Cüme axşamı, 25.04.2024, 15:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 28 » BEYNELXALQ HALAL İNVESTİSİYA ŞİRKETİ YARADILIR
    20:10
    BEYNELXALQ HALAL İNVESTİSİYA ŞİRKETİ YARADILIR
    Şəriət qanunları ilə işləyən Dubay İslamic investisiya kompaniyası investisiya bankçıdığı və sığortası üzrə mütəxəsisləşmiş Dubay Group-un bir hissəsini təşkil edir.


    İslam.ru xəbər verir ki, Dubay İslamic İnvestment Group və onun iki tərəfdaşı iqtisadiyyatın halal sahələrində investisiya qoymaq imkanlarını öyrənən firma yaradır. Bu barədə şirkətin direktoru məlumat vermişdir. Mərvan Həsən əl-Xatib müsahibə zamanı bildirdi ki, şirkətin partnyorları, həccə getmək üçün müsəlmanların pullarını saxlayan Malaziya dövlət zəvvarlar fondu və Malaziya dövlət kompaniyası Halal İndustry Development Corporation olacaqdır.

    Əl-Xatib bildirdi ki, yeni şirkət kənd təsərrüfatına investisiya edəcəkdir. Eyni zamanda, ərzaq məhsullarını, baqqaliyyə işini və hipermarketlərin təşkilini yenidən işləyəcəkdir. Qeyd edək ki, «halal» ərəb sözüdür və mənası «icazə verilən» deməkdir. Burada donuz əti, spirtli içkilər, qumar, əxlaqsızlıq kimi şeylər istisna olunur.

    Şirkət bu ilin axırına qədər bazara daxil olacaqdır. Bundan başqa yeni firmanın rəhbərliyinin sözlərinə görə, investisiya, İslamın etik standartlarına uyğun gəlməlidir və buna görə, sələmçilik və qumar oyunları kimi sahələrə yönəlməyəcəkdir. İslam maliyyə aktivi ildə 20% templə inkişaf edir və 2010-cu ildə 2 triliyon dolları keçəcəkdir.


    “Deyerler” AİN (www.deyerler.org)


    Категория: Dünyada | Просмотров: 1451 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər