Главная » 2008 » Mart » 29 » VASİF TALIBOVDAN DAHA BİR QANUN
15:10 VASİF TALIBOVDAN DAHA BİR QANUN |
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov əcaib “fərman”lar verməkdədir. V.Talıbov yas mərasimlərinin keçirilməsinin qaydaları barədə verdiyi qərarın ardınca qəbirlərin qazılması haqda da göstəriş verib. Dünən redaksiyamızla əlaqə saxlayan Naxçıvan sakini V.Talıbovun yas mərasimlərində mollalar üçün ayrılmış xüsusi taxtın ləğv edilməsi barədə göstəriş verdiyini bildirdi. Etibarlı mənbənin sözlərinə görə, V.Talıbov mollaların yas mərasimində yerə sərilmiş xalça üzərində, yaxud insanların arasında oturmasını tələb edib. Naxçıvanda gəzən şayiələrə görə, V.Talıbov Naxçıvanda yalnız bir nəfərin taxta oturmaq haqqı olduğunu bəyan edib. Bundan əlavə, V.Talıbov qəbirlər üçün də standartlar təyin edib. Belə ki, yeni göstərişə əsasən qəbirin uzunluğu 2 metrdən, eni isə 50 santimetrdən artıq ola bilməz. Eyni zamanda qəbirin ekskavatorla qazılması yasaq edilib. Yeni Musavat
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1286 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|