Şenbe, 21.12.2024, 21:22
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 10
    Qonaq: 10
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    NE olsunki qelbin temizdir
    Tez-tez belə bir söz eşidirik:  "Nə olsun, qəlbim ki,  təmizdir!"...

        Siz belə bir şey eşitdiyiniz zaman onu söyləyənlərə cavab olaraq "Qəlbləri təmizləyən ibadətdir!" deyin. Özü də bunu heç çəkinmədən söyləyin! Hələ bu harasıdır!


        Cəmiyyətimizdə bəzən elə ifadələrə (məsələn, "Mən namaz qılan bir çox insandan daha yaxşıyam" və s.) rast gəlirik ki, insan onlar qarşısında susmaya bilmir. Bu cür ifadələr nadanlığın son həddindədir və namazın vacib olduğunu unudaraq deyilən düşünülməmiş kəlmələrdir...

        Əslində bu, bir az da bizdən qaynaqlanır. Biz, çox təəssüf ki, bu cür faydasız şeylərə baş vurur, bəhanələr uydururuq. Xahiş edirəm, səhv başa düşməyin. Məqsədim əxlaqı cılızlaşdırmaq deyil. "Qəlbim təmizdir" deyərək ibadəti tərk edənlərə bir-iki kəlmə söz demək istəyirəm. Mən əxlaqın iman və ibadətin yarısı olduğunun fərqinə varıram.

        Unutmayaq ki, Peyğəmbəri (s) peyğəmbər edən onun yüksək əxlaqı və ibadəti idi. Deməli, əxlaqın ucalmasına səbəb ibadətdir. Allaha qarşı borcunu yerinə yetirməyən, ona təşəkkür etməyi özünə çox bilən insanın qəlbi necə  təmiz ola bilər?! Həyat nə qəribədir?

        Bəli, biz müsəlmanıq və ətrafımız bizi dindar kimi tanıyır. Üzərimizdə tər-təmiz bir paltar - dindarlıq sifəti var. Əgər o, tər-təmiz, ağappaq paltarda kiçik bir ləkə olsa "göz çıxarar". Biz nəzərlər altındayıq. Gəlin, İslamın yüksək əxlaqını əhatəmizdə olanlara, müsəlman olmayanlara və sonradan İslama daxil olmalarına vəsilə olacaq şəxslərə göstərək.

        Əgər biz İslam əxlaqını və imanın həqiqətini öz əməllərimizlə nümayiş etdirsək, digər dinlərin mənsubları da, təbii ki, İslama meyl edəcəklər. Bəlkə də Yer kürəsinin bir çox dövləti İslamla şərəflənəcəkdir.

        Bəli, bizim əxlaqımız Peyğəmbərin (s) əxlaqına bənzəməlidir. Çünki, onun əxlaqı Quran əxlaqı idi. Quranın göstərdiyi əxlaq isə Rəbbin istədiyi kimi olmaqdır.

        Bəzi insanlardan "Namaz qılırsanmı?", "Oruc tutursanmı?" – deyə soruşduğumuzda  "Xeyr"  cavabını verir və bunun müqabilində isə "Bizim qəlbimiz təmizdir, bizim heç kimin malında, namusumda gözümüz yoxdur" deyirlər.

        Sizcə "Qəlbim təmizdir" demək kifayətdirmi?

        Bir şeyi yadda saxlamaq lazımdır: insan heç bir şey etməməklə məsuliyyətdən yaxa qurtara bilməz.

        Tutaq ki, siz avtobus sürücüsüsünüz. Yol sola doğrulduqda sükanı sola, sağa doğrulduqda sağa hərlətmək, yol bitdikdə və ya qarşınıza maneə çıxdıqda isə dayanmaq zəruridir. Əgər sürücü kimi "mənim qəlbim təmizdir" deyərək heç bir şey etməsəniz, ya birbaşa divara toqquşacaqsınız, yaxud da avtobusu qəzaya uğradıb birbaşa əzaba vasil olacaqsınız.

        Qəlbi təmizlik əmələ və əxlaqa bağlıdır.

        P.S. a) "Qəlbim təmizdir" deyərək ibadət etməyən müsəlmanlar nəzərə almalıdırlar ki, onların qəlbi Peyğəmbərin (s) qəlbindən təmiz deyildir. Ancaq Peyğəmbər (s) heç vaxt bundan istifadə edərək ibadətdən imtina etməmişdir.

        b) Allah Təala Quranda ibadəti (namaz qılmaq, oruc tutmaq və s.) əmr etdikdə insanların qəlblərini təmiz hesab edib-etməməsini şərt kimi qoymayıb. İlahi əmr hamıya şamildir. "Qəlbim təmizdir" deyərək vacibatları tərk edənlər özləri bilmədən ö.z yaranış fəlsəfəsinə qarşı çıxdıqlarını heç düşünürlərmi? /dinimakaleler/azerimuslims/

      “Deyerler” AİN (www.deyerler.org)
    Категория: Dini meqaleler | Добавил: media-islam (12.04.2008) | Автор: ilkin
    Просмотров: 2007 | Рейтинг: 5.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər