Aprel ayının əvvəlindən bu günə kimi ABŞ Ordusunun 44 əsgəri İraqda Mehdi Ordusu tərəfindən qətlə yetirilib.
İslam-Azeri-nin VH-ə istinadlı xəbərinə görə dünən Mehdi Ordusunun Bağdatın yaşıl zonasında ABŞ Ordusunun hərbi hissəsinə atdığı roket zərbələrindən sonra 4 əsgərin öldüyü aydın oldu.
Verilən məlumata görə əsgərlərin şoka düşməsinə də səbəb bu olub. Mehdi Ordusunun aprel ayında öldürdüyü əsgər sayının 44 olduğu məlum oldu.
ABŞ Ordusu isə buna əvəz olaraq mülkü vətəndaşları qətlə yetirir. Belə ki, aprelin 20-sindən bu günə amerikan ordusu 100-dən çox iraqlı mülkü vətəndaş qətlə yetirib.