Şenbe, 21.12.2024, 20:13
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 47
    Qonaq: 47
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 30 » İSLAMI TeHQİR EDeN FİLM İNTERNETDe YAYILDI
    18:16
    İSLAMI TeHQİR EDeN FİLM İNTERNETDe YAYILDI
    İSLAMI TƏHQİR EDƏN FİLM İNTERNETDƏ YAYILDI
     Bildiyiniz kimi Hollandiyanın radikal siyasətçilərindən olan maviçiliyi ilk dəfə dəstəkləyən mavi olmamışdan qabaq anasına evlənməyi təklif edən (bu təklifdən sonra anası onu övladlıqdan çıxardıb) Qert Vilders Avropa və dünyanı məntiqi və həqiqəti ilə fəth edən İslam dininə qarşı kinini Quranı təhqir edən "Fitnə" adlı filmi hazırlatdırmış və bunun nümayişi üçün Hollandiya və digər ölkələrin telekanallarından bu filmin nümayişi üçün efir vaxtı istəmişdi.
       
        Lakin bu telekanalların sahibləri İslam dininə təhqirləri öz telekanallarında yayınlamaqdan imtina etmişlər. Buna baxmayaraq əxlaqsız Qert Vilders bu filmi dünən (27 mart 2008) internetdə nümayiş üçün Video saytların birinə müraciət etmiş və bu saytın sahibi də təklifi qəbul etmişdir.
        Bu videonu həmin saytda izlədikdən "İslam-Azeri" saytı tərəfindən bir neçə ilahiyyatçı və tərcüməçinin iştirakı ilə araşdırma heyəti yaradılaraq bu videonun detallarını araşdırdıq.
        İndi isə araşdırmanın nəticəsini sizə təqdim edirik:
       
        İlk öncə videonun nümayişində sionistlərin sponsorluğu ilə avropanın karikatura qalmaqalına salan və bu yaxınlarda evində yanan Danimarkalının karikaturası görünür!
       
       
        Əl-Ənfal surəsi ayə 60
        (Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!
       
        Bu ayənin ərəb dilində oxunuşu və tərcüməsindən sonra ABŞ xüsusi xidmət orqanlarının öz əl işləri olan 11 sentyabr hadisəsinin kadrları nümayiş olunur. Bu hadisədə ABŞ-ın cinayətini ört basdır etmək üçün İslamçı qüvvələrin əl işi kimi göstərilir.
       
       
        Ən-Nisa surəsi ayə 56
        Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!
       
        Bu ayədən sonra mütəxəssislərin yetkin rəyi ilə montaj olunmuş kadrlar və bu kadrlarda İslama aid olmayan ideologiyalar nümayiş olunur.
       
        Daha sonra yeni bir azyaşlı qızın sorğu sualını göstərirlər.
        Sorğu-sualda isə uşağın yəhudilərin meymun və donuz olması sözlərini İslam ideologiyası kimi təqdim edirlər (bir haldaki, uşağa bu sözlərin əzbərlədilməsi mümkündür).
       
        Daha sonra Müsəlmanların etiraz aksiyaları nümayiş olunur (mitinqlər xristian və yəhudilərin iştirakı ilə də çox olmuşdur). Bu etiraz aksiyalarında hansısa hadisə ilə bağlı deyilən şüarlar İslam ideologiyası kimi göstərilir.
       
       
        Muhəmməd surəsi ayə 4
        (Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.
        Bu ayədən sonra İslama aid olmayan terrorçu təşkilatın üzvlərinin xarici girovun başının kəsilməsi göstərilir.
       
        Ən-Nisa surəsi ayə 89
        Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!
       
        Daha sonra küçədə çəkilmiş video kadrlar və müsəlman olduğu bilinməyənin müsahibəsi təqdim olunur!
       
       
        Əl-Ənfal surəsi ayə 39
        (Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).
       
        Bu ayədən sonra kadrlarda Ayətullah Meşkininin İslam məntiqinin dünyada hal-hazırda bütün məntiqlərdən üstün olması ilə qəlbləri fəth etmiş, gələcəkdə də din olaraq qalib olacaq sözlərinidə başqa cür önə çəkmişlər.
       
        Daha sonra İslamın inkişafına narahat olan bir statistika həyacan siqnalı kimi verilir!
       
        Danimarkada müsəlmanların sayının statistikası: 1909- 54 nəfər , 1960- 1399 nəfər, 1990-458.000 nəfər, 2004-944.000 nəfər.
       
        Avropa müsəlmanların sayının statistikası: 2007- 54000000 nəfər.
       
        Sonra İranda mavilərin edamı və zinakarların daşqalağıda İslamın zorakılığı kimi göstərilir.
       
        Türk vətəndaşının mənim anam və bacım zina edərsə qətlə yetirərəm sözləridə onların başa düşmədiyi qeyrət kimi yox zorakılıq kimi önə çəkilir.
       
        Bəzi kadrlarda isə İslama aid olmayan zorakılıqlar və montaj olunmuş kadrlarla bu film çəkilməsi açıq aşkar məlum olur.
        Lakin bizim kiçik araşdırmamız zamanı bu filmdə xristian və yəhudilər arasında İslama tərəf meylin qarşısını almaq həmçinin İslama qarşı kinin meydana gətirilməsi məqsədindən başqa bir şey olmadığı aşkarlandı.
       
        Ancaq çox təəsüflər olsunki, İsrailin sionistlər tərəfindən yaradılmasından bəri 85000 Fələstinlinin həbs olunması və qətlə yetirilməsi, həmçinin İraqda ABŞ-ın 2003 işğalından bəri 1 milyon qadının dul qalması, 3 milyon uşağın yetim olması faktının heç bir Avropa və Amerika ölkələrində olduğu kimi açıqlanmaması demokratiyanı əllərində şüar kimi istifadə edən ölkələrin əslində demokratiya və insaniyyət anlayışından uzaq olması deməkdir.
       
        Əsl həqiqətlər deyil öz məqsədləri üçün demoktariya və söz azadlığı kimi şüarlarını istifadə edərək haqq sevərləri və İslamçıları gözdən salmaq bunların əsas məqsədləridir.
       
        İslam-Azeri.az
    Категория: Dünyada | Просмотров: 2325 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər