Cüme, 19.04.2024, 06:35
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 6 » İSRAİLDe KONSERT VEReN MÜĞeNNİLeRe QADAĞA QOYULDU
    17:50
    İSRAİLDe KONSERT VEReN MÜĞeNNİLeRe QADAĞA QOYULDU
                       Fevralın 26-da - Xocalı soyqırımının 16-cı ildönümündə İsrailin Hayfa şəhərində yerləşən “Lotos” restoranının açılış mərasmində çal-çağır məclisi quran müğənnilər- əməkdar artist Ruhəngiz Allahverdiyeva, müğənnilər Nadir Qafarzadə, Şəhla Həmidova və aşıq Zülfiyyə İbadova ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ciddi ölçü götürəcək. Belə ki, yuxarıda adlarını sadaladığımız müğənnilər dövlət tərdbirlərinə buraxılmayacaq.
    Bu barədə məlumatı ANS-də müğənni Nisə Qasımovanın aparıcılığı ilə yayımlanan “Xoş vaxt olun” verilişinin martın 5-də yayımlanan buraxılışında nazirliyin incəsənət şöbəsinin müdiri Əliqismət Lalayev verib. Onun sözlərinə görə, bu, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi qərarıdır: “Adıçəkilən müğənnilərin heç biri Mədəniyyət və Turizm Nazirliyinin müəssisələrində çalışmır və səfərə də dövlət xətti ilə getməyiblər. Məlum faktdan çox təəssüflənirik və onların bu hərəkətini millətin faciəsinə, tarixinə yad münasibət kimi dəyərləndiririk”.
    Ə.Lalayev bildirib ki, fevralın 26-da belə bir konsert keçiriləcəyi ilə bağlı məlumat aldıqdan sonra Ruhəngiz Allahverdiyeva ilə danışaraq bu günlərdə əyləncə xarakterli tədbirlərdə musiqi ifalarının yolverilməz və millətə hörmətsizlik olduğunu onun nəzərinə çatdırıb. Şöbə müdiri telefon bağlantısında daha sonra bunları söyləyib: “Mən bununla bağlı cavanlarla da əlaqə saxlaya bilərdim, ancaq etmədim. Çünki onların yanında Azərbaycanın əməkdar artisti, Azərbaycan anası və xanımı Ruhəngiz Allahverdiyeva var idi. Onları bu addımı atmaqdan çəkindirməyə cəhd etdim. Ən maraqlısı isə odur ki, Ruhəngiz xanım cavabında belə bir şeyin olmayacağını bildirdi. Lakin gördüyünüz kimi, onlar bunun əksini edərək, öz maraqlarını milli-mənəvi maraqlardan üstün tutdular. İctimaiyyətin hissləri ilə oynayan müğənnilər dövlətimizin mədəniyyət siyasətinə, onun yazılmış və yazılmamış qanunlarına da hörmətsizlik nümayiş etdirdilər. Odur ki, adı çəkilən müğənnilər xalq qınağı ilə üz-üzə qalıblar”.
    Şöbə müdiri onu da əlavə edib ki, nazirliyin xətti ilə keçirilən digər konsert proqramlarına da bu şəxslərin adları daxil edilməyəcək.
    Xoş vaxt olun” verilişində iştirak edən Ruhəngiz Allahverdiyeva bildirib ki, onların çıxışı məhz fevralın 27-ə təsadüf edib: “Mən öz günahımı boynuma alıram. Amma düşünürəm ki, millətimə və dövlətimə qarşı heç bir səhv addım atmamışam”.
    Sözügedən verilişin digər iştirakçısı Nadir Qafarzadə isə çox kobud danışıb. O, hansı mənəvi göstəricinin daşıyıcısı olduğunu bir daha sübut edib. “Mən hətta anamın vəfat etdiyi günü unutmuşam, o ki, qalmışdı Xocalı”-deyə bildirib. Ardınca isə öz hərəkətlərinə haqq qazandırmaq məqsədilə bunları söyləyib: “Qarabağ əlillərinin pulunu mənimsəyənlərə heç bir söz deyən yoxdur. Mən o cür şah əsərlər oxumuşam, vətənimi sevməsəydim, oxumazdım”.
    A.HƏSƏNOVA
    Yeni Musavat
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1251 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər