək bəndələrinin ən çox şükür edəni səndən acizdir.Və ən çox sənə ibadət edəni sənə itaət etməkdə səhlənkardır.Heç kimdə elə ləyaqət yoxdur ki,sənin bağışlanmağına layiq olsun və sənin razılığına yarasın.Demək bağışladığın adama əslində mükafat vermiş olur və razı olduğun adama əslində ehsan etmiş olursan.Qəbul etdiyin kiçik bir əmələ mükafat verirsən.Kiçik bir itaəti ele mükafatlandırırsan ki,guya bəndələrin,savabını lazım etdiyin o mükafatını böyütdüyün şükürdən sənsiz imtina edə bilərlər”.

    Bu duaya nəzər salanda insane elə bilir ki,şükür etdi Allahda razı oldu.Düzdü Allah insandan hər kiçik əməli qəbul edər.Amma insane şükür məsələsinə gələndə gərək dildə şükür etməyə,əməlində şükrünü sübut edə!Nəzər salaq Xanım Zeynəb(s.ə) həyatına və kərbəlaya.Görəcəyik ki,insan itirdiklərinə heyfslənməməlidir!Əksinə Allaha şükür etməlidir.Xanım Zeynəb(s.ə) kərbəlaya  iki oğlu ilə gəlmişdi.Kərbəlada hansı ananın oğlu şəhid olurdusa gedirdi onunla o şəhidin başının üstünə başlayırdı ağlamağa.Amma o vaxt ki,oğlanları şəhid oldu,dedi çıxmaram.Dedi Hüseyn(ə) görə mən övladalarımı ağlayıram?!Heç vaxt bu işi görmərəm.İndi kərbəladakı xanımlardan biri deyir ki,Xanım Zeynəb(ə) təklikdə Allahla münacat edirdi.Deyirdi:”Allahım şükür sənə.Mənim övladlarıma şəhadəti qismət elədin.Amma ya Rəbbi yenə də qəbul elə,Övladım azdı,amma budu.Məni qurbanlarımı qəbul elə.Yenə deyirəm şükür.Əgər deyirsən ki,övladların öləcək mən razıyam,əgər deyirsən ki,qardaşın Əbəlfəz   mən razıyam,əgər deyirsən ki,qardaşının bədəni isti qumlar üstündə qalacaq mən razıyam.Yetər ki,sən mənim şükrümü və qurbanlarımı məndən qəbul elə.”

    Biz əgər əhlibeytin tərəfdarlarıyıqsa,gərək şükür etməyi bacaraq və əməldə sübut edək.Bəzi insanlar dünyaya ancaq kef üçün gəldiyini sanır.Amma heç vaxt elə deyil.Gərək sənə verilən nemətlər qarşısında şükür etməyi bacarasan.Dünyaya nə üçün gəlmək barədə Hz.Əli(ə) Nəhcül-Bəlağədə belə buyurur:”Dünya özü üçün deyi,başqası üçün yaradılıbdır.(Dünya axirət üçün bir yoldur ki,insan savab əldə etmək üçün gərək bəndəlik etsin.Həmişəlik deyil ki,ondan ancaq vaxtı yaxşı keçirməklə məşğul olsun.”

    Yəni insalar dünyaya bir məqsəd üçün gəlib.Bəziləri bu məqsədi belə şərh edirlər.Guya insan dünyaya gəlib ki,ancaq işləsin,ailəsinə baxsın və insanlar arasında hörmət qazansın.Amma Allaha itaət və şükür yaddan çıxır.İnsan yaranmaq məqsədi o olmuşdur ki,qarşıya çıxan hər problemə göz yumsun və Allaha təvəkkül və şükür etsin!Yenə  də deyim ki,insanın cəmiyyət içərisində vəzifəsi ancaq hörmət qazanmaqla bitmir.Ən böyük vəzifə o olmalıdır ki,Allaha itaət və şükrü insanlara öyrətsin.İnsan Allahın nemətlərini görə-görə ancaq dildə,ötəri şükür edirsə vəziyyəti qiyamət günü ağır olar.Gərək bir yolla şükrünü edəsən.Mömin insanın nə olsun ki,qabağına problemlər çox çıxır.Onsuzda İmam Həsən(ə) bu barədə belə buyurub:”Möminin imanı artıqca,başına bəlada çox gələr.

    Yəni nə problem olsada gərək şükür etməyi bacarasan.

    Allah bizi şükür edənlərdən qərar versin inşallah.amin

    İlkin Hüseyni

    08.28.08

    Просмотров: 1346 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 2
    02.09.2008
    2. Ahlibeyti seven (ahlibeyt14mesum) [Material]
    can qardas Allah da senden razi olsun ki bele gozel meqaleni qoydun sayta cox ibratamiz meqaledi Allah bizi daimi smile layiqince sukur edenlerden qerar versin amin ya rebbil alemin

    31.08.2008
    1. Nisa (Nisa) [Material]
    Allah razi olsun Allah bizi daima shukr edenlerden etsin Amin!

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Avqust 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Linklər