Yekunlaşan məhərrəm-səfər əyyamı bir neçə kulminasiya nöqtəsi ilə səciyyəlidir. Bunların hər biri Aşura məktəbinin müəyyən dönəmlərini əhatə edir. Bu günlər arasında, istər məhərrəmlik dönəminin yaşanması ənənəsinin, istər ziyarət ənənəsinin bərqərar olması, istərsə də Aşura həqiqətlərini unutmağa qoymamaq baxımından ərbəin – İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü xüsusi önəm təşkil edir.
Artıq arxada qalan məhərrəm-səfər əyyamı həqiqətsevər insanların xatirəsindən silinməyən bir dönəmdir. Artıq yüzillərdir ki, hər il ardıcıl olaraq 2 ay müddətində İmam Hüseyni (ə) tanıyanlar, sevənlər, İmam Hüseynə (ə) məhəbbəti olan hər bir kəs hər gün Kərbəla vaqeəsini xatırlayır, Peyğəmbər (s) övladının Aşura günü başına gələn müsibətləri xəyalında canlandırır, Aşuradan sonrakı günlərdə baş verənləri xatırlayır. Və bu xatırlamalar yalnızca tarixi səciyyə daşımır. ... Ardını oxu »
Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınqayanın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı iddiasına Konstitusiya Məhkəməsində baxış bu gündən başlayır
Baş prokuror AKP-ni ölkədə siyasi islamı yaymaqda və dünyəvi dövlətin təməl prinsiplərinə zidd fəaliyyətdə ittiham edir. İddiada AKP-nin bağlanması, baş nazir Rəcəb Teyyub Ərdoğan, prezident Abdulla Gül və keçmiş parlament sədri Bülənt Arınc da daxil olmaqla 71 partiya yetkilisinin siyasi fəaliyyətinə yasa
... Ardını oxu »
Livanlı mütəfəkkir Enis Nəqqaş, İranda fəaliyyət göstərən sajed.ir adlı internet saytından Əli Razı Muvahhdi və Həmid Davudabadiyə verdiyi müsahibədə, Hizbullah Komandiri İmad Muğniyənin indiyə qədər heç kimə məlum olmayan xarakterlərini izah etdi.
İllərcə Fələstinin sabiq Lideri Yasir Arafatla birlikdə mübarizə edən Livanlı mütəfəkkir Enis Nəqqaşdan alınan müsahibəni təqdim edirik. -Hörmətli Enis Nəqqaş, Hacı Rızvan və ya digər adıyla İmad Muğniyə ilə nə vaxt tanış oldunuz? -Nəqqaş: Təxminən 1977 il idi. Mən Yasir Arafat liderliyi
... Ardını oxu »
Hollandiyanın mətbuat şəhəri olan Hilversum yaxınlarındakı Huizen qəsəbəsində olan Səlimiyə Məscidində yanğın baş verib.
Naməlum şəxslərin hücumu nəticəsində başlayan yanğın, məscidin anbar olaraq istifadə edilən hissəsinin tamamilə yanmasına səbəb olub.
100-ə yaxın türk ailənin yaşadığı ərazidə, axşam radələrində baş vermiş hadisəyə, təxminən 500 metrlik bir məsafədə manevr edən xilasetmə qrupları müdaxilə edib.
Yanğında insan itkisi olmasa da, məscidin anbarında, Türkiyəyə göndərilmək üçün alınmış 15 əlil arabası t
... Ardını oxu »
İslam-Azeri-nin İran mətbuatına istinadlı xəbərinə görə:
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Novruz Bayramı münasibəti ilə İran xalqı və bütün dünya müsəlmanlarını təbrik edərək, 1378-ci günəş ilinin başlanması münasibəti ilə etdikləri müraciətində ölkə rəsmilərindən bütün sahələrdə yeniçiliyə optimal zəmin yaratmalarını və cəmiyyətdə bütün təbəqələrə xüsusi ilə məhrum təbəqələrə xidmətlər göstərmək və İranın inkişafı və abadlaşması uğrunda addım atmalarını istəyib.
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei, habelə bu müraciətlərinin digər bir hissəsi
... Ardını oxu »
Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı “Azpetrol” Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyev və digərlərinin şikayəti üzrə məhkəməyə hazırlıq iclası davam edir. Dünənki iclasda Fərhad Əliyevin vəkili Elton Quliyev bu instansiyada yenidən məhkəmə istintaqının aparılması, əvvəlki məhkəmədə veril
... Ardını oxu »