Главная » 2008 » Yanvar » 9 » SEYYİD HƏSƏN NƏSRULLAHDAN ABŞ-a MESAJ
12:26 SEYYİD HƏSƏN NƏSRULLAHDAN ABŞ-a MESAJ |
İslam-Azeri-nin istinadlı xəbərinə görə Hizbullah partiyasının rəhbəri Seyyid Həsən Nasrullah, Livan Müsəlman Üləma Birliyindən bir qrupu qəbul edib.
O bu görüşdə ABŞ-nin İslama qarşı mövqeyini diqqətə çəkərək bu sözləri: "Amerikanın İslam dünyasına istiqamətli planları çökməyə başlamışdır və Livandakı hədəflərinə də çata bilməyəcək" dedi.
Hizbullah partiyasının rəhbəri Seyyid Həsən Nasrullah,bu Bazar ertəsi günü etdiyi görüşündə , Livanda davamda olan siyasi böhran ətrafında, gerçək bir ortaqlığa söykənən milli birlik hökuməti qurma prinsiplərindən vaz keçməyəcəklərini bildirdi.
Hizbullah partiyasının rəhbəri Seyyid Həsən Nasrullahın Müsəlman Üləma Birliyindən bir qrupu qəbulu zamanı Livan Müsəlman Üləma Birliyi də bir məlumat nəşr edərək, Hizbullah partiyasının rəhbəri Seyyid Həsən Nasrullahın "bu milli birlik hökumətinin meydana gətirəcəyi dialoq mühitinin Livan coğrafiyasındakı bütün tərəflərin problemlərinə cavab verilə bilməsini təmin edəcəyi"ni vurğuladığı da ifadə olundu.
Məlumatda, "Seyyid Nasrullahın Müsəlmanlar arası birliyə çox əhəmiyyət verdiyini və ABŞ və İsrailin Müsəlmanlar arasında çıxarmaq istədiyi fitnə və şiddətə də toxunaraq "Amerikanın İslam dünyasına istiqamətli planları çökməyə başlamışdır və Livandakı hədəflərinə də çata bilməyəcək" dedi.
Daha sonra Hizbullah rəhbəri "Hizbullahın Siyonist düşməncə reallaşdırılacaq olan hər dəli macəra təşəbbüsünə müqavimət göstərəcəyini və Allahın icazəsiylə də 2006 İyulundan daha ağır bir məğlubiyyətə qarşılaşacaqlarını, çünki müqavimətin artıq daha güclü olduğunu" söylədi.
|
Категория: Dünyada |
Просмотров: 1810 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|