Çerşenbe, 04.12.2024, 12:22
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 8 » İSLAMYÖNLÜ SAYTLARA QARŞI TEXRİBATÇILIQ
    14:52
    İSLAMYÖNLÜ SAYTLARA QARŞI TEXRİBATÇILIQ
    nullÖtən nömrəmizdən məlum olduğu kimi, martın 10-da ölkədə fəaliyyət göstərən «İslam-azəri» və «Deyer­lər.org» İslamyönlü saytlar xakkerlərin hücumuna mə­ruz qalıb. Sözügedən saytlar dağıdıldığından fəaliyyətləri bir neçə gün dayanıb. Saytların kimlər tərəfindən, hansı məqsədlərə görə hücuma məruz qaldığını, fəaliyyətləri­nin bərpası istiqamətində tədbirlərin həyata keçirilib-ke­çirilmədiyini dəqiqləşdirmək üçün «İslam-azəri»nin baş redaktoru Ramin Bayramovla əlaqə saxladıq.
    R.Bayramovun sözlərinə əsasən, «Deyerlər.org» saytını dağıtdıqdan sonra xakkerlər «İslam-azəri»ni hədəfə alıb­lar. Bu, adi bir hal kimi dəyərləndirilib və sayt 7 saata bər­pa edilib. Amma «İslam-azəri»nin ikinci dəfə dağıdılması məsələnin çox ciddi və düşünülmüş bir plan olduğunu üzə çıxarıb. O baxımdan saytın işçiləri araşdırmalarını gücləndiriblər və məlum olub ki, sayta xarici ölkələrdən paralel şəkildə iki xak­ker tərəfindən zərər yetirilib.
    Konkret olaraq «İslam-azəri»nin sionist təxribatçılar tərəfindən dağıdıldığını dilə gətirən baş re­daktor bunun səbəbini də açıqladı: «Saytımızda İsrailin Fələstində törətdiyi vəhşiliklər, ABŞ tərə­findən müsəlman ölkələrinə yönəlmiş cinayətlər barədə məlumatlar, fotoşəkillər, videgörüntülər yayınlanır. Peyk antenalarında, Fələstin və digər xarici ölkə televiziyalarında nümayiş etdirilən ən son hadisələrin videoxəbərlərini insanlar 2-3 saatdan sonra saytımız vasitəsilə izləyə bilirlər. Bü­tün bunlar barədə tamaşaçılar və oxucular nə mətbuatdan, nə də televiziya kanallarından məlu­mat əldə edə bilirlər. Qeyd edim ki, «İslam-azəri» yarandığı gündən sionizmin qəddar və qani­çən hərəkətlərini, törətdiyi cinayətləri olduğu kimi işıqlandıraraq, hadisələr barədə insanlara əsl həqiqəti çatdırır. Ona görə də anti-sionist mövqeyimizdən narahat olanlar saytlarımıza hücuma başlayıblar».
    Ramin bəy bildirdi ki, adətən xakkerlərin hücumları zamanı sayıtlar tamamilə dağıdılır. Amma xoşbəxtlikdən «İslam-azəri» yaxşı hazırlandığından təxribatçılar saytı tam ələ keçirə və arxivini dağıda bilməyiblər. Odur ki, saytın fəaliyyəti hadisədən bir neçə gün sonra bərpa edilib.
    Müsahibim Novruz bayramından sonra «İslam-azəri.ru» saytının da fəaliyyətə başlayacağı barə­də məlumat verdi. Bu saytı isə rus dilli vətəndaşlarımız, Rusiyada İslama yaxın insanlar da izləyə bilərlər. «İslam-azəri.ru»da video bölüm də olacaq.
    Müsahibim son hadisədən sonra tutduqları mövqedən nəinki çəkiləcəklərini, əksinə, Allaha xatir və haqq naminə daha irəli addım atacaqlarını bildirdi: «Haqqı, əsl həqiqətləri gizlətmək bizim mə­ramımız deyil. Düşmənlərin bizə qarşı yönəlmiş dağıdıcılıq missiyasına adekvat olaraq saytımı­zın fəaliyyətini möhkəmləndirib genişləndirəcəyik.
    Yeri gəlmişkən, «İslam-azəri» yeni fəaliyyətə başlayanda da xakkerlərin hücumu ilə üzləşmişdi. Ondan sonra saytın simasını tamamilə dəyişdik. Əgər əvvəllər 50-60 nəfər izləyicimiz vardısa, artıq bu gün 1800-2000 dəfə «İslam-azəri» saytının səhifələri açılır. Bu da Azərbaycanda İslam­yönlü sayt üçün böyük bir göstəricidir».

    Islaminsesi.az


    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1522 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər