Cüme, 19.04.2024, 18:43
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 3 » ABŞ ORDUSUNDAN İSLAMA NÖVBETİ TEHQİRLER
    13:46
    ABŞ ORDUSUNDAN İSLAMA NÖVBETİ TEHQİRLER
     
    İslam-Azeri-nin HV-ə istinadlı xəbərinə görə:

    İraqdakı işğalçı Amerikan ordusu, İraqlılara İncil və Xristianlıqla əlaqədar kitablar paylayaraq Xristianlaşdırma kampaniyası icra edir. Uşaqlar üçün hazırlanan kitablarda "Məhəmməd və müsəlmanlar İsaya tabe olmadıqları və onu qurtarıcı olaraq görmədikləri üçün cəhənnəmdə yanacaq" kimi cümlələr yazılıb.

    İraqdakı işğalçı Amerikan əsgərlərinin İraqlı Müsəlmanlara istiqamətli olaraq "Xristianlaşdırma" kampaniyasını icra etdikləri aşkarlanıb.. Jurnalist Jason Leopoldun bildirdiyinə görə, Amerikan hərbi personalının İraqda Ərəbcə yazılmış minlərlə İncilin yanında, uşaqlar üçün hekayə kitabları da paylayırmış.

    Amerikadakı radikal Evanjelik Xristianlarının təşkil etdiyi və İraqdakı Evanjelik hərbi personal vasitəsilə yayılan İncil və Xristianlıqla əlaqədar kitablarda İslama və Peyğəmbərimizə də ağır təhqirlər yer aldığı bildirilir.

    Evanjeliklere aid "Mission Network News"-ə müsahibə verən İraqdakı Amerikan ordusunda qulluq edən zabit Rene Lianos, əsgərlərin İraqda İncil kitablarını özləri ilə gəzdirdiyini və iraqlılara təqdim etdiklərini və Əfqanıstanda da bu metoddan istifadə edəcəklərini bildirib.

    Vaşinqton, əsgərlərin belə bir kampaniyasından xəbərdar olmadığını söyləyərkən, misionerlik fəaliyyətinə daxil olmuş əsgərlər haqqında hər hansı bir əməliyyat edib etməyəcəyi mövzusunda isə hər hansı bir açıqlama verməyib.
     
    Категория: Dünyada | Просмотров: 1350 | Добавил: feride_demir | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər