Çerşenbe axşamı, 24.12.2024, 17:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    NOVRUZUN FeLSeFeSİ

      Biz Novruz günlərini yaşayırıq. Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz, artıq hər bir yerdə duyulur.


         Təbiətin oyanışı ilə ümidlər, amallar da dirçəlir. Küsülülər barışmaq üçün Novruzun gəlişini gözləyir. Uşaqlar böyüklərdən hədiyyələr gözləyir. Qohumlar «sileyi-rəhmi» – bir-birinə baş çəkməyi canlandırmaq üçün Novruzun gəlişini gözləyir.

         Canlanma, ümidlərin baş qaldırılması əhvali-ruhiyyəsi hər bir şeyə hakim kəsilir.

         Novruz – milli dəyərlərmizin bazis sütunlarından biridir. Novruz milli ozünüdərkin, milli identifikasiyanın anlanmasında misilsiz bir məqama malikdir. Novruz – millətin özünü təzahür etməsi deməkdir. Novruz – bizim milləti xeyirxah, rəhimli, qonaqpərvər, özgəsinin dərdinə şərik olan, əsrlərin sınağından çıxmış bir gözəl ən’ənə deməkdir. Novruz kimi milli fərdiliyimizi qoruyub saxlayan gözəl cəhətlərin sayəsində, hətta «keçid dövrünün» kəşmə-keşli eksperimentləri də millətimizə xas ülvi xüsusiyyətləri sonadək məhv edə bilməmişdir.

         Axır yüzillikdə 3 dəfə bu millətin adını, əlifbasını, hətta millətin danışdığı dilin adını da dəyişdiriblər.  Çox şeyi dəyişiblər, lakin, şükürlər olsun ki, milli özünüdərkin bir neçə dayaq nöqtəsini və o cümlədən, Novruzu dəyişməyə müyəssər olmayıblar.

         Bəlkə də bu sabitliyin izahı ondadır ki, Novruz sadəcə bayram deyil. Bu – özündə elmi, fəlsəfi, vücudi mahiyyət daşıyan bir kateqoriyadır. Əbədi dəyərlərin sarsılmaz özülündə bərqərar olan bir incidir Novruz.

         Mahiyyət e’tibarilə, Novruz – İlahi müdrikliyin müqəddəs bir nişanəsidir. Ölü təbiət dirilir. Bütün təbiət eşqi tərənnüm edir; aləmlər sanki: «daha çox kim gözəllik təzahür edər», - deyə yarışır.

         Və bu oyanışı ilə təbiət bizə Qiyamət gününün səhnələrini xatırladır. O günün ki, insanlar öz əməllərinin cavabını vermək üçün yenidən diriləcəklər. O günün ki, əməllərinin yaxşı-pisliyindən asılı olaraq insan ya İlahi rəhmətə qovuşacaq, ya da əzaba düçar olacaqdır. İnsan bu oyanışlardan, dirilmələrdən ibrət götürüb. Vücudi xilasolmaya can atmalıdır. Bu günlər etdiyi dualarda insan öz Rəbbinə belə münacat edir: «Ey qəlblərə və baxışlara hakim olan! Ey qəlbləri dirildən! Ey hər şeyi məhv edib diriltmək iqtidarında olan! Üzümüzə gələn bu ildə bizə dirilik əta et! Ruhumuzu pasdan təmizlə, bizi biveclikdən qurtar! İlahi! Bizə vücudi xilasemə bəxş et!».

         Novruza digər rakursdan baxdıqda, çox mühüm bir çalarlar da duyulur. İlahi məntiqə əsasən, həqiqi bayram – insanın öz bilquvvə, potensial imkanlarının tam surətdə açılışına müvəffəq olduğu bir halətlə səcyyələnir. Eyni zamanda, bu açılış, ən optimal və praqmatik bir forma ilə İlahi harmoniyaya qovuşmaqla əldə edilməlidir. İnsan günah etmədikdə ilahi harmoniyanı dağıtmır və demək, o gün ki, insan günah etmir – insan üçün həqiqi bayram elə odur.

         Gördüyümüz kimi, Novruzun bütün təzahürləri, insanın daxili gözəlliklərini açıqlamaq məqsədini güdür. Küsülülər barışdıqda – şəxsiyyətlərarası münasibətlərin deformasiyası aradan qalxır, harmonik inkişafa doğru meyl edilir; adam ev-eşiyi səliqə-səhmana saldıqda, sanki öz daxilini səhmana salır, ruhən təmizlənir; uşaqlara, valideynlərə qarşı məhəbbət göstərəndə, rəhmətə gedənləri yad etdikdə, yetimlərə, kimsəsizlərə, ahıllara qarşı diqqətli olduqda – daxili eqosentrik bütləri sındırır, daxili boşluqdan, mənasız, bivec yaşayışdan xilas olaraq, kamil insan olmağa doğru üz tutur.

         Belə isə Rəbbimizə dua edək ki, hər günümüz həqiqi Novruza bənzəsin…         

     
    Hacı İlqar İbrahimoğlu
    İlahiyyatçı filosof,
    İçərişəhər «Cümə» məscidinin imam-camaatı
    “Deyerler” AİN (www.deyerler.org)
    Категория: Dini meqaleler | Добавил: media-islam (14.03.2008) | Автор: ilkin E W
    Просмотров: 3701 | Комментарии: 1 | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    14.03.2008
    1. OGUZ (Seriy-volk) [Material]
    Novruz milletimizin menevi servetidir,abidesidir.Dede Qorqud kimi,Orxon Yenisey kimi.hem de Turk milletinin ortaq bayramidir.hetta milletin "pasportu"dur.bu qeder zengin enene ve adetleri olan bir bayram hec bir milletde yoxdur.bir gunluk bayram deyil bu bayram.Ona gore de Novruzu yashamag ve yashatmag lazimdir.bezi ozunu tanimayan ve eslini danan insanlar Novruzdan da imtina etmek isteyirler ve bu milli bayramimiza da shirk kimi baxirlar.Adi bir "semeni, saxla meni ,ilde cucerderem seni" ifadesinnen hetta qorxurlar.derk etmirler.Qeyd edim ki, 20ci esrin ortalarinda amerika ve avropa alimleri kesf edibler ki, en cox vitamin ve mikroelementler cucermeye bashlayan bugdada toplanir.bunu bizim babalarimiz en azindan 2000 il evvel bilibler.Yazda insan organizminde vitamin catismazligi,fiziki zeyiflik olan dovrunde cucermis bugdadan muxtelif yemekler hazirlamislar(qovut halvasi,semeni halvasi,qovurga ve s)."Saxla meni" ifadesi de ordan gelir,hansi insan coreksiz yashaya biler???bes corek neden hazirlanir???bugdadan.semeni nedir???cucermish bugda!!bu haqda cox yaza bilerem.Amma qisa demek isteyirem,Servetlerimize sahib cixmasaq,basqalari sahib cixacaq.Ermeniler eynen Novruz adetlerini ogurlayib "bahar bayrami " adi altinda ozlerine milli bayram "keshf edibler".

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər