Cüme, 26.04.2024, 12:34
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Sentyabr » 8 » Bu qədər günahın qarşısında dualarımızın qəbul olmağını Allah(cc)-dan necə gözləyə bilərik?!
    22:36
    Bu qədər günahın qarşısında dualarımızın qəbul olmağını Allah(cc)-dan necə gözləyə bilərik?!
     
     
     
     
     
     

                                        Mehriban və bağışlayan Allahın(cc) adı ilə

     

    Bəzən elə  olur ki,biz bir çox günahlar edirik,amma istəyirik ki,dualarımız yenə də qəbul olsun.Bu bilirsiniz nəyə bənzəyir?!Şagird dərslərində 2 alır.Amma yenə də istəyir ki,ilin axırında əlaçı çıxsın.İnsanında bu istəyi belədi.Günahlar edir,Allahın razılığından məhrum olur,sonra da deyir ki,ilahi mənim dualarımı qəbul elə.Amma əziz möminlər Allah(CC) o qədər mehribandır ki,o qədər bizə dəyər verəndir ki,bizə o qədər nemət verir ki,bir dəfə olsun insanın üzünə vurmur etdiyin..Çünki mehribandır,təvəzökardır.Amma biz günahlarımızla Allahın nemətindən uzaqlaşırıq.Nemətlərinə şükür etməyə də ərinirik.Elə insanlar var ki,deyirlər biz bu qədər dua edirik bəs niyə Allah bizim dualarımızı qəbul etmir.Amma bu insan duanın şərtlərin bilmir.İmam Sadiq(ə) buyurur:”Duanın qaydalarına riayət et... və  əgər belə etməsən,qəbul olmasını gözləmə”

    Duanın qəbul olunmasında iki mətləb çox mühümdür.

    1-Zəmin yaratmaq,yolu hamarlamaq.2-Maneələri aradan götürmək.Zəmin yaratmaq dedikdə dua etmək üçün lazımi şərait nəzərdə tutulur.Dua edən insanda Allaha qarşı eşq,məhəbbət,şövq,inam yaranmalıdır ki,duasını lazımi şəkildə dilinə gətirə bilsin.Duaların qəbul olunmasına mane olan bir çox maneə var.Bu maneələrdən ən birincisi günahdır.Məsələn bir nəfər övlad istəyir.Burada evlənmək şərt,xəstəlik maneədir.Yaxud  bir başqası həccə getmək istəyir.Pulun olması şərt,fərz edək,bağlı olması maneədir.Dualarında ən böyük maneəsi günahdır!”Kumeyl” duasında oxuyuruq:”İlahi,mənim günahlarım səbəb olur ki,məhbus ola.”

    İmam Baqir(ə) buyurmuşdur:”Həqiqətən,bir bəndə Allahdan bir hacət istəyir və onun gerçəkləşməsi çox yaxın bir zamanda mümkündür.Lakin o bəndə günah etsə,Allah mələyə deyər ki,onun hacətini qəbul etmə və onu bundan məhrum et.Çünki o mənim qəzəbimə düçar olub.”.İnsan duasını qəbul olmasını istəyirsə gərək günahlardan çəkinsin,mənəviyyatını günahlardan təmziləsin.Hətta bir gün gəlirlər zəmanəmizin kamil arifi.Hz.Ayətullah-uzma Şeyx Məhəmməd Təqi Behcət ağanın yanına.Sual verirlər ki,ağa biz necə edək ki,namazlarımızda hal tapaq,dualarımız qəbul olsun?Ağada cavabında buyurur ki,namazdan əvvəl güah etməyin inşallah yaxşı olar.

    Məsələyə belə yaxınlaşaq bir futbolçu məşq edir.Sabahda oyunları var.İndi bu futbolçu oyundan qabaq məşq eləsə daha yaxşı oynayar,nəyinki məşqsiz oynamaq.Duada belədir.Günah etməsən duaların qəbul olar.Amma elə insanda var ki,günah edir və dua etməyə çəkinir.Deyir mən hara dua,namaz hara?!Amma İmam Sadiq(ə) buyurmuşdur:”Dua et,demə iş işdən keçmişdir.”Bir hədisdə yenə buyrulur.Həqiqətən,Allahın yanında bir yer vardır ki,istəmədən ona nail olmaq olmaz.İnsanda əgər istəyirsə duaları qəbul olsun gərək qarşısına məqsəd qoysun ki,günah etməyəcəm.İmam Sadiq(ə) buyurmuşdur:”Musa ibn İmran səcdə halında olan dostunun yanından keçirdi.İşini sona çatdırıb qayıdanda gördü ki,o beləcə,səcdə halındandır.Hz.Musa ona dedi:Əgər sənin hacətin mənim əlimdə olsaydı,yerinə yetirərdim.Allah(cc) Hz.Musaya buyurdu:İzzət və cəlal sahibi olan Allah(cc) vəhy etdi:””Ey Musa,hətta boynu qırılana qədər səcdə etsə mənim bəyəndiklərimi bəyəndiklərimlə əvəz etməsə,mən ondan qəbul etmərəm.(Mizanul-hikmət,C.3,hədis 5704)”.

    Bir məsələni də,nəzərinizə çatdırım ki,dua edərkən Allah bizim dualarımızı qəsdən gec yerinə yetirir.İmam Əli(ə)  buyurmuşdur:”Bəzən bir şey istəyirsən,amma verilmir.Amma gec,ya tez ondan yaxşısı verilir.Sənin xeyrin onda olduğu üçün istəyinin həyata keçirilməsi ləngiyir.Çünki nə çox sənin istəklərin var ki,dinin məhv olması ilə nəticələnir.Belə olan halda elə bir şey istə ki,gözəlliyi və yaxşılığı sənin üçün qalsın və pis nəticəsi olmasın.”Allahın dua edəndən xoşu gələndə duası təxirə salınır.İmam Cəfər Sadiq(ə) buyurmuşdur:”Allah-Təala buyurdu:Mən dostuma dünyada Məni zikr etməyi unutduran bir şeyi əsirgəyərəm.Çünki çağıranın səsini eşitmək istəyirəm.Kafiri isə arzusuna çatdıraram,ona nifrət edirəm və istəmirəm ki,məni çağırsın və səsini eşidim(Mizanül-hikmət.c.3,hədis 5718)

    Daha əhəmiyyətlisi budur ki,bəzən qəsdən bəndəsini bəlaya düçar edər.Peyğəmbər buyurmuşdur:”Həqiqətən,Allah öz bəndəsini sevəndə,onun yalvarışını eşitmək üçün onu mübtəla edər”(Vəram məcmuəsi.c 1,səh.4,Müvəfəqiyyət rəmzi.səh.256)

    Hədislərdə duaların təxirə salınmasının  üç səbəbi qeyd olunmuşdur.Birincisi günahlardır.

    İmam Əli(ə) buyurmuşdur:”Duanın icabətinə mane olma.Onun yolunu günahlarınla bağlama”

    İkincisi budur ki,Allah-Təala çox əcr vermək istəyir.

    İmam Əli(ə) buyurmuşdur:””Əgər duanın qəbul olması geciksə,bu sənin ümidsiz etməsin.Savab və bəxşiş istənilən miqdardır.Çox vaxt duanın qəbul olunması gecikdirilir ki,daha çox istəyəsən və sənə daha çox mükafat verilsin”.(Mizanül-hikmət.c.3,hədis 5708)

    Üçüncüsü,Allah-Təala özü bəndəsinin səsini eşitmək istəyər.

    İmam Kazım(ə) buyurmuşdur:”Bəzən bir bəndə dua edər,izzət və cəlal sahibi olan Allah iki mələyə deyər:Onun duasını qəbul etmişəm,amma hacətini saxlayın.Çünki mən onun səsini eşitmək istəyirəm.Bəzən bir bəndə dua edər.Allah Təbarək və Təala deyər:Onun hacətini tez eşitmək istəyirəm ki,səsini eşitmək istəmirəm”(Mizanül-hikmət,c.3,hədis 5710)

    Gərək dua edəndə özümüzə misal olaraq övliyaları misal götürək.Tarixdə elə şəxslər var ki,onlar hacətlərini nəinki şifahi dillə,hətta yazılı şəkildə hacətlərini istəmişlərdir.Bunlardan biri mərhum Şəhid Sani(r.a).O yazır ki,zindanda günün altında oturmuşdum.O zaman zindanın tavanı olmazdı.Fikrimdən Allaha məktub yazmaq keçdi.Və yazdım:”Bağışlayan və mehriban Allahın adı ilə.Ey mənim rəbbim,həqiqətən mən məğlubam və Sən mənə kömək et.”Yəni mən elə haldayam ki,düşmən mənə qələbə çalır.Həmin məktubu havaya buraxdım.Kağız o qədər uçdu ki,gözdən itdi.Bir müddət keçdikdən sonra gördüm kağız qayıdıb gəldi.Allahın qüdrəti ilə mənim yazımın altında yazılmışdı:

    “Əgər sən mənim bəndəmsənsə səbr et.”

    Allah bizim dualarımızı ən ali dərəcədə qəbul eləsin.Dualarımızın ən başlıcası olan Ağamız İmam Zaman(ə.f) zührun təcil eləsin)

    İlkin Hüseyni Media-islam.com yazarı
     
    HÖRMƏTLİ HÖCCƏTÜL-İSLAM SEYYİD ƏLİ ƏKBƏR OCAQ NEJADIN QƏLBDƏN SÜZÜLƏN DAMCILAR ADLI KİTABINDAN FAYDALANILMIŞDIR
    Просмотров: 1419 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Sentyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər